- Patent müvəkkilləri haqqında Əsasnamə
- 1. Ümumi müddəalar
- 2.Patent müvəkkili ilə vəkalət verən arasında qarşılıqlı münasibətlər
- 3.Patent müvəkkilinin fəaliyyəti
- 4.Patent müvəkkilinin hüququ
- 5.Patent müvəkkilinin ixtisas dərəcəsinə olan tələblər
- 6.Patent müvəkkilinin attestasiyası və qeydiyyata alınması
- 7.Patent müvəkkilinin məsuliyyəti
- 8.Patent müvəkkilinin Dövlət reyestrindən çıxarılması üçün əsas
- 9.Yekun müddəalar
31.07.2010 Patent müvəkkilləri haqqında Əsasnamənin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 fevral 2000-ci il № 21 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Patent müvəkkilləri haqqında
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası ərazisində patent müvəkkillərinin peşə fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Patent müvəkkillərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunları və bu Əsasnamə ilə tənzimlənir.
1.3. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının dövlət dilini bilən, ali təhsili olan, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər.
ƏSASNAMƏ
1.4. Patent müvəkkili patent sahibi və sənaye mülkiyyə