Об интеллектуальной собственности Обучение в области ИС Обеспечение уважения интеллектуальной собственности Информационно-просветительская работа в области ИС ИС для ИС и ИС в области Информация о патентах и технологиях Информация о товарных знаках Информация о промышленных образцах Информация о географических указаниях Информация о новых сортах растений (UPOV) Законы, договоры и судебные решения в области ИС Ресурсы в области ИС Отчеты в области ИС Патентная охрана Охрана товарных знаков Охрана промышленных образцов Охрана географических указаний Охрана новых сортов растений (UPOV) Разрешение споров в области ИС Деловые решения для ведомств ИС Оплата услуг в области ИС Органы по ведению переговоров и директивные органы Сотрудничество в целях развития Поддержка инновационной деятельности Государственно-частные партнерства Инструменты и сервисы на базе ИИ Организация Работа с ВОИС Подотчетность Патенты Товарные знаки Промышленные образцы Географические указания Авторское право Коммерческая тайна Академия ВОИС Практикумы и семинары Защита прав ИС WIPO ALERT Информационно-просветительская работа Международный день ИС Журнал ВОИС Тематические исследования и истории успеха Новости ИС Премии ВОИС Бизнеса Университетов Коренных народов Судебных органов Генетические ресурсы, традиционные знания и традиционные выражения культуры Экономика Финансирование Нематериальные активы Гендерное равенство Глобальное здравоохранение Изменение климата Политика в области конкуренции Цели в области устойчивого развития Передовых технологий Мобильных приложений Спорта Туризма PATENTSCOPE Патентная аналитика Международная патентная классификация ARDI – исследования в интересах инноваций ASPI – специализированная патентная информация Глобальная база данных по брендам Madrid Monitor База данных Article 6ter Express Ниццкая классификация Венская классификация Глобальная база данных по образцам Бюллетень международных образцов База данных Hague Express Локарнская классификация База данных Lisbon Express Глобальная база данных по ГУ База данных о сортах растений PLUTO База данных GENIE Договоры, административные функции которых выполняет ВОИС WIPO Lex – законы, договоры и судебные решения в области ИС Стандарты ВОИС Статистика в области ИС WIPO Pearl (терминология) Публикации ВОИС Страновые справки по ИС Центр знаний ВОИС Серия публикаций ВОИС «Тенденции в области технологий» Глобальный инновационный индекс Доклад о положении в области интеллектуальной собственности в мире PCT – международная патентная система Портал ePCT Будапештская система – международная система депонирования микроорганизмов Мадридская система – международная система товарных знаков Портал eMadrid Cтатья 6ter (гербы, флаги, эмблемы) Гаагская система – система международной регистрации образцов Портал eHague Лиссабонская система – международная система географических указаний Портал eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Посредничество Арбитраж Вынесение экспертных заключений Споры по доменным именам Система централизованного доступа к результатам поиска и экспертизы (CASE) Служба цифрового доступа (DAS) WIPO Pay Текущий счет в ВОИС Ассамблеи ВОИС Постоянные комитеты График заседаний WIPO Webcast Официальные документы ВОИС Повестка дня в области развития Техническая помощь Учебные заведения в области ИС Поддержка в связи с COVID-19 Национальные стратегии в области ИС Помощь в вопросах политики и законодательной деятельности Центр сотрудничества Центры поддержки технологий и инноваций (ЦПТИ) Передача технологий Программа содействия изобретателям (IAP) WIPO GREEN PAT-INFORMED ВОИС Консорциум доступных книг Консорциум «ВОИС для авторов» WIPO Translate для перевода Система для распознавания речи Помощник по классификации Государства-члены Наблюдатели Генеральный директор Деятельность в разбивке по подразделениям Внешние бюро Вакансии Закупки Результаты и бюджет Финансовая отчетность Надзор
Arabic English Spanish French Russian Chinese
Законы Договоры Решения Просмотреть по юрисдикции

Закон Азербайджанской Республики «О сохранении памятников истории и культуры», Азербайджан

Назад
Последняя редакция на WIPO Lex
Подробности Подробности Год версии 2010 Даты Принят: 10 апреля 1998 г. Тип текста Прочие тексты Предмет Прочее Примечания Закон регулирует вопросы предоставления охраны, государственной регистрации, использования и изучения памятников истории и культуры.

Имеющиеся тексты

Основной текст(-ы) Смежный текст(ы)
Основной(ые) текст(ы) Основной(ые) текст(ы) Азербайджанский Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu        

Tarix və mədəniyyət abidələrinin qorunması haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi və onlardan istifadə ilə bağlı münasibətləri tənzimləyir.

I fəsil. Ümumi müddəalar

Maddə 1. Tarix və mədəniyyət abidələrinin qorunması

Azərbaycan Respublikası Konstitusiyasının 77-ci maddəsinə görə tarix və mədəniyyət abidələrini qorumaq hər kəsin borcudur.

Tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir.

Dövlət tarix və mədəniyyət abidələrinin qorunmasına təminat verir, onların elmi tədqiqi və təbliği üçün zəruri olan qurumların yaradılmasını, fəaliyyətini və inkişafını təmin edir, abidələrdən səmərəli istifadə üçün şərait yaradır.

Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları təşkilatları, hüquqi və fiziki şəxslər tarix və mədəniyyət abidələrini qorumalı, onları qorumaqla məşğul olan müvafiq icra hakimiyyəti orqanlarına, yerli özünüidarə orqanlarının yaratdığı təsisatlara və qeyri-dövlət təşkilatlara yardım göstərməlidirlər.

Bu maddənin dördüncü hissəsində göstərilən subyektlər tarix və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görərkən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanlarından qabaqcadan icazə almalı və belə icazə alındıqdan sonra torpaq və ya inşaat işlərini görərkən müvafiq icra hakimiyyəti orqanlarının və mütəxəssislərin abidələrin qorunması barədə göstərişlərini icra etməlidirlər.

Azərbaycan Respublikasının dövlət sərhədinin sərhədboyu zona və sərhədboyu zolaqlarında, silahlı münaqişələr zamanı döyüşəməliyyatları zonalarında, hərbi qurumların ərazilərində istifadəsində olan torpaq sahələrində yerləşən daşınmaz tarix və mədəniyyət abidələrinin qorunması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 2. Tarix və mədəniyyət abidələrinin anlayışı və təsnifatı

Tarix və mədəniyyət abidələri (bundan sonra — abidələr) arxeoloji və memarlıq obyektləri, etnoqrafik, numizmatik, epiqrafik, antropoloji materiallar, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan bina, xatirə yerləri, əşyalar xalqın dini əqidəsi ilə bağlı dəyərlərdir.

Abidələr daşınar (səyyar) və daşınmaz (stasionar) ola bilər. Daşınar abidələr muzeylərdə, arxivlərdə, fondlarda, sərgilərdə və digər münasib yerlərdə, daşınmaz abidələr əksər hallarda arxeoloji və memarlıq abidələri olmaqla olduğu və inşa edildiyi yerlərdə qorunur.

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edirlər:

a) arxeoloji abidələr — insanın fəaliyyəti iləəlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s.;

b) memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yardıı obyektlər, mühəndis kommunikasiyaları; məskənsalma (şəhərsalma) abidələri; ərazisinin əksər hissəsi memarlıq, tarixi-mədəni sənətkarlıq abidələri və tikililər ilə tutulan, ənənəvi məhəllələrə bölünən, bəzən də qala divarları iləəhatə edilən, küçə şəbəkəsini və mühəndis kommunikasiyalarını qismən saxlayan yaşayış məntəqələri, bağ-parklar, xiyabanlar, incəsənət nümunələri; yeni yaranmış memarlıq abidələri; öz həcm-plan, bədii-estetik, istismar-funksional və texniki-konstruktiv həllinə görə uzun ömürlü memarlıq binaları və qurmaları; kiçik memarlıq formaları; monumentlər, obelisklər, fəvvarələr, şəlalələr, bulaqlar, hovuzlar, köşklər vəərazidə xüsusi mövqe tutan başqa yaradıcılıq obyektləri;

c) tarix abidələri — cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər, dövlət xadimlərinin və hərbi xadimlərin, Sovet İttifaqı Qəhrəmanlarının, Milli Qəhrəmanların, görkəmli elm və incəsənət xadimlərinin həyatı ilə bağlı qurmalar, mənzillər, xatirə yerləri, sənədlər və əşyalar, etnoqrafik abidələr — xalqın maddi, mənəvi, ideoloji, sənətkarlıq və təsərrüfat həyatını özündəəks etdirən qurmalar vəəmək alətləri, əşyalar, epiqrafik abidələr — üzərində yazılar olan müxtəlif daş, gil, ağac və metal nümunələri;

ç) sənədli abidələr — rəsmi dövlət orqanlarının aktları, qədim əlyazmaları, nadir çap əsərləri, arxivlər, o cümlədən fono, foto və kino arxivlər;

d) incəsənət abidələri — tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri;

e) qoruqlar — tarix və mədəniyyət üçün böyük əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilər və ya məskənlər;

ə) adibələrin mühafizə zonası — abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonası.

Maddə 3. Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Abidələr üzərində mülkiyyət

Abidələr dövlət və bələdiyyə mülkiyyətində, eləcə də xüsusi mülkiyyətdə ola bilər.

Dövlət mülkiyyətində olan abidələrin özəlləşdirilməsinə (yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınan yaşayış binaları, onların ayrı-ayrı hissələri və bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş özəlləşdirilməsinə yol verilən digər yerli əhəmiyyətli memarlıq abidələri istisna olmaqla) yol verilmir.

Mühəndis kommunikasiyaları, müdafiə obyektləri, şəhərsalma, dini və xatirə abidələri, hidrotexniki qurğular istisna olmaqla, yerli əhəmiyyətli memarlıq abidələri qanunvericiliyə uyğun olaraq özəlləşdirilə bilər.

Özəlləşdirilmiş yerli əhəmiyyətli memarlıq abidələrinin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etmək qadağandır.

Dövlət qeydiyyatından keçmiş və xüsusi mülkiyyətdə olan abidələr satıldıqda dövlət onları almaqda üstün hüquqa malikdir.

Hər hansı bir ərazidə yeni abidə aşkar olunarsa, həmin ərazi tarixi-mədəni əhəmiyyətli zona elan olunur və onun yerləşdiyi torpaq sahəsi üzərindəki tikililərlə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət tərəfindən satın alına bilər.

Xüsusi mülkiyyətdə olan abidələr dövlət tərəfindən qeydə alınır və onlar satılarkən mülkiyyətçi müvafiq icra hakimiyyəti orqanına bu haqda məlumat verməlidir.

Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan xüsusi mülkiyyətdə olan abidələr xaricə aparıla bilməz.

Maddə 5. Abidələrin qorunması, bərpası, əhəmiyyət dərəcələrinin təyin edilməsi və onlardan istifadə olunmasında Azərbaycan Milli Elmlər Akademiyasının iştirakı

Azərbaycan Milli Elmlər Akademiyası abidələrin aşkar olunması, tədqiqi işini, aşkar olunmuş arxeoloji qazıntılar zamanı aşkar olunmuş daşınar maddi-mədəniyyət qalıqlarında müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında mühafizəsini təşkil edir, yeni tikinti zonalarında operativ tədqiqat işləri aparır, abidələrin əhəmiyyət dərəcələri üzrə qeydə alınmasında iştirak edir, zəruri hallarda maddi-mədəniyyət konservasiya və bərpa işləri görür, abidələrin təbliğini təşkil edir, onların qorunması, tədqiqi, bərpa və konservasiyası üçün metodik vəsaitlər hazırlayır, elmi-praktiki məsləhətlər verir, abidələrin tədqiqi üçün beynəlxalq protokollar və sazişlər imzalayır və Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

Abidələrin üzərində aparılacaq işlərin layihəsi Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

II fəsil. Abidələrin dövlət qeydiyyatı vəəhəmiyyət dərəcələri

Maddə 6. Abidələrin dövlət qeydiyyatı

Abidələrin siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını, abidələrin siyahısının təsdiqini və daşınmaz abidələrin xəritələrinin hazırlanmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 7. Abidələrin əhəmiyyət dərəcələri

Abidələr dünya, ölkə və yerli əhəmiyyətli abidələrə bölünür.

Abidələrin əhəmiyyət dərəcələrinə görə bölgüsünü Azərbaycan Milli Elmlər Akademiyasının rəyi əsasında müvafiq icra hakimiyyəti orqanı beynəlxalq normalara uyğun aparır, tərtib və təsdiq edir.

Təsdiqlənmiş siyahıya daxil edilmiş abidənin həmin siyahıdan çıxarılmasına yol verilmir.

Dünya əhəmiyyətli abidələrin siyahısı müvafiq beynəlxalq təşkilatlara təqdim edilir.

Maddə 8. Azərbaycan Respublikasının ərazisindən kənarda yerləşən Azərbaycana aid abidələrin qeydiyyatı

Azərbaycan Respublikasından kənarda yerləşən Azərbaycana aid abidələrin müvafiq icra hakimiyyəti orqanı xüsusi siyahı tərtib etməklə dövlət qeydiyyatına alır, onların qorunması, bərpası ilə bağlı problemlərin həllində abidələrin yerləşdiyi ölkələrin müvafiq orqanları ilə əməkdaşlıq edir.

III fəsil. Abidələrin qorunmasının dövlət təminatı

Maddə 9. Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyasının maliyyələşdirilməsi

Abidələrin qorunması, öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli büdcələrdən ayrılan vəsaitlər, fiziki və hüquqi şəxslərin maliyyə yardımları və ianələri hesabına maliyyələşdirilir.

Maddə 10. Abidələrin toxunulmazlığı

Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Maddə 11. Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslərin vəzifələri və məsuliyyəti

Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxslər abidələrin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməlidirlər.

Mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və hüquqi şəxslər müvafiq icra hakimiyyəti orqanı ilə həmin abidələrin qorunmasına dair mühafizə müqaviləsi bağlamalıdırlar və həmin abidələrin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 12. Qoruq sərhədi daxilində və mühafizə zonalarında dövlət əhəmiyyətli inşaat və mühəndis kommunikasiya işləri görülərkən abidələrin qorunması

Qoruq sərhədi daxilində və mühafizə zonalarında abidələr üçün təhlükə yarada biləcək hər hansı işlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qabaqlayıcı tədbirlər görülməklə həyata keçirilə bilər. Həyata keçirilən təhlükəsizlik tədbirləri inşaat işlərini aparan subyektin vəsaiti hesabına maliyyələşdirilir.

Abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunması üçün təhlükə yaradarsa, müvafiq icra hakimiyyəti orqanı onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər.

Maddə 13. İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması

İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Milli Elmlər Akademiyasına məlumat verilməlidir. Bu halda inşaat və digər təsərrüfat işləri Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə davam etdirilə bilər.

İnşaat və digər təsərrüfat işləri tarixi və arxeoloji əhəmiyyət kəsb edən zonada aparılırsa, həmin ərazi əvvəlcədən mütəxəssislər tərəfindən nəzərdən keçirilir və abidələrin ilkin tədqiqi təmin edilir. Müvafiq icra hakimiyyəti orqanı həmin işlər aparılan yerdə öz nümayəndəsinin və mütəxəssisin iştirakını təmin edir.

Maddə 14. Yeni inşaat sahələrində arxeoloji tədqiqatlar

Magistral mühəndis kommunikasiyalarının (neft, qaz kəmərlərinin və s.) çəkilişi və digər inşaat işləri zamanı, hektardan çox ərazini əhatə edən sahələrdə inşaat işləri aparılarkən texniki-iqtisadi əsaslandırma mərhələsində bu işləri həyata keçirən təşkilat tərəfindən görüləcək işlər barədə müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edilməli və abidələrin ilkin axtarış işlərinin aparılması üçün vəsait ayrılmalıdır.

Həmin zonada arxeoloji abidə aşkar olunarsa, müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan və lazımi elmi tədbirlər görülmədən inşaat və təsərrüfat işlərinin aparılmasına yol verilmir.

Maddə 15. Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin müqəddəratı

Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələr dövlətə təhvil verilməlidir. Dövlətə təhvil verilmiş abidələrə görə dəfinəni aşkar etmiş və əşyanı tapmış şəxsə Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada mükafat verilir.

Təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisi və ya istifadəçisi abidə haqqında müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Təsadüfən aşkar edilmiş abidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmalı və abidənin elmi sənədləşdirilməsi təmin edilməlidir.

Maddə 16. Abidələrin xaricə aparılması və geri qaytarılması

Daşınar abidələrin elmi-təbliğat və mədəni mübadilə məqsədilə Azərbaycan Respublikasından xaricə müvəqqəti aparılması yalnız müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilə bilər. Bu məqsədlərlə abidələrin müvəqqəti ölkədən çıxırılması üçün müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarına yazılı təqdimat verməlidir.

Xaricə müvəqqəti aparılmış abidələrin geri qaytarılmaması qadağandır.

Azərbaycan Respublikasından xaricə qanunsuz aparılmış abidələrin axtarışını, tapılmasını və geri qaytarılmasını müvafiq icra hakimiyyəti orqanları həyata keçirir.

Maddə 17. Abidələrin mülki dövriyyəsinin xüsusiyyətləri

Dövlət mülkiyyətində olan dünya və ölkəəhəmiyyətli daşınar abidələrin satılması qadağandır.

Daşınar abidələr alındıqda və ya satıldıqda bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməlidir.

Maddə 18. Müharibə, fövqəladə vəziyyət və silahlı münaqişə zamanı abidələrin qorunması

Döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Fövqəladə hallarla əlaqədar olaraq daşınar abidələr onların məhv edilməsi, oğurlanması və ya korlanması təhlükəsi qarşısında qanunvericilikləəyyən edilmiş qaydada müvəqqəti olaraq təhlükəsiz rayonlara köçürülə bilər.

Dövlət işğalçı tərəfindən qənimət kimi ələ keçirilmiş abidələr haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır və onların qaytarılması və bərpası üçün tədbirlər görür.

Abidələr hərbi məqsədlər üçün istifadə edilə bilməz. Müstəsna hallarda qoruqların ərazisi və yerli əhəmiyyətli memarlıq abidələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında qanunvericiliyə uyğun olaraq hərbi hissələrin təsərrüfat və mədəni məqsədləri üçün istifadəsinə verilə bilər.

IV fəsil. Abidələrdən istifadə qaydaları

Maddə 19. Dövlət və ya bələdiyyə mülkiyyətində olan abidələrdən istifadə qaydaları və şərtləri

Dövlət və ya bələdiyyə mülkiyyətində olan dünya əhəmiyyətli daşınmaz abidələrin və ya onların ayrı-ayrı hissələrinin icarəyə verilməsi qadağandır.

Dövlət və ya bələdiyyə mülkiyyətində olan ölkə və yerli əhəmiyyətli daşınmaz memarlıq abidələri, habelə xüsusi mülkiyyətdə olan daşınmaz abidələr və ya onların ayrı-ayrı hissələri (arxeoloji abidələr istisna olmaqla) müqaviləəsasında elmi, mədəni, dini, xidmət və turizm məqsədləri üçün onların istifadə proqramı, uyğunlaşdırma və bərpa layihələri müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icazəyə verilə bilər.

Abidələri və ya onların ayrı-ayrı hissələrini icazəyə götürənlər onların həcm kompozisiyasını, xarici görünüşünü, konstruktiv elementlərini dəyişdirməməli, istismar zamanı abidələrə zərər vurmamalı və təsərrüfat işləri zamanı arxeoloji abidələrdə mədəni təbəqənin korlanmasına yol verməməlidirlər. Belə abidələrdə və ya onların ayrı-ayrı hissələrində təmir, konservasiya və bərpa işləri icazəçinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının və mütəxəssislərin nəzarəti ilə aparıla bilər.

Abidələrdən və ya onların ayrı-ayrı hissələrindən icazə qaydaları və şərtləri tərəflər arasında bağlanmış müqavilə iləəyyən olunur. Müqavilə şərtləri pozularsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqaviləyə xitam verilir və dəymiş ziyan ödənilir.

V fəsil. Abidələrin tədqiqi

Maddə 20. Arxeoloji abidələrin tədqiqi

Azərbaycan Respublikası ərazisində arxeoloji qazıntı işləri aparmaq üçün icazə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən verilir və müvafiq icra hakimiyyəti orqanında qeydə alınır. Arxeoloji qazıntı işləri müvafiq icra hakimiyyəti orqanının nəzarəti ilə aparılır.

Qazıntı mövsümü başa çatdıqdan sonra aparılmış tədqiqat işləri barədə hesabat və aşkar olunmuş maddi-mədəniyyət qalıqlarının siyahısı müvafiq icra hakimiyyəti orqanına və Azərbaycan Milli Elmlər Akademiyasına təqdim edilir.

Azərbaycan Respublikası ərazisindəki abidələrin tədqiqi üçün xarici elmi müəssisə və alimlərlə birgə ekspedisiyalar təşkil edilə bilər. Xarici elmi müəssisələr və alimlər abidələrin tədqiqi üçün vəsait ayıra bilərlər. Birgə ekspedisiyanın rəhbərini Azərbaycan Milli Elmlər Akademiyası təyin edir.

Qazıntı zamanı aşkar olunmuş arxeoloji materiallar dövlət mülkiyyətinə keçir və xüsusi fondlarda və muzeylərdə saxlanılır.

Maddə 21. Memarlıq abidələrinin və digər abidələrin tədqiqi

Memarlıq abidələri və digər abidələr Azərbaycan Milli Elmlər Akademiyası, elmi-tədqiqat və lahiyə institutları, abidələrin qorunması və bərpası məqsədini güdən ictimai biliklər və ixtisaslı mütəxəssislər tərəfindən tədqiq olunur.

Tədqiqat işlərinə başlamazdan əvvəl bu haqda müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.

Müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan yeni aşkar edilmiş memarlıq abidəsində tədqiqat işlərinin aparılması qadağandır.

Azərbaycan Respublikasının sərhədlərindən kənarda mövcud olan Azərbaycan milli memarlıq abidələrinin tədqiqi və öyrənilməsi üçün icazə alınması dövlətlərarası müqavilələr əsasında həll edilir.

Maddə 22. Abidə qoruqlarının yaradılması

Xüsusi əhəmiyyət kəsb edən arxeoloji, etnoqrafik, memarlıq, şəhərsalma və digər komplekslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən qoruq elan edilir.

Qoruq ərzisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi rejim tətbiq edilir.

Maddə 23. Abidələrin qoruq zonaları

Abidələrin təhlükəsizliyini, onların funksional təyinatını, memarlıq-estetik görünüşünü və uzun ömürlülüyünü təmin etmək məqsədilə mütəxəssislərin rəyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən abidələrin qoruq zonası yaradılır.

Abidələrin qoruq zonasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi rejim tətbiq edilir.

Maddə 24. Abidlərin köçürülməsi və yerinin dəyişdirilməsi

Dünya və ölkəəhəmiyyətli abidələr təbii fəlakət və digər zəruri hallarda müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən mütəxəssislərin iştirakı ilə köçürülməlidir.

Yerli əhəmiyyətli abidələr müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə köçürülə bilər.

Abidələrin köçürülməsi və yerinin dəyişdirilməsi mütəxəssislərin nəzarəti altında həyata keçirilir.

VI fəsil. Mühafizə məqsədilə abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri

Maddə 25. Mühafizə məqsədilə abidələrdə inşaat-möhkəmləndirmə və abadlıq işlərinin aparılması

Dövlət və bələdiyyə mülkiyyətində olan abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işləri onların konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası haqqında müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında dövlət və yerli büdcələrin vəsaitləri hesabına aparılır. Xüsusi mülkiyyətdə olan abidələrləəlaqədar həmin işlər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mülkiyyətçinin vəsaiti hesabına aparılır.

Abidələrin konservasiyası fiziki-mexaniki və fiziki-kimyəvi mühit təsirlərindən korlanmaması üçün onların açıq qalan səthində etibarlı qoruyucu təbəqələr qurmaq, abidələri yeraltı suların dağıdıcı təsirindən qorumaq məqsədilə tədbirlər görmək, abidələrin toxunulmazlığını və çəpərlənməsini təmin etməkdən ibarətdir.

Abdələrin təmiri və bərpası onların zədələnmiş və itirilmiş hissələrinin abidənin konstruksiyasına, həcm-planlaşma həllinə, xarici və daxili görünüşünə xələl gətirmədən təmir edib ilkin halına gətirməkdir.

Abidələrin rekonstruksiyası dövrümüzə gəlib çatmayan abidələrin rəvayətlərə, rəsmlərə, qravyuralara əsasən tərtib olunmuş layihələri üzrə zərurət olduqda abidənin yenidən qurulmasıdır.

Abidələrin regenerasiyası onların daxili və xarici görünüşünü dəyişmədən, konstruksiyaların daxilində müasir inşaat materiallarından və üsullarından istifadə etməklə abidələrin ilkin həcm-plan həllinin bərpasıdır. Abidənin istismarında müasir avadanlıqlardan və mühəndis kommunikasiyalarından istifadə edilə bilər.

Abidələrin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlər onların layihələri Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edildikdən sonra aparılır.

Maddə 26. Abidələrdə aparılan inşaat-möhkəmləndirmə və abadlıq işlərinə nəzarət və görülən işlərin dəyərinin icraçıya ödənilməsi qaydası

Abidələrdə görülən inşaat-möhkəmləndirmə və abadlıq işləri layihəəllifinin (müəlliflərinin) və müvafiq icra hakimiyyəti orqanının nəzarəti altında aparılır.

Görülən işlərin dəyəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir.

Maddə 27. Qoruqlarda və abidələrin mühafizə zonalarında abadlıq işlərinin aparılması

Qoruq zonalarında mühafizə məqsədilə inşaat və abadlıq işləri aparılarkən qoruğun və qoruq zonasının sərhədi, abidələrin konfiqurasiyası dəyişdirilməməli, ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmalıdır.

Qoruq zonalarının yalnız boş yerlərində küçə şəbəkələrini və abidələrini plan konfiqurasiyasını, həcm-məkan kompozisiyasını pozmadan və onların memarlıq dəyərinə və üslubuna xələl gətirmədən Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının razılığı əsasında abadlıq və yenidənqurma işləri aparıla bilər.

Arxeoloji və başqa qazıntılar qoruğun boş hissəsində abidələrə zərər yetirmədən aparılmalıdır. Aşkar edilən abidə, əşya və ya başqa tapıntının koordinatları və vəziyyəti qeyd edilməli, fotosu və ya rəsmi çəkilməlidir. Bu sənədlərin bir nüsxəsi hesabatla birlikdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.

VII fəsil. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Maddə 28. Abidələrin qorunması haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

Maddə 29. Abidələrə vurulan zərərin ödənilməsi

Abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir.

VIII fəsil. Yekun müddəalar

Maddə 30. Abidələrin qorunması sahəsində beynəlxalq hüquq aktlarının qüvvəsi

Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə görə bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 31. Abidələrin elmi tədqiqi, bərpası, rekonstruksiyası, konservasiyası və regenerasiyasında beynəlxalq təşkilatların iştirakı

Azərbaycan Respublikasının ərazisindəki abidələrin elmi tədqiqi, bərpası, regenerasiyası, rekonstruksiyası və konservasiyasında müvafiq beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə iştirak edə bilərlər.

Maddə 32. Müvəqqəti işğal zonalarında qalmış abidələrin bərpası və qorunması

Müvəqqəti işğal zonalarında qalmış abidələrin yenidən tədqiqi və bərpası üçün həmin ərazilər azad edildikdən sonra təxirəsalınmaz tədbirlər görülür. Abidələrin bərpası və qorunması üçün ayrılan maliyyə vəsaiti ilk növbədə işğal zonasında qalmış abidələrin tədqiqi və bərpası üçün sərf edilir.

İşğalçılar tərəfindən dağıdılmış dünya, ölkə və yerli əhəmiyyətli abidələr haqqında müvafiq beynəlxalq təşkilatlara məlumat verilir.

Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 10 aprel 1998-ci il.
470-IQ.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun

1998-ci il, 6, maddə 365)
4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 454-IIIQD
nömrəli; 1 fevral 2010-cu il tarixli, 947-IIIQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə


Данные недоступны.

№ в WIPO Lex AZ071