Antiinhisar fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I b ö l m ə
ÜMUMİMÜDDƏALAR
M a d d ə 1. Qanunun məqsədləri
Qanun inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarınımüəyyən edir.
Maddə 1‐1. Antiinhisar qanunvericiliyi 1
Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, ʺTəbii inhisarlar haqqındaʺ, ʺHaqsız rəqabət haqqındaʺ Azərbaycan Respublikasının qanunlarından və digər normativ‐hüquqi aktlardan ibarətdir. 2
Maddə 2. Qanunun tətbiq dairəsi
1. Bu Qanun Azərbaycan Respublikasının bütün ərazisində fəaliyyət göstərir və bütün hüquqi və fiziki şəxslərə şamil edilir.
2. Qanun təsərrüfat subyektlərinin, icra hakimiyyəti və idarə etmə orqanlarının xarici ölkələrin fiziki və hüquqi şəxsləri ilə bağladıqları sazişlərin və müqavilələrin milli bazarda rəqabətin məhdudlaşdırılmasına gətirib çıxardığı hallarda da tətbiq edilir.
3. Qanun təsərrüfat subyektlərinin ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı, coğrafi göstərici, müəlliflik hüququ və əlaqəli hüquqlardan irəli kələn münasibətlərinə, onların bu hüquqlardan qəsdən rəqabəti məhdudlaşdırmaq məqsədilə istifadə etməsi hallar istisna olmaqla, şamil edilmir. 3
M a d d ə 3. Antiinhisar siyasətini həyata keçirən Azərbaycan Respublikasının dövlət orqanları
İnhisarçılıq fəaliyyətinin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üzrə dövlət siyasətini, digər dövlət orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasında antiinhisar siyasətini yeridən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanı həyata keçirir. Azərbaycan Respublikasında mərkəzi icra hakimiyyəti orqanı bu Qanunun tələblərinin pozulmasına görə icrası məcburi olan göstərişlər verə bilər və qanunvericiliklə müəyyən odunmuş digər səlahiyyətləri yerinə yetirə bilər.
M a d d ə 4. Əsas anlayışlar
Bu Qanunun məqsədləri üçün istifadə edilən əsas anlayışlar aşağıdakı kimi qəbul olunur: icra hakimiyyəti və idarəetmə orqanları—Azərbaycan Respublikasının, şəhərlərin,
rayonların və onlara daxil olan inzibati ərazi vahidlərinin icra hakimiyyətinə idarəetmə orqanları. İdarəetmə orqanlarına həmçinin idarəetmə funksiyalarını yerinə yetirərkən (dövlət sifarişlərinin yerləşdirilməsi, material ehtiyatları limitlərinin ayrılması və s.) ittifaqlar, assosiasiyalar, konsernlər, konsorsiumlar vəmüəssisələrin digər birlikləri də aiddir;
bazarın subyektləri — bazar münasibətlərinin iştirakçıları olan təsərrüfat subyektləri və