"Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 15 fevral 2000-ci il № 21 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Patent müvəkkilləri haqqında
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə Azərbaycan Respublikası ərazisində patent müvəkkillərinin peşə fəaliyyəti ilə bağlı münasibətləri tənzimləyir.
1.2. Patent müvəkkillərinin fəaliyyəti Azərbaycan Respublikasının qanunları və bu Əsasnamə ilə tənzimlənir.
1.3. Azərbaycan Respublikası ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının dövlət dilini bilən, ali təhsili olan, patent müvəkkillərinin Dövlət reyestrində qeydiyyata alınan Azərbaycan Respublikasının vətəndaşı patent müvəkkili ola bilər.
2.1. Patent müvəkkili ilə Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri, iddiaçılar, sənaye mülkiyyəti obyektlərinin sahibləri (bundan sonra - vəkalət verən) arasındakı münasibətlər müqaviləəsasında tənzimlənir. Patent müvəkkilinin səlahiyyəti vəkalət verən tərəfindən ona verilən "Etibarnamə" ilə təsdiq edilir. Patent müvəkkili yalnız "Etibarnamə"də göstərilən sənaye mülkiyyəti obyektləri çərçivəsində səlahiyyətlərə malik olur.
2.2. Vəkalət verən üzərinə düşən öhdəlikləri yerinə yetirmədikdə və ya Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarına, patent müvəkkilinin peşəkarlıq etikasına qarşı çıxan tələblər irəli sürdükdə, patent müvəkkili müqavilə ilə ondan aldığı tapşırığı yerinə yetirməkdən imtina edə bilər. Vəkalət verənlə patent müvəkkili arasında yaranan mübahisələrə SMPDK -nin Appelyasiya komissiyasında (bundan sonra - Apellyasiya şurası) baxılır. Tərəflər Apellyasiya şurasının qərarı ilə razı olmadıqda məhkəməyə müraciət edə bilərlər.
6.1. Patent müvəkkili statusu almaq istəyən fiziki şəxs attestasiyadan keçmək üçün SMPDK ya ərizə ilə müraciət edir. Ərizəyə ali təhsil haqqında diplomun surəti, Azərbaycan
Respublikası ərazisində daimi yaşayış yeri haqqında arayış, xüsusi kursu bitirməyə dair sənəd,
bu Əsasnamənin 5-ci maddəsinin 2-ci abzasına uyğun iki il iş stajı barədə müvafiq arayış və
patent müvəkkillərinin attestasiyası, qeydiyyatı üçün müəyyən edilən dövlət rüsumu
ödənilməsi təsdiqləyən sənəd əlavə olunur.
Patent müvəkkili statusu almaq istəyən şəxs sənaye mülkiyyəti obyektlərinin (ixtira, faydalı
model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici və s.) hər hansı biri və ya bir neçəsi
sahəsində məhdud fəaliyyət göstərmək niyyətində olduqda onu ərizədə qeyd edir.
6.2. Müəyyən edilmiş tələblərə uyğun sənədləri təqdim edən fiziki şəxsə attestasiyanın tarixi
barədə bildiriş göndərilir və o, attestasiya komissiyası qarşısında attestasiyadan keçir.
Attestasiya komissiyasının tərkibi və aparılma qaydası SMPDK tərəfindən müəyyən edilir.
Müəyyən edilən sənədlərdən hər hansı birini təqdim etməyən şəxs attestasiyaya buraxılmır.
6.3. Attestasiya komissiyası patent müvəkkilliyinə namizədi attestasiyadan keçirərkən onu
seçdiyi sənaye mülkiyyəti obyektləri sahəsində "məhdud fəaliyyət"lə bağlı ərizəsini də nəzərə
alır.
6.4. Attestasiyadan keçən fiziki şəxs, attestasiya komissiyasının qərarına əsasən, qərarın
verildiyi tarixdən bir ay ərzində patent müvəkkili kimi patent müvəkkillərinin Dövlət
reyestrində qeydiyyata alınır və müəyyən edilmiş dövlət rüsumu ödənildikdən sonra ona
şəhadətnamə verilir.
Patent müvəkkili seçdiyi sənaye mülkiyyəti obyektləri sahəsində məhdud fəaliyyət göstərməli
olarsa, bu barədə məlumat Dövlət reyestrinə daxil edilir və şəhadətnamədə qeyd olunur.
6.6. Patent müvəkkili Dövlət reyestrində qeydə alındığı tarixdən fəaliyyət göstərmək hüququ
əldə edir və bu barədə məlumat rəsmi bülletendə dərc olunur.
Patent müvəkkilinə olan tələblər patent müvəkkili tərəfindən yerinə yetirilmədikdə və bu
sahədə yaranan ziddiyyətlərlə bağlı Apellyasiya şurasına etiraz vəşikayətlər daxil olduqda,
patent müvəkkili yenidən attestasiyadan keçirilir.
7.1. Patent müvəkkili vəkalət verənlə bağladığı müqaviləni yerinə yetirən zaman müqavilə
şərtlərinin pozulduğuna görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə
uyğun məsuliyyət daşıyır.
7.2. Patent müvəkkili peşə öhdəliyini lazımi səviyyədə yerinə yetirmədikdə, vəkalət verən
istənilən hüquqi və ya fiziki şəxs Apellyasiya şurasına şikayət verə bilər. Apellyasiya şurası
bu cür şikayətin daxil olması barədə patent müvəkkilinə bildiriş göndərir.
7.3. Apellyasiya şurasına daxil olan şikayətlərə üç ay müddətində baxılır. SMPDK
Apellyasiya şurasının gəldiyi nəticələrdən asılı olaraq bu Əsasnaməyə uyğun tədbirlər görür.
9.1. Patent müvəkkili müqavilə üzrə vəkalət verənin tapşırıqlarını icra edən bilmədiyi halda,
o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq, həmin müqavilədə
göstərilən işlərin icrasını başqa patent müvəkkilinə verə bilər.
Patent müvəkkilinin yeni vəkalət vərəndən aldığı tapşırıqlar, ondan daha əvvəl müraciət etmiş
vəkalət verənin mənafelərinə toxunursa, patent müvəkkili yeni vəkalət verəndən aldığı
tapşırıqları yerinə yetirməkdən imtina etməlidir.
İşlərin icrasını öz üzərindən götürən patent müvəkkili bu barədə vəkalət verənə bildiriş
göndərir.
9.2. Patent müvəkkilinin Dövlət reyestrindən çıxarılması barədə qərar qüvvəyə mindikdən
sonra bu barədə məlumat rəsmi bülletendə dərc olunur.
9.3. Patent müvəkkili yaşayış yerini dəyişdiyi halda Dövlət reyestrində müvafiq qeydlər
aparmaq üçün SMPDK -ya məlumat verir.
QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏƏLAVƏLƏRİN SİYAHISI
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
10 mart 2004-cü il tarixli 27 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 3, maddə 193) ilə "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 2.2-ci, 3.1-ci, 5.1-ci, 6.1-ci, 6.2-ci, 6.5-ci, 7.3cü, 9.3-cü bəndlərində "DETK" sözləri "SMPDA" sözləri iləəvəz edilmişdir. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32) ilə "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 2.2-ci, 3.1-ci, 5.1-ci, 6.1-ci, 6.2-ci, 6.5-ci, 7.3-cü, 9.3-cü bəndlərində "SMPDA" ifadəsi "SMPDK" ifadəsi iləəvəz edilmişdir.
19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 2.2-ci, 6.6-cı bəndlərin ikinci abzaslarında, 6.7-ci bəndin birinci və ikinci abzaslarında, 7.2-ci, 7.3-cü bəndlərində və 8.1-ci bəndin dördüncü abzasında ismin müvafiq hallarında "Apellyasiya komissiyası" sözləri ismin müvafiq hallarında "Apellyasiya şurası" sözləri ilə əvəz edilmişdir.
23 mart 2002-ci il tarixli 45 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 148) ilə "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 6.1-ci bəndinin birinci abzasında "ödənişi" sözü "dövlət rüsumu ödənilməsi" sözləri ilə, 6.4-cü bəndinin birinci abzasında "ödənişdən" sözü "dövlət rüsumu ödənildikdən" sözləri iləəvəz edilmişdir.
19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №9, maddə 752) ilə 7.3-cü bəndin birinci cümləsində "iki" sözü "üç" sözü iləəvəz edilmişdir.