13.07.2010
"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
"Patent haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bir ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının "Patent haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 39-cu maddəsində nəzərdə tutulmuş patent rüsumlarının və ödənişlərinin məbləği və ödənilməsi qaydalarını təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının "Patent haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; "Patent haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin. 2. Müəyyən edilsin ki: "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 1-ci bəndində "bu Qanuna və" sözlərindən sonra, 5-ci maddəsinin 2-ci bəndində "Əsasnamə" sözlərindən sonra, 6-cı maddəsinin 2-ci bəndində, 18-ci maddəsində, 25-ci maddəsində, 30-cu maddəsinin 7-ci bəndinin birinci abzasının ikinci cümləsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin altıncı abzasında, 4-cü maddəsinin 1-ci bəndində "sənaye mülkiyyəti sahəsində" sözlərindən sonra və 2-ci bəndində, 5-ci maddəsinin 1-ci bəndinin birinci abzasında və 2-ci bəndində "Apellyasiya" sözündən əvvəl, 6-cı maddəsinin 1-ci bəndinin ikinci abzasında, 7-ci maddəsinin 3-cü bəndinin ikinci abzasında və 5-ci bəndində, 8-ci maddəsinin 3-cü bəndinin üçüncü abzasında və 4-cü bəndində, 9-cu maddəsinin 3-cü bəndinin ikinci abzasında və 4-cü bəndində, 10-cu maddəsinin 2-ci bəndində, 12-ci maddəsinin üçüncü abzasında, 15-ci maddəsinin 3-cü bəndinin birinci abzasında, 16-cı maddəsinin 2-ci bəndinin birinci və ikinci abzaslarında, 17-ci maddəsinin 3-cü bəndində, 19-cu maddəsinin 1-ci bəndinin ikinci abzasında, 2-ci bəndinin üçüncü abzasında və 4-cü bəndində, 26-cı maddəsinin 1-ci və 3-cü bəndlərində, 27-ci maddəsinin 1-ci bəndində, 2-ci bəndinin birinci, üçüncü və dördüncü abzaslarında, 6-cı bəndində, 8-ci bəndinin ikinci abzasında, 28-ci maddəsinin 1-ci bəndinin birinci abzasında, 2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin birinci və ikinci abzaslarında, 4-cü, 5-ci, 6-cı, 7-ci, 8-ci və 10-cu bəndlərində, 29-cu maddəsinin 1-ci bəndində, 3-cü bəndinin birinci və üçüncü abzaslarında, 5-ci bəndinin ikinci və dördüncü abzaslarında, 6-cı bəndində və 10-cu bəndinin birinci, ikinci və dördüncü abzaslarında, 30-cu maddəsinin 1-ci və 2-ci bəndlərində, 5-ci bəndinin birinci və ikinci abzaslarında, 7-ci bəndinin birinci abzasının birinci cümləsində və ikinci abzasında, 32-ci maddəsinin 1-ci bəndinin birinci və ikinci abzaslarında və 3-cü bəndində, 33-cü maddəsinin 1-ci bəndində, 35-ci maddəsinin 1-ci bəndində və 2-ci bəndinin birinci və ikinci abzaslarında, 36-cı maddəsinin 1-ci və 2-ci bəndlərində, 38-ci maddəsinin 1-ci bəndində, 41-ci maddəsinin birinci, ikinci və üçüncü abzaslarında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir; "Patent haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və müvafiq sahə (sahələrarası) mərkəzi icra hakimiyyəti orqanları həyata keçirirlər. 3. Bu fərman imzalandığı günə qədər ixtiraya, faydalı modelə və sənaye nümunəsinə verilmiş petentlər onları almış şəxslər üçün öz qüvvəsini saxlayır. 4. Bu fərman imzalandığı günə qədər verilmiş və ya kargüzarlıq işləri başa çatmamış "Patent haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq ixtira obyekti sayılmayan obyektlərə dair iddia sənədləri "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini ödədiyi halda onlara petent verilməsi mümkün hesab edilsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 19 avqust 1998-ci il № 755
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) 2. 19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526) 3. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526) ilə 2-ci bəndin ikinci abzasından "39-cu maddəsinin üçüncü abzasında" sözləri çıxarılmışdır. 23 oktyabr 2003-cü il tarixli 966 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 10, maddə 571) ilə 2-ci bəndinin üçüncü abzasında "Dövlət Elm və Texnika Komitəsi" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi" sözləri ilə əvəz edilmişdir. 19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526) ilə 2-ci bəndin üçüncü abzasında "4-cü maddəsinin 1-ci bəndində "sənaye mülkiyyəti sahəsində" sözlərindən sonra, 2-ci və 3-cü bəndlərində" sözləri, "4-cü maddəsinin 1-ci bəndində "sənaye mülkiyyəti sahəsində" sözlərindən sonra və 2-ci bəndində" sözləri ilə əvəz edilmişdir. 19 iyul 2004-cü il tarixli 87 nömrəli Fərman (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 7, maddə 526) ilə 2-ci bəndin üçüncü abzasından "39-cu maddəsinin ikinci abzasında" sözləri çıxarılmışdır. 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 04, maddə 226) ilə 14 aprel 2009-cu il tarixli 81 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ("Azərbaycan" qəzeti 19 aprel 2008-ci il, № 83) ilə 2-ci bəndinin üçüncü abzasında «Agentliyi» sözü «Komitəsi» sözü ilə əvəz edilmişdir.