عن الملكية الفكرية التدريب في مجال الملكية الفكرية إذكاء الاحترام للملكية الفكرية التوعية بالملكية الفكرية الملكية الفكرية لفائدة… الملكية الفكرية و… الملكية الفكرية في… معلومات البراءات والتكنولوجيا معلومات العلامات التجارية معلومات التصاميم الصناعية معلومات المؤشرات الجغرافية معلومات الأصناف النباتية (الأوبوف) القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية مراجع الملكية الفكرية تقارير الملكية الفكرية حماية البراءات حماية العلامات التجارية حماية التصاميم الصناعية حماية المؤشرات الجغرافية حماية الأصناف النباتية (الأوبوف) تسوية المنازعات المتعلقة بالملكية الفكرية حلول الأعمال التجارية لمكاتب الملكية الفكرية دفع ثمن خدمات الملكية الفكرية هيئات صنع القرار والتفاوض التعاون التنموي دعم الابتكار الشراكات بين القطاعين العام والخاص أدوات وخدمات الذكاء الاصطناعي المنظمة العمل مع الويبو المساءلة البراءات العلامات التجارية التصاميم الصناعية المؤشرات الجغرافية حق المؤلف الأسرار التجارية أكاديمية الويبو الندوات وحلقات العمل إنفاذ الملكية الفكرية WIPO ALERT إذكاء الوعي اليوم العالمي للملكية الفكرية مجلة الويبو دراسات حالة وقصص ناجحة في مجال الملكية الفكرية أخبار الملكية الفكرية جوائز الويبو الأعمال الجامعات الشعوب الأصلية الأجهزة القضائية الموارد الوراثية والمعارف التقليدية وأشكال التعبير الثقافي التقليدي الاقتصاد التمويل الأصول غير الملموسة المساواة بين الجنسين الصحة العالمية تغير المناخ سياسة المنافسة أهداف التنمية المستدامة التكنولوجيات الحدودية التطبيقات المحمولة الرياضة السياحة ركن البراءات تحليلات البراءات التصنيف الدولي للبراءات أَردي – البحث لأغراض الابتكار أَردي – البحث لأغراض الابتكار قاعدة البيانات العالمية للعلامات مرصد مدريد قاعدة بيانات المادة 6(ثالثاً) تصنيف نيس تصنيف فيينا قاعدة البيانات العالمية للتصاميم نشرة التصاميم الدولية قاعدة بيانات Hague Express تصنيف لوكارنو قاعدة بيانات Lisbon Express قاعدة البيانات العالمية للعلامات الخاصة بالمؤشرات الجغرافية قاعدة بيانات الأصناف النباتية (PLUTO) قاعدة بيانات الأجناس والأنواع (GENIE) المعاهدات التي تديرها الويبو ويبو لكس - القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية معايير الويبو إحصاءات الملكية الفكرية ويبو بورل (المصطلحات) منشورات الويبو البيانات القطرية الخاصة بالملكية الفكرية مركز الويبو للمعارف الاتجاهات التكنولوجية للويبو مؤشر الابتكار العالمي التقرير العالمي للملكية الفكرية معاهدة التعاون بشأن البراءات – نظام البراءات الدولي ePCT بودابست – نظام الإيداع الدولي للكائنات الدقيقة مدريد – النظام الدولي للعلامات التجارية eMadrid الحماية بموجب المادة 6(ثالثاً) (الشعارات الشرفية، الأعلام، شعارات الدول) لاهاي – النظام الدولي للتصاميم eHague لشبونة – النظام الدولي لتسميات المنشأ والمؤشرات الجغرافية eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange الوساطة التحكيم قرارات الخبراء المنازعات المتعلقة بأسماء الحقول نظام النفاذ المركزي إلى نتائج البحث والفحص (CASE) خدمة النفاذ الرقمي (DAS) WIPO Pay الحساب الجاري لدى الويبو جمعيات الويبو اللجان الدائمة الجدول الزمني للاجتماعات WIPO Webcast وثائق الويبو الرسمية أجندة التنمية المساعدة التقنية مؤسسات التدريب في مجال الملكية الفكرية الدعم المتعلق بكوفيد-19 الاستراتيجيات الوطنية للملكية الفكرية المساعدة في مجالي السياسة والتشريع محور التعاون مراكز دعم التكنولوجيا والابتكار نقل التكنولوجيا برنامج مساعدة المخترعين WIPO GREEN WIPO's PAT-INFORMED اتحاد الكتب الميسّرة اتحاد الويبو للمبدعين WIPO Translate أداة تحويل الكلام إلى نص مساعد التصنيف الدول الأعضاء المراقبون المدير العام الأنشطة بحسب كل وحدة المكاتب الخارجية المناصب الشاغرة المشتريات النتائج والميزانية التقارير المالية الرقابة
Arabic English Spanish French Russian Chinese
القوانين المعاهدات الأحكام التصفح بحسب الاختصاص القضائي

قانون جمهورية أذربيجان بشأن المسرح ونشاط المسرح، أذربيجان

عودة للخلف
أحدث إصدار في ويبو لِكس
التفاصيل التفاصيل سنة الإصدار 2006 تواريخ الاعتماد : 29 ديسمبر 2006 نوع النص نصوص أخرى الموضوع حق المؤلف والحقوق المجاورة ملاحظات ينظم الفصل الرابع من هذا القانون حقوق المنتجين والمؤلفين وفناني الأداء فيما يتعلق بالعروض المسرحية.

المواد المتاحة

النصوص الرئيسية النصوص ذات الصلة
النصوص الرئيسية النصوص الرئيسية بالأذربيدجاني Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu        
 

Teatr və teatr fəaliyyəti haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun teatr tamaşalarının hazırlanması və kütləvi nümayişi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir, teatr fəaliyyətinin və teatrlara dövlət qayğısının hüquqi əsaslarını əyyən edir.

If ə sil ÜMUMİ MÜDDƏALAR

Madd ə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənalan ifadə edir:

1.0.1. teatr ‐müvafiq madditexniki bazaya malik olan, teatr tamaşaları və digər teatr quruluşları yaradan və canlı ifada kütləvi nümayiş etdirən hüquqi şəxs;

1.0.2. teatr fəaliyyəti ‐teatr sənəti əsərlərinin yaradılması, yayımı və qorunub saxlanılması ilə bağlı fəaliyyət;

1.0.3. teatr tamaşası ‐müxtəlif janrlı əsərlər əsasında yaradılan, bədii qayəsi və konkret adı olan səhnə əsəri;

1.0.4. səhnə əsəri ‐teatr tamaşasının canlı ifada kütləvi nümayişi;

1.0.5. quruluşçu (rejissor, baletmeyster, rəssam) ‐teatr tamaşasının və ya onun əyyən hissəsinin quruluşunun müstəqil bədii həllini verən fiziki şəxs;

1.0.6. prodüser ‐teatr tamaşasının hazırlanmasını və (və ya) nümayişini təşkil edən, maliyyələşdirən hüquqi və ya fiziki şəxs.

Madd ə 2. Qanunun tətbiq dairəsi

Bu Qanun mülkiyyətvə təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün teatrlara və teatr fəaliyyəti ilə məşğul olan digərtəşkilatlara şamil edilir.

Madd ə 3. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi

Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilələrdən ibarətdir.

Madd ə 4. Teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri

4.0. Teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

4.0.1. teatrlara dövlət qayğısı;

4.0.2. teatrların müstəqilliyinə təminat verilməsi;

4.0.3. teatr şəbəkəsinin inkişaf etdirilməsi;

4.0.4. teatr mədəniyyətinin fərdiliyinin qorunub saxlanılması, millətlərarası və beynəlxalq mədəni əlaqələrin inkişafına şərait yaradılması.

Madd ə 5. Teatr fəaliyyətinin məqsədi və növləri

5.1. Teatr fəaliyyətinin məqsədi teatr sənətinin inkişafı və əhalinin səhnə sənəti ilə bağlı tələbatlarının ödənilməsindən ibarətdir.

5.2. Teatr fəaliyyətinin növləri aşağıdakılardır:

5.2.1. teatr tamaşaları və digər teatr sənəti əsərlərinin yaradılması, onların əsas səhnədə, qastrol səfərlərində səyyar nümayişi, festivalların, müsabiqələrin, baxışların təşkili, biletlərin realizə olunması;

5.2.2. qanunvericiliyə uyğun olaraq əllif və ifaçı (rol, partiya) hüquqlarına riayət edilməklə hüquqi və fiziki şəxslərlə müqavilə əsasında onların öz səhnələrində və ya icarəyə götürdükləri səhnələrdə, televiziya və radioda nümayiş olunmaq, kino, video və digər daşıyıcılara çəkilmək üçün teatr tamaşalarının, konsertlərin hazırlanması;

5.2.3. öz qüvvələri və ya dəvət olunmuş kollektivlərin, ifaçıların iştirakı ilə digərbədiiyaradıcı xarakterli tədbirlərin təşkili;

5.2.4. tamaşaların, konsertlərin və digərbədii tədbirlərin keçirilməsi üçün hüquqi və fiziki şəxslərə quruluş xidmətlərinin göstərilməsi;

5.2.5. hüquqi və fiziki şəxslərin sifarişi ilə teatr tamaşalarının, konsertlərin, digər tədbirlərin bədii tərtibatı üçün aksessuarların hazırlanması;

5.2.6. qastrol və səyyar tamaşaların, ştərək teatr layihələrinin və proqramlarının həyata keçirilməsi üçün öz səhnələrinin digər teatrlara icarəyə və yaxud istifadəyə verilməsi;

5.2.7. qanunvericiliyə uyğun olaraq əllif və ifaçı (rol, partiya) hüquqlarına riayət olunmaqla teatrın bədiiyaradıcılıq fəaliyyəti ilə bağlı informasiya və reklam məhsullarının, video materiallarının, fonoqramların surətlərinin hazırlanması, çoxaldılması və realizə edilməsi;

5.2.8. müxtəlif geyim əşyaları, butafor, rekvizit, qrimpastijor və dekorların, həmçinin digərsəhnə avadanlıq və ləvazimatlarının hazırlanması, kirayəyə verilməsi, satışıvə başqa xidmət növlərinin göstərilməsi.

II f ə sil
DÖVLƏT ORQANLARI TƏRƏFİNDƏN TEATR FƏALİYYƏTİNİN
HİMAYƏ EDİLMƏSİ 

Madd ə 6. Dövlət orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi

6.0. Dövlət orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi ağıdakılardan ibarətdir:

6.0.1. teatr şəbəkəsinin, ilk növbədə uşaq teatrlarının inkişafı üçün şəraitin yaradılması;

6.0.2. teatrların infrastrukturunu yaradılması, teatr binaları və qurğularının inşası, yenidən qurulması, bərpası, əsaslı təmiri və avadanlıqların modernləşdirilməsi üçün investisiyaların ayrılması;

6.0.3. dövlət teatrlarına, əhalinin aztəminatlı və azyaşlı təbəqələrinə münasibətdə güzəştli qiymət siyasəti yürüdən teatrlara və uşaq teatrlarına dotasiyaların və məqsədli maliyyə yardımının ayrılması;

6.0.4. yaradıcılıq sifarişlərinin, mədəniyyət sahəsində digərməqsədli proqramlarda nəzərdə tutulan ayrıayrı layihələrin teatrlara verilməsi;

6.0.5. opera, operetta, balet, dram və musiqilidram əsərlərinin yaradılmasına və satın alınmasına, onların tamaşaya qoyulmasına, innovasiya layihələrinin realizə olunmasına, qastrol fəaliyyətinin həyata keçirilməsinə hər il büdcə vəsaitinin ayrılması;

6.0.6. teatr sənəti sahəsində mütəxəssislərin hazırlanmasına və yeni teatr sənəti əsərlərinin yaradılmasına köməkməqsədilə gənc istedadlı əllif və ifaçılar, görkəmli teatr xadimləri üçün mükafatların və təqaüdlərin təsis edilməsi;

6.0.7. dövlət orta və ali peşə ixtisas təhsili əssisələrində, habelə xarici ölkələrdə aktyorların, rejissorların, baletmeysterlərin, teatr tənqidçilərinin,

teatr sənəti üzrə digər mütəxəssislərin hazırlanması və tədqiqatların aparılması, uzunmüddətli yaradıcılıq ezamiyyələrinin təşkili;

6.0.8. kütləvi informasiya vasitələrində teatr sənətinin təbliği.

Madd ə 7. Teatr işçilərinin ictimai birlikləri

7.1. Teatr işçilərinin ictimai birlikləri qanunvericilikdə əyyən olunmuş qaydada yaradılır və fəaliyyət göstərir.

7.2. Teatr işçilərinin ictimai birliklərinə mədəniyyət sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək imkanı yaradılır, teatr işçilərinin peşə hazırlığı, əmək şəraiti, əməyinin mühafizəsi və sosial müdafiəsi sahəsində tədbirlər hazırlanarkən onların rəyi müvafiq icra hakimiyyəti orqanı tərəfindənnəzərə alınır.

7.3. Teatr işçilərinin ictimai birlikləri məqsədli proqramların, mədəniyyət sahəsində layihələrin və digərtədbirlərin həyata keçirilməsində iştirak edə bilərlər.

III f ə sil TEATRLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ 

Madd ə 8. Bədii yaradıcılıq fəaliyyəti sahəsində teatrların hüquqları

8.1. Teatr bədii yaradıcılıq istiqaməti və repertuar seçimində müstəqildir.

8.2. Teatrların bədii yaradıcılıq fəaliyyətinin məhdudlaşdırılması, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yolverilməzdir.

8.3. Teatr tamaşalarının kütləvi nümayişi, onlardan istifadənin digər növləri, habelə informasiya və reklam materiallarının nəşri qanunvericilikdə nəzərdə tutulmuş hallarda qadağan edilə bilər.

Madd ə 9. İqtisadi sahədə teatrların hüquqları

9.1. Teatrlar öz fəaliyyətini və inkişaf perspektivlərini əyyən etməkdə müstəqildir.

9.2. Mülkiyyət formasından asılı olmayaraq teatrların dövlətvə yerli özünüidarəetmə orqanlarının elan etdiyi müsabiqələrdə iştirak etmək hüququ vardır.

9.3. Teatrlar biletlərin qiymətini sərbəst əyyən edir.

Madd ə 10. Teatrların simvolika hüququ

10.1. Simvolikasını (rəsmi ad, emblem, tanınma nişanı və digərtəsvirlər) qanunvericilikdə əyyən olunmuş qaydada qeydiyyatdan keçirən teatr ondan müstəsna istifadə hüququna malikdir.

10.2. Teatrın qeydiyyatdan keçmiş simvolikasından hüquqi və fiziki şəxslər yalnız onun razılığı ilə istifadə edə bilərlər.

10.3. Teatrın simvolikasından qeyriqanuni istifadə edən hüquqi və fiziki şəxslər teatrın tələbi ilə istifadəni dayandırmalı və qanunvericilikdə əyyən edilmiş qaydada dəymiş ziyanı ödəməlidirlər.

Madd ə 11. Teatrların vəzifələri

11.1. Teatrların vəzifələri aşağıdakılardır:

11.1.1. işçilərin əmək şəraitini və əməyinin mühafizəsini, habelə sosial müdafiəsini qanunvericiliklə nəzərdə tutulmuş qaydada təmin etmək;

11.1.2. tamaşıların həyat və sağlamlığının mühafizəsini, habelə müvəqqəti saxlanc üçün onlardan alınmış əmlakın qorunmasını təmin etmək;

11.1.3. biletlərin satıldığıvə tamaşa nümayiş olunduğu yerlərdə afişalar asmaq, həmin afişalarda teatrın, tamaşanın, əsər əllifinin (müəlliflərinin), quruluşçuların və ifaçıların (rol və partiyaları) adlarını və teatrın zəruri hesab etdiyi digərməlumatları göstərmək;

11.1.4. tamaşanın keçirildiyi yer, başlanacağıvə bitəcəyi vaxt, biletlərin qiyməti, alınma və geri qaytarılma şərtləri, əyyən tamaşı kateqoriyaları üçün nəzərdə tutulmuş güzəştlər, tamaşıların yaş məhdudiyyətləri haqqında tamaşılara ətraflı məlumat vermək;

11.1.5. teatr biletində öz adını, ünvanını, biletin qiymətini, tamaşanın tarixini və saatını, tamaşının salondakı yerini göstərmək.

11.2. Alınmış biletin pulu onu alan şəxsin arzusu ilə aşağıdakı hallarda geri qaytarıla bilər:

11.2.1. elan olunmuş tamaşa digəri ilə əvəz olunduqda və ya təxirə salındıqda;

11.2.2. elan olunmuş baş rol ifaçısı dəyişdirildikdə.

11.2.3.

IV f ə sil
TEATR TAMAŞASININ CANLI NÜMAYİŞİ (İFASI) İLƏ BAĞLI
MÜSTƏSNA HÜQUQ

Madd ə 12. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüququn subyektləri

12.1. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüququn subyektləri tamaşaya qoyulan əsərin əllifi, quruluşçusu, ifaçılar və prodüserdir.

12.2. Teatr tamaşasının canlı nümayişi (ifası) ilə bağlı müstəsna hüquq teatr tamaşasının kütləvi nümayişi haqqında qərar qəbul olunan andan yaranır.

12.3. Prodüser teatr tamaşasına hüququnu quruluşçunun və ifaçıların qanunvericilikdə əyyən edilən hüquqlarına riayət etməklə həyata keçirir.

12.4. Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, quruluşçu və prodüser teatr tamaşasının kütləvi nümayişi (ifası) barədə birgə qərar qəbul edirlər.

Madd ə 13. əllif, quruluşçu və ifaçıların teatr tamaşası ilə bağlı Hüquqları

13.1. əllif, quruluşçu və teatr tamaşalarında iştirak edən ifaçılar öz adlarının həmin tamaşanın reklam nəşrlərində, proqram və afişalarında, digər informasiya vasitələrində qeyd olunması hüququna malikdirlər.

13.2. Quruluşçunun teatr tamaşasını təhriflərdən qorumaq hüququ vardır. Quruluşçunun icazəsi olmadan rol (partiya) ifaçılarının tərkibinin, səhnə mizanlarının, xoreoqrafiyanın, işıq partiturasının, teatr əlbəsələrinin, ifaçıların istifadə etdikləri aksessuarların, musiqinin dəyişdirilməsi təhrif hesab olunur. Quruluşçu ilə prodüser arasında bağlanan müqaviləyə əsasən teatr tamaşasının digərtəhrif formaları da əyyən edilə bilər.

13.3. İfaçı tamaşada quruluşçunun rəhbərliyi altında hazırladığı rolu (partiyanı) ifa etmək hüququna malikdir və bu hüquqdan yalnız aşağıdakı hallarda məhrum edilə bilər:

13.3.1. prodüserlə bağladığı müqavilədə nəzərdə tutulan müddətvə ya tamaşa sayı başa çatdıqda;

13.3.2. bu və ya digərsəbəbdən öz rolunu (partiyasını) ilkin quruluşda nəzərdə tutulan şəkildə ifa etmək iqtidarında olmadığı halda, prodüserin və ya quruluşçunun təşəbbüsü əsasında;

13.3.3. prodüserlə bağladığı müqavilənin şərtlərini pozduqda.

13.4. Prodüser, quruluşçu və ifaçılar arasında bağlanan müqavilədə bu Qanunun 13.1ci ‐13.3 maddələrində əyyən edilən hüquqlardan başqa, digər hüquqlar da nəzərdə tutula bilər.

13.5. İfaçının ad hüququ onun teatr tamaşasında iştirak etdiyi bütün müddət ərzində qüvvədə olur.

13.6. Quruluşçunun teatr tamaşası ilə bağlı hüququ bu tamaşanın kütləvi nümayiş edildiyi müddət ərzində qüvvədə olur.

Madd ə 14. Prodüserin teatr tamaşasının kütləvi nümayişi ilə bağlı Hüquqları

14.0. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən teatr tamaşasının kütləvi nümayiş hüququ prodüserə keçə bilər. Bu halda prodüserin aşağıdakı hüquqları vardır:

14.0.1. teatr tamaşasının kütləvi nümayişini həyata keçirmək, tamaşanın yerini, vaxtını və biletlərin qiymətini əyyən etmək;

14.0.2. teatr tamaşasının kütləvi nümayişinin sayını əyyən etmək, onu dayandırmaq və bərpa etmək;

14.0.3. teatr tamaşasından və onun bəzi hissələrindən digər tamaşalarda istifadə olunmasının, teatr tamaşasının texniki vasitələrin (teleradio yayımı, kabel televiziyası və s.) köməyi ilə efirə verilməsinin, istənilən maddi daşıyıcılara yazılışının və həmin yazılışların təkrarən əks etdirilməsinin şərtlərini əyyənləşdirmək;

14.0.4. bu Qanunun 14.0.1ci maddəsində nəzərdə tutulan normalara riayət etməklə hüquqi və fiziki şəxslərə (əgər prodüserlə bu şəxslər arasındakı müqavilədə digər hallar nəzərdə tutulmayıbsa) kütləvi nümayiş hüququ ilə birlikdə teatr tamaşasının yenidənsəhnəyə qoyulması üçün icazə vermək.

Maddə 15. Teatr tamaşasının bədii həllinin qorunması ilə bağlı prodüserin vəzifələri

15.1. Prodüserlə quruluşçu arasında bağlanan müqaviləyə əsasən (digər hallar nəzərdə tutulmayıbsa) prodüser quruluşçunu aşağıdakılar barədə xəbərdar etməlidir:

15.1.1. teatr tamaşasında düzəliş edilməsinin zəruriliyi və bu düzəlişi yerinə yetirmək üçün quruluşçuya təqdim olunan şərtlər haqqında;

15.1.2. teatr tamaşasında quruluşçudan xəbərsiz ediləntəcili düzəlişlərvə bu düzəlişlərin səbəbləri haqqında;

15.1.3. teatr tamaşasının kütləvi nümayişinin müqavilədə nəzərdə tutulmuş vaxtdan əvvəl dayandırılması və ya tamaşaların sayının azaldılması haqqında.

15.2. Quruluşçu teatr tamaşasını təhriflərdən qorumaq hüququndan istifadə edərək, onun ilkin bədii həllinin bərpa edilməsi məqsədilə teatr tamaşasının kütləvi nümayişinin dayandırılmasını tələb edə bilər.

15.3. Prodüser tamaşanın ilkin bədii həllinin bərpası ilə bağlı işləri görməkdən imtina edərsə, quruluşçu öz adını proqramlardan, reklam nəşrlərindən, afişalardan və digər informasiya materiallarından çıxarılmasını tələb edə bilər.

Madd ə 16. Teatr tamaşası ilə bağlı hüququn müdafiəsi

16.1. Teatr tamaşası ilə bağlı müstəsna hüququ olan subyektlər bu hüququ pozanlardan onun ilkin vəziyyətinin bərpa olunmasını tələb edə bilərlər.

16.2. Prodüserlə teatr tamaşasına müstəsna hüquqları olan subyektlər arasında bağlanmış müqavilənin şərtlərinin pozulmasına görə tərəflər qanunvericiliklə və müqavilə ilə əyyən edilmiş qaydada maddi və ya başqa məsuliyyət daşıyırlar.

Vf ə sil TEATRLARIN İDARƏ EDİLMƏSİ VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ 

Madd ə 17. Teatrların statusu

17.1. Teatrlara ʺakademikʺ statusu ümumbəşəri dəyərlərsəviyyəsində yüksək peşəkarlığa, zəngin tarixi ənənələrə, ʺmilliʺ statusu milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə görə, onların uzun illərsəmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən əyyən edilmiş qaydada verilir.

17.2. Müasir teatr sənətində fəal rol oynayan və teatr prosesinin inkişafında xüsusi əhəmiyyətkəsb edən teatrlar müvafiq icra hakimiyyəti orqanı tərəfindəntəsdiq olunan aparıcı teatrların siyahısına daxil edilir.

Maddə 18. Teatrların idarə edilməsi, yaradılması, yenidəntəşkili və ləğv olunması

18.1. Teatrların fəaliyyətinə rəhbərlik qanunvericilikdə və təsis sənədlərində nəzərdə tutulan qaydada təsisçinin vəzifəyə təyin etdiyi direktor tərəfindənhəyata keçirilir.

18.2. Teatrlar dövlət, bələdiyyələr, istənilən hüquqi və fiziki şəxslərtərəfindən təsis edilə bilər.

18.3: Təsisçi (mülkiyyətçi) ilə teatr arasında münasibətlər qanunvericilikdə əyyən edilmiş qaydada tənzimlənir.

18.4. Təsisçi (mülkiyyətçi) ilə teatr arasında bağlanmış müqavilədə tərəflərin öhdəlikləri, əmlakdan istifadənin şərtləri və qaydaları, teatrın maliyyələşdirilməsi, tərəflərin maddi məsuliyyəti, müqavilənin ləğv edilməsinin əsasları və şərtləri, sosial, əməkvə digərməsələlərin həlli qaydaları əyyən edilə bilər.

18.5. Teatrların yaradılması, yenidəntəşkili, ləğvi və profilinin dəyişdirilməsi qanunvericilikdə əyyən olunmuş qaydada həyata keçirilir.

18.6. Teatrların əmlak hüquqlarının həyata keçirilməsi, onların əmlakının idarə olunmasına nəzarət qanunvericiliklə əyyən edilir.

Madd ə 19. Teatrların maliyyələşdirilməsi

19.1. Dövlət teatrları tamaşalardan və qanunvericiliklə qadağan olunmayan başqa mənbələrdən daxilolmalar, eləcə də dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilir. Dövlət büdcəsindən ayrılan vəsait işçilərin əməkhaqları və sosial sığorta ayrılmalarının həcmindən, eləcə də yeni tamaşaların quruluşu xərclərindən az olmamalıdır.

19.2. Bələdiyyə və özəl teatrlar qanunvericiliklə qadağan olunmayan istənilənmənbələrdən daxil olan vəsaitlər hesabına maliyyələşdirilir.

19.3. Dövlət orta və peşə ixtisas təhsili əssisələrində aktyorların, rejissorların, baletmeysterlərin, teatr tənqidçilərinin, teatr sənəti üzrə digər mütəxəssislərin hazırlanması, elmi tədqiqat əssisələrində teatr sənəti üzrə tədqiqatların aparılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

VI f ə sil TEATR İŞÇİLƏRİNİN SOSİAL MÜDAFİƏSİ 

Madd ə 20. Teatrların yaradıcı işçilərinin əməyinin ödənilməsi

20.1. Teatrların yaradıcı işçilərinin vəzifələrinin siyahıları və onların teatrda vəzifə tutmaları qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən əyyən edilir.

20.2. Teatrların yaradıcı işçilərinin fəaliyyəti əmək müqaviləsi (kontraktı) əsasında həyata keçirilir. Bu müqavilədə qanunvericilikdə nəzərdə tutulan məcburi şərtlərdən başqa, teatr tamaşasının canlı ifası ilə bağlı hüquqların həyata keçirilməsinin digər şərtləri də əyyən edilə bilər.

20.3. Teatrların yaradıcı işçilərinə və bu sahədə mütəxəssis hazırlığı ilə məşğul olan şəxslərə fəxri adlar, fərdi təqaüdlərvə mükafatlar qanunvericilikdə əyyən edilmiş qaydada verilir.

20.4. Teatrların rəhbərişçilərinin vəzifə maaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavələr oluna bilər.

20.5. Akademik, milli və aparıcı teatrlarda çalışan işçilərin əməkhaqlarına müvafiq olaraq 100, 50 və 25 faiz əlavə əyyən edilir.

Madd ə 21. Teatr işçilərinin sosial müdafiəsi

21.1. Teatr işçiləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək pensiyası hüququna malikdirlər.

21.2. Dövlət orqanları və bələdiyyələr müvafiq büdcə vəsaitləri və qanunvericiliklə qadağan olunmayan digərmənbələr hesabına teatr işçilərinin maddi təminatını yaxşılaşdırmaq üçün tədbirlərhəyata keçirə bilərlər.

21.3. Teatr işçiləri bədbəxt hadisələrdənvə peşə xəstəliklərindən qanunvericiliklə əyyən edilmiş qaydada icbari şəxsi sığorta olunurlar.

VII f ə sil YEKUN MÜDDƏALAR

Madd ə 22. Teatrların beynəlxalq əməkdaşlığı

22.1. Dövlət teatrların beynəlxalq əlaqələrinin inkişafına, teatrlarda çalışan yaradıcı işçilərin bu əməkdaşlıqda birbaşaiştirakına şərait yaradır.

22.2. Azərbaycan Respublikasının ərazisində xarici ölkələrin teatrlarının filialları (mərkəzləri) yaradıla və fəaliyyət göstərə bilər.

22.3. Dövlət xarici ölkələrdə yaşayan azərbaycanlılara milli teatrların yaradılmasında maddi və təşkilati yardım göstərə bilər.

Madd ə 23. Qanunun pozulmasına görə məsuliyyət Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının

qanunvericiliyində əyyən edilmiş qaydada məsuliyyət daşıyırlar Madd ə 24. Qanunun qüvvəyə minməsi Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2006cı il
№ 222IIIQ


لا توجد بيانات متاحة.

ويبو لِكس رقم AZ073