Propiedad intelectual Formación en PI Respeto por la PI Divulgación de la PI La PI para... La PI y… La PI en… Información sobre patentes y tecnología Información sobre marcas Información sobre diseños industriales Información sobre las indicaciones geográficas Información sobre las variedades vegetales (UPOV) Leyes, tratados y sentencias de PI Recursos de PI Informes sobre PI Protección por patente Protección de las marcas Protección de diseños industriales Protección de las indicaciones geográficas Protección de las variedades vegetales (UPOV) Solución de controversias en materia de PI Soluciones operativas para las oficinas de PI Pagar por servicios de PI Negociación y toma de decisiones Cooperación para el desarrollo Apoyo a la innovación Colaboraciones público-privadas Herramientas y servicios de IA La Organización Trabajar con la OMPI Rendición de cuentas Patentes Marcas Diseños industriales Indicaciones geográficas Derecho de autor Secretos comerciales Academia de la OMPI Talleres y seminarios Observancia de la PI WIPO ALERT Sensibilizar Día Mundial de la PI Revista de la OMPI Casos prácticos y casos de éxito Novedades sobre la PI Premios de la OMPI Empresas Universidades Pueblos indígenas Judicatura Recursos genéticos, conocimientos tradicionales y expresiones culturales tradicionales Economía Financiación Activos intangibles Igualdad de género Salud mundial Cambio climático Política de competencia Objetivos de Desarrollo Sostenible Tecnologías de vanguardia Aplicaciones móviles Deportes Turismo PATENTSCOPE Análisis de patentes Clasificación Internacional de Patentes ARDI - Investigación para la innovación ASPI - Información especializada sobre patentes Base Mundial de Datos sobre Marcas Madrid Monitor Base de datos Artículo 6ter Express Clasificación de Niza Clasificación de Viena Base Mundial de Datos sobre Dibujos y Modelos Boletín de Dibujos y Modelos Internacionales Base de datos Hague Express Clasificación de Locarno Base de datos Lisbon Express Base Mundial de Datos sobre Marcas para indicaciones geográficas Base de datos de variedades vegetales PLUTO Base de datos GENIE Tratados administrados por la OMPI WIPO Lex: leyes, tratados y sentencias de PI Normas técnicas de la OMPI Estadísticas de PI WIPO Pearl (terminología) Publicaciones de la OMPI Perfiles nacionales sobre PI Centro de Conocimiento de la OMPI Informes de la OMPI sobre tendencias tecnológicas Índice Mundial de Innovación Informe mundial sobre la propiedad intelectual PCT - El sistema internacional de patentes ePCT Budapest - El Sistema internacional de depósito de microorganismos Madrid - El sistema internacional de marcas eMadrid Artículo 6ter (escudos de armas, banderas, emblemas de Estado) La Haya - Sistema internacional de diseños eHague Lisboa - Sistema internacional de indicaciones geográficas eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Mediación Arbitraje Determinación de expertos Disputas sobre nombres de dominio Acceso centralizado a la búsqueda y el examen (CASE) Servicio de acceso digital (DAS) WIPO Pay Cuenta corriente en la OMPI Asambleas de la OMPI Comités permanentes Calendario de reuniones WIPO Webcast Documentos oficiales de la OMPI Agenda para el Desarrollo Asistencia técnica Instituciones de formación en PI Apoyo para COVID-19 Estrategias nacionales de PI Asesoramiento sobre políticas y legislación Centro de cooperación Centros de apoyo a la tecnología y la innovación (CATI) Transferencia de tecnología Programa de Asistencia a los Inventores (PAI) WIPO GREEN PAT-INFORMED de la OMPI Consorcio de Libros Accesibles Consorcio de la OMPI para los Creadores WIPO Translate Conversión de voz a texto Asistente de clasificación Estados miembros Observadores Director general Actividades por unidad Oficinas en el exterior Ofertas de empleo Adquisiciones Resultados y presupuesto Información financiera Supervisión
Arabic English Spanish French Russian Chinese
Leyes Tratados Sentencias Consultar por jurisdicción

Ley de la República de Azerbaiyán sobre el Comercio Electrónico, Azerbaiyán

Atrás
Versión más reciente en WIPO Lex
Detalles Detalles Año de versión 2005 Fechas Adoptado/a: 10 de mayo de 2005 Tipo de texto Otras textos Materia Otros Notas El artículo 11.3 de la Ley establece que el comercio electrónico realizado por la violación de los derechos de propiedad intelectual y otros derechos no es válida. El artículo 11.4. establece que en caso de violación de la legislación de la República de Azerbaiyán, los derechos de autor y derechos conexos, los derechos a los circuitos integrados y mercados de información, los derechos de las muestras de folclore y la propiedad industrial la libertad de hacer los servicios desde el territorio de otros Estados puede ser restringida.

Documentos disponibles

Textos principales Textos relacionados
Textos principales Textos principales Azerbaiyán Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunu        
 
Abierta PDF open_in_new

''Elektron ticarət haqqında'' Azərbaycan Respublikasının qanunu

Bu Qanun Azərbaycan Respublikasında elektron ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını, onun iştirakçılarının hüquq və vəzifələrini, habelə elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti müəyyən edir.

I Fəsil. Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan istifadə edilir:

1.0.1. Elektron ticarət - informasiya sistemlərindən istifadə edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi və işlərin görülməsi üzrə həyata keçirilən fəaliyyət;

1.0.2. Elektron ticarətin iştirakçıları – elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər;

1.0.3. Satıcı (təchizatçı) – malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət iştirakçısı;

1.0.4. Alıcı (sifarişçi) – malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısı;

1.0.5. Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra – vasitəçi) – elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs;

    1. Kommersiya bildirişi – satıcı (təchizatçı) tərəfindən malların yayılmasına, xidmətlərin göstərilməsinə, işlərin görülməsinə və ya onun imicinin formalaşdırılmasına birbaşa, yaxud dolayı yolla xidmət edən məlumat.
    2. Maddə 2. Qanunun tətbiq sahəsi
  1. Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, bu Qanun Azərbaycan Respublikasında bütün digər sahələrdə həyata keçirilən elektron ticarətəşamil olunur.

2.2. Maliyyə bazarında, o cümlədən sığorta və qiymətli kağızlar bazarında elektron ticarətlə bağlı münasibətlər Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.

    1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyinəəsasən notarial qaydada təsdiqlənməli və ya dövlət qeydiyyatına alınmalı olan müqavilələrəşamil edilmir.
    2. Maddə 3. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
  1. Elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan və digər normativ hüquqi aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
  1. Əqdlərin elektron formada bağlanması iləəlaqədar məsələlər bu Qanunla və elektron sənəd dövriyyəsinə dair qanunvericiliklə, əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər isə, bu Qanunun 10-cu maddəsində nəzərdə tutulan məsələlər istisna olmaqla, mülki qanunvericiliklə tənzimlənir.
  2. Azərbaycan Respublikasında elektron ticarətin hüquqi tənzimlənməsi aşağıdakı prinsiplərəəsaslanır:

II Fəsil. Elektron ticarətin təşkili

Maddə 4. Elektron ticarətin əsas prinsipləri 4.1.1. iştirakçıların hüquq bərabərliyi;

4.1.2. iştirakçıların iradə sərbəstliyi;

4.1.3. iştirakçıların əmlak müstəqilliyi;

4.1.4. mülkiyyətin toxunulmazlığı;

4.1.5. müqavilə azadlığı;

4.1.6. sahibkarlıq fəaliyyətinin maneəsiz həyata keçirilməsi;

4.1.7. azad vəədalətli rəqabət;

4.1.8. malların, xidmətlərin və maliyyə vəsaitlərinin sərbəst hərəkəti;

4.1.9. hüquqların məhkəmədə müdafiəsinə təminat verilməsi.

4.2. Hüquqi və fiziki şəxslərin elektron ticarət sahəsində hüquq və vəzifələr əldə etməsinə və həyata keçirməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyinəəsasən məhdudiyyətlər qoyula bilər.

4.3. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdəəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almalıdır.

    1. Hüquqi və fiziki şəxslər elektron ticarət sahəsində hüquq və vəzifələrini qanunvericiliyə və bağladıqları müqavilələrəəsasən əldə edir və həyata keçirirlər.
    2. Maddə 5. Elektron ticarətin iştirakçılarına olan tələblər
  1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyətə xüsusi razılıq (lisenziya) nəzərdə tutulan hallar istisna olmaqla, mövcud qanunvericiliyə müvafiq qaydada hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etdiyi andan satıcı (təchizatçı) kimi fəaliyyətə başlaya bilər.

5.2. Satıcının (təchizatçının) alıcılara (sifarişçilərə) təqdim etdiyi bütün məlumatlar Azərbaycan dilində və ya tərəflərin razılaşdırdığı digər dildə, xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən aydın və birmənalı başa düşülən şəkildə ifadə olunmalıdır.

5.3. Satıcı (təchizatçı) özü barədə aşağıdakı zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan yaratmalıdır:

5.3.1. hüquqi şəxsin adı, dövlət qeydiyyatı, təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı və atasının adı, ünvanı;

5.3.2. əlaqə məlumatları (telefon, faks, İnternet və elektron poçt ünvanları);

5.3.3. satıcının (təchizatçının) ticarət reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu halda, reyestrin adı, qeydiyyat nömrəsi və ya digər identikləşdirmə məlumatı (satıcı (təchizatçı) peşə üzrə fəaliyyət göstərərkən isə qeydiyyatdan keçdiyi müvafiq dövlət orqanının və ya digər qurumun adı, peşə üzrə ixtisas dərəcəsi, peşə qaydaları və bu qaydalarla tanışlıq imkanı barədə məlumat);

5.3.4. sahibkarlıq fəaliyyətinə xüsusi razılıq (lisenziya) tətbiq olunan halda, xüsusi razılıq (lisenziya) və onu vermiş dövlət orqanı barədə məlumat;

5.3.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);

5.3.6. malların, xidmətlərin və işlərin qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma haqqının daxil olub-olmaması və onların məbləği barədə məlumat.

5.4. Alıcı (sifarişçi) bu Qanunla, mülki qanunvericiliklə, o cümlədən istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliklə və elektron ticarət iştirakçıları arasında bağlanmış müqavilələrlə nəzərdə tutulmuş hüquq və vəzifələrə malikdir.

5.5. Vasitəçi məhkəmənin qərarı və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının qarşısının alınması məqsədi ilə göstərdiyi xidməti dayandırır, informasiyanın saxlanılması xidmətini göstərdiyi halda isə, həmçinin informasiyanı silir və ya ona çıxışı məhdudlaşdırır.

III Fəsil.Elektron ticarətin həyata keçirilməsi

Maddə 6. Kommersiya bildirişi

6.1. Elektron ticarətin təşviq edilməsi məqsədi ilə satıcı (təchizatçı) kommersiya bildirişindən istifadə edə bilər. Kommersiya bildirişi aşağıdakı şərtlərə cavab verməlidir:

6.1.1. bildirişin kommersiya xarakterli olması aydın bildirilməlidir;

6.1.2. kommersiya bildirişini göndərənin adı və ünvanı dəqiq göstərilməlidir;

6.1.3. satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar və hədiyyələr kimi təkliflər aydın göstərilməli, onların əldə edilmə şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır;

6.1.4. satışı stimullaşdırmaq məqsədi ilə qanunvericiliklə icazə verilmiş yarışlar və oyunlar barədə məlumatlar aydın göstərilməli, onlarda iştirak şərtləri açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan yaradılmalıdır.

6.2. Satıcıya (təchizatçıya) birbaşa müraciət etməyə imkan verən məlumatlar, o cümlədən, İnternet və elektron poçt ünvanları, mallar (xidmətlər, işlər) və ya onların satıcısı (təchizatçısı) barədə sərbəst surətdə, xüsusən də xərc çəkmədən əldə edilmiş məlumatlar kommersiya bildirişinə aid edilmir.

    1. Alıcının (sifarişçinin) razılığı olmadan satıcı (təchizatçı) tərəfindən elektron poçt vasitəsilə təşəbbüs xarakterli kommersiya bildirişləri göndərilə bilər. Satıcı (təchizatçı) təşəbbüs xarakterli kommersiya bildirişlərini almaq istəməyən şəxslərin qeydiyyatdan keçməsinə imkan yaratmalı və bu qeydiyyata riayət etməlidir. Təşəbbüs xarakterli kommersiya bildirişlərinə cavab verilməməsi aksept hesab olunmur.
    2. Maddə 7. Müqavilənin bağlanması
  1. Elektron ticarətdə satıcı (təchizatçı) ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd formasında bağlanır.

7.2. Müqavilə bağlamaq təklifi (oferta), o cümlədən qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə bağlı onun adından hərəkət etmək səlahiyyəti verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə göndərilə bilər.

7.3. Müqavilənin şərtləri xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və birmənalı başa düşülən şəkildə tərtib edilməlidir, həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən formada hazırlanmalıdır.

7.4. Müqavilənin bəzi şərtləri digər elektron sənədə istinadən verilə bilər və bu səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir.

    1. Müqavilə satıcının (təchizatçının) ona aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər arasındakı razılığa əsasən digər hallar nəzərdə tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi aksept hesab olunmur.
    2. Maddə 8. Müqavilənin bağlanmasına aid tələblər
  1. Alıcı (sifarişçi) sifariş verməzdən əvvəl satıcı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla təmin olunmalıdır:

8.1.1. təchizatçının adı, ünvanı;

8.1.2. malların (xidmətlərin, işlərin) xüsusiyyətləri barədəəsas məlumatlar;

8.1.3. vergilər nəzərə alınmaqla malların (xidmətlərin, işlərin) qiymətləri;

8.1.4. çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri;

8.1.5. ödəniş və sifarişin icra olunma şərtləri;

8.1.6. bu Qanunda nəzərdə tutulmuş imtina hüququndan istifadə imkanı;

8.1.7. müqavilə bağlamaq təklifinin və ya qiymətin qüvvədə olduğu müddət;

8.1.8. ehtiyac olarsa, malların, işlərin və xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin minimal müddəti;

8.1.9. müqavilənin bağlanma üsulu və mərhələləri;

8.1.10. satıcı (təchizatçı) tərəfindən müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı;

8.1.11. sifarişin verilməsi zamanı buraxılan səhvlərin müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün mövcud olan texniki imkanlar.

8.2. Sifariş verilərkən satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) sifarişi aldığını dərhal bildirməlidir. Alıcı (sifarişçi) sifarişin təsdiqlənməsi barədə məlumatı əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır.

8.3. Bu Qanunun 8.1-ci maddəsində göstərilmiş məlumatlar, bu Qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, təsdiqləmə formasında yazılı şəkildə müqavilə bağlananadək alıcıya (sifarişçiyə) çatdırılmalıdır. Bu öhdəlik müqavilə bağlananadək yerinə yetirilmədikdə, müqavilənin icrasına başlananadək yerinə yetirilməlidir.

8.4. Təsdiqləmədə habelə aşağıdakılar barədə məlumat verilməlidir:

8.4.1. müqavilənin icrasından imtinanın şərtləri və proseduru;

8.4.2. alıcının (sifarişçinin) şikayət edə bildiyi ünvan;

8.4.3. satışdan sonrakı xidmət və zəmanətlər;

8.4.4. müqavilənin bir ildən artıq müddətə və ya qeyri-müəyyən müddətə bağlandığı halda, onun dayandırılması şərtləri.

    1. Bu Qanunun 8.4-cü maddəsi bir dəfəyə göstərilən xidmətlərə tətbiq edilmir. Bu halda alıcıya (sifarişçiyə) ancaq şikayət edə bildiyi ünvan bildirilməlidir.
    2. Maddə 9. Müqavilənin icrasından imtina
  1. Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin icrasından imtina edə bilər.

9.2. Bu Qanunun 8.3-cü maddəsində göstərilmiş öhdəlik yerinə yetirilmişdirsə, müqavilənin icrasından imtina edilmə müddəti müqavilənin bağlandığı gündən hesablanır.

9.3. Satıcı (təchizatçı) bu Qanunun 8.3-cü maddəsində göstərilmiş öhdəliyi tam yerinə yetirə bilmədikdə, o, bunu müqavilə bağlanandan sonrakı 3 ay ərzində etməlidir. Bu dövrdə öhdəlik yerinə yetirilərsə, 7 günlük imtina müddəti həmin gündən hesablanır.

9.4. Alıcı (sifarişçi) bu Qanunun 9.1-ci maddəsinə uyğun olaraq müqavilənin icrasından imtina etdikdə, satıcı (təchizatçı) onun ödədiyi məbləği əlavə xərc olmadan 7 gün ərzində geri qaytarmalıdır. Bu zaman alıcıdan (sifarişçidən) yalnız malın qaytarılması xərci tutula bilər.

9.5. Tərəflər arasında digər razılaşma olmadıqda, alıcı (sifarişçi) aşağıdakı müqavilələrin icrasından imtina edə bilməz:

9.5.1. bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş 7 günlük müddət ərzində alıcının (sifarişçinin) razılığı ilə müqavilənin icrasına başlanıldıqda;

9.5.2. qiymətləri satıcı (təchizatçı) tərəfindən tənzimlənməyən maliyyə bazarındakı dəyişmələrdən asılı olan malların təchizatı üzrə müqavilələrdə;

9.5.3. alıcının (sifarişçinin) xüsusi tələbi əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə müddəti olan malların təchizatı üzrə müqavilələrdə;

9.5.4. audio, video yazılar və ya kompüter proqram təminatının, həmçinin digər malların qablaşdırma materialı alıcı (sifarişçi) tərəfindən açıldıqda və ya digər qaydada pozulduqda;

9.5.5. qəzet, jurnal və digər dövri mətbuat təchiz edildikdə.

Maddə 10. Müqavilənin icrası

10.1. Tərəflər arasında digər razılaşma olmadıqda, sifariş alıcı (sifarişçi) tərəfindən göndərilən gündən başlayaraq ən geci 30 gün ərzində satıcı (təchizatçı) tərəfindən yerinə yetirilməlidir.

10.2. Satıcı (təchizatçı) sifariş verilmiş malları (işləri, xidmətləri) onların olmaması (görülməsinə və ya göstərilməsinə imkanın olmaması) səbəbindən təmin edə bilmədikdə, alıcıya (sifarişçiyə) bu barədə məlumat verməlidir və onun ödədiyi məbləği 7 gün ərzində geri qaytarmalıdır.

10.3. Malların və xidmətlərin çatdırılması xərc tələb edərsə, alıcının (sifarişçinin) sifarişi olmadan onların təmin edilməsi qadağandır.

10.4. Satıcı (təchizatçı) öz təşəbbüsü ilə ödənişəsasında malların və xidmətlərin çatdırılmasını həyata keçirərsə, alıcının (sifarişçinin) belə təklifə cavab verməməsi razılıq sayılmamalıdır.

IV Fəsil. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Maddə 11. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin ümumi əsasları

11.1. Elektron ticarət haqqında qanunvericiliyin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

11.2. Satıcı (təchizatçı) alıcıya (sifarişçiyə) və səlahiyyətli dövlət orqanlarına yanlış məlumat verməsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi iləəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

11.3. Əqli mülkiyyət hüquqlarının və digər hüquqların pozulması ilə həyata keçirilən elektron ticarət qanunsuz sayılır və pozulmuş hüquqların bərpası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.

    1. Azərbaycan Respublikasının qanunvericiliyinin, o cümlədən müəlliflik hüququ və əlaqəli hüquqların, inteqral sxem topologiyalarına və məlumat bazalarına olan hüquqların, həmçinin folklor nümunələri barəsində və sənaye mülkiyyətinə olan hüquqların pozulduğu hallarda digər dövlətin ərazisindən xidmətlərin göstərilməsi azadlığı məhdudlaşdırıla bilər.
    2. Maddə 12. Vasitəçinin məsuliyyəti
  1. Vasitəçi elektron ticarətin digər iştirakçıları ilə bağlanmış müqavilənin şərtlərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.

12.2. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanı rabitə şəbəkəsi vasitəsilə ötürmək və ya rabitə şəbəkəsinə çıxış imkanını təmin etmək xidməti göstərdikdə, ötürülən informasiyaya görə aşağıdakı hallarda məsuliyyət daşımır:

12.2.1. ötürmənin təşəbbüskarı olmadıqda;

12.2.2. informasiyanın alıcısını seçmədikdə;

12.2.3. ötürülən informasiyanın məzmununu dəyişmədikdə və ondan seçmələr etmədikdə.

12.3. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanı rabitə şəbəkəsi vasitəsilə ötürmək xidməti göstərdikdə, digər alıcının (sifarişçinin), satıcının (təchizatçının) sorğuları əsasında informasiyanın daha səmərəli təqdim edilməsi məqsədi ilə ötürülən informasiyanın avtomatik, müvəqqəti və qısamüddətli saxlanılmasına görə aşağıdakı hallarda məsuliyyət daşımır:

12.3.1. informasiyaya düzəlişlər etmədikdə;

12.3.2. informasiyaya çıxış şərtlərinə riayət etdikdə;

12.3.3. ümumi qəbul edilmiş qaydada informasiyanın yeniləşdirilməsi şərtlərinə riayət etdikdə; 12.3.4. informasiyanın istifadəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə qanuni, ümumi qəbul edilmiş və geniş istifadə edilən texnologiyalar vasitəsilə müdaxilə etmədikdə;

12.3.5. informasiyanın ilkin mənbəyində onun silinməsi və ya ona çıxışın məhdudlaşdırılması barədə məlumat aldıqdan sonra dərhal eyni tədbirlər gördükdə, həmçinin bu əməliyyatları məhkəmənin qərarı və ya səlahiyyətli dövlət orqanının tələbi əsasında həyata keçirdikdə.

12.4. Vasitəçi alıcının (sifarişçinin), satıcının (təchizatçının) təqdim etdiyi informasiyanın saxlanılması üzrə xidmət göstərirsə, informasiyanın saxlanılmasına görə aşağıdakı hallarda məsuliyyət daşımır:

12.4.1. fəaliyyətin və ya informasiyanın qanunsuz xarakteri barəsində faktiki məlumatlara malik olmadıqda və zərərin əvəzinin ödənilməsi üzrə iddialar baxımından fəaliyyətin və ya informasiyanın qanunsuz olması barədə dəqiq faktlar və təfərrüatlar bəlli olmadıqda;

12.4.2. bu barədə məlumat və ya xəbərdarlıq aldıqda, saxlanılan informasiyanın silinməsinin və ya ona çıxışın qarşısının alınması ilə bağlı dərhal tədbirlər gördükdə.

12.5. Vasitəçi xidmət göstərərkən ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək məqsədi ilə fəal surətdə faktların və ya təfərrüatların müəyyənləşdirilməsi üzrə hərəkətlərə məcbur edilə bilməz, yaxud bunu fərdi təşəbbüs qaydasında həyata keçirə bilməz.

12.6. Vasitəçi xidmət göstərdiyi alıcıların (sifarişçilərin), satıcıların (təchizatçıların) qanunsuz fəaliyyəti və ya informasiya ötürməsi barədə səlahiyyətli dövlət orqanlarını məlumatlandırmalıdır və onların müraciətinəəsasən xidmətlərin alıcılarının (sifarişçilərinin), satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə imkan verən məlumatları təqdim etməlidir.

V Fəsil. Yekun müddəalar

Maddə 13. Mübahisələrin həlli

13.1. Elektron ticarətin iştirakçıları arasında mübahisələr qanunvericiliyə zidd olmayan məhkəmədənkənar vasitələrlə, o cümlədən elektron vasitələrdən istifadə etməklə həll edilə bilər.

13.2. Elektron ticarətlə bağlı iddialara məhkəmələr qanunvericilikdəəyyən olunmuş müddətdə baxırlar.

Maddə 14. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 may 2005-ci il
908-IIQ


Datos no disponibles.

N° WIPO Lex AZ022