Об интеллектуальной собственности Обучение в области ИС Обеспечение уважения интеллектуальной собственности Информационно-просветительская работа в области ИС ИС для ИС и ИС в области Информация о патентах и технологиях Информация о товарных знаках Информация о промышленных образцах Информация о географических указаниях Информация о новых сортах растений (UPOV) Законы, договоры и судебные решения в области ИС Ресурсы в области ИС Отчеты в области ИС Патентная охрана Охрана товарных знаков Охрана промышленных образцов Охрана географических указаний Охрана новых сортов растений (UPOV) Разрешение споров в области ИС Деловые решения для ведомств ИС Оплата услуг в области ИС Органы по ведению переговоров и директивные органы Сотрудничество в целях развития Поддержка инновационной деятельности Государственно-частные партнерства Инструменты и сервисы на базе ИИ Организация Работа с ВОИС Подотчетность Патенты Товарные знаки Промышленные образцы Географические указания Авторское право Коммерческая тайна Академия ВОИС Практикумы и семинары Защита прав ИС WIPO ALERT Информационно-просветительская работа Международный день ИС Журнал ВОИС Тематические исследования и истории успеха Новости ИС Премии ВОИС Бизнеса Университетов Коренных народов Судебных органов Генетические ресурсы, традиционные знания и традиционные выражения культуры Экономика Финансирование Нематериальные активы Гендерное равенство Глобальное здравоохранение Изменение климата Политика в области конкуренции Цели в области устойчивого развития Передовых технологий Мобильных приложений Спорта Туризма PATENTSCOPE Патентная аналитика Международная патентная классификация ARDI – исследования в интересах инноваций ASPI – специализированная патентная информация Глобальная база данных по брендам Madrid Monitor База данных Article 6ter Express Ниццкая классификация Венская классификация Глобальная база данных по образцам Бюллетень международных образцов База данных Hague Express Локарнская классификация База данных Lisbon Express Глобальная база данных по ГУ База данных о сортах растений PLUTO База данных GENIE Договоры, административные функции которых выполняет ВОИС WIPO Lex – законы, договоры и судебные решения в области ИС Стандарты ВОИС Статистика в области ИС WIPO Pearl (терминология) Публикации ВОИС Страновые справки по ИС Центр знаний ВОИС Серия публикаций ВОИС «Тенденции в области технологий» Глобальный инновационный индекс Доклад о положении в области интеллектуальной собственности в мире PCT – международная патентная система Портал ePCT Будапештская система – международная система депонирования микроорганизмов Мадридская система – международная система товарных знаков Портал eMadrid Cтатья 6ter (гербы, флаги, эмблемы) Гаагская система – система международной регистрации образцов Портал eHague Лиссабонская система – международная система географических указаний Портал eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Посредничество Арбитраж Вынесение экспертных заключений Споры по доменным именам Система централизованного доступа к результатам поиска и экспертизы (CASE) Служба цифрового доступа (DAS) WIPO Pay Текущий счет в ВОИС Ассамблеи ВОИС Постоянные комитеты График заседаний WIPO Webcast Официальные документы ВОИС Повестка дня в области развития Техническая помощь Учебные заведения в области ИС Поддержка в связи с COVID-19 Национальные стратегии в области ИС Помощь в вопросах политики и законодательной деятельности Центр сотрудничества Центры поддержки технологий и инноваций (ЦПТИ) Передача технологий Программа содействия изобретателям (IAP) WIPO GREEN PAT-INFORMED ВОИС Консорциум доступных книг Консорциум «ВОИС для авторов» WIPO Translate для перевода Система для распознавания речи Помощник по классификации Государства-члены Наблюдатели Генеральный директор Деятельность в разбивке по подразделениям Внешние бюро Вакансии Закупки Результаты и бюджет Финансовая отчетность Надзор
Arabic English Spanish French Russian Chinese
Законы Договоры Решения Просмотреть по юрисдикции

Указ Президента Азербайджанской Республики «Об утверждении устава и структуры Государственного комитета по стандартизации, метрологии и патентам», Азербайджан

Назад
Последняя редакция на WIPO Lex
Подробности Подробности Год версии 2010 Даты Издано: 31 августа 2009 г. Тип текста Имплементационные правила/положения Предмет Патенты (изобретения), Промышленные образцы, Товарные знаки, Географические указания

Имеющиеся тексты

Основной текст(-ы) Смежный текст(ы)
Основной(ые) текст(ы) Основной(ые) текст(ы) Азербайджанский Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı        
 
Скачать PDF open_in_new
Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsi haqqında Әsasnamәnin vә Komitәnin strukturunun tәsdiq edilmәsi barәdә

AZӘRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FӘRMANI

Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin fәaliyyәtinin normativ hüquqi әsaslarını tәkmillәşdirmәk mәqsәdi ilә qәrara alıram:

  1. “Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsi haqqında Әsasnamә” tәsdiq edilsin (әlavә olunur).
  2. “Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin strukturu” tәsdiq edilsin (әlavә olunur).
  3. Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin aparatının işçilәrinin say hәddi 152 ştat vahidi, strukturuna daxil olan qurumların işçilәrinin say hәddi 323 ştat vahidi müәyyәn edilsin.
  4. Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinә tapşırılsın ki, bir ay müddәtindә:

4.1. qüvvәdә olan qanunvericilik aktlarının bu Fәrmana uyğunlaşdırılması barәdә tәkliflәrini hazırlayıb Azәrbaycan Respublikasının Prezidentinә tәqdim etsin;

4.2. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin vә müvafiq mәrkәzi icra hakimiyyәti orqanlarının normativ hüquqi aktlarının bu Fәrmana uyğunlaşdırılmasını tәmin etsin vә bu barәdә Azәrbaycan Respublikasının Prezidentinә mәlumat versin;

  1. bu Fәrmandan irәli gәlәn digәr mәsәlәlәri hәll etsin.
  2. “Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Agentliyi haqqında Әsasnamәnin tәsdiq edilmәsi barәdә” Azәrbaycan Respublikası Prezidentinin 2002-ci il 10 oktyabr tarixli 799 nömrәli Fәrmanı (Azәrbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, 10, maddә 595; 2008-ci il, 11, maddә 970) qüvvәdәn düşş hesab edilsin.

İlham Әliyev, Azәrbaycan Respublikasının Prezidenti

Bakı şәhәri, 31 avqust 2009-cu il. 155

Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsi haqqında Әsasnamә

Azәrbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrәli Fәrmanı ilә tәsdiq edilmişdir

I. Ümumi müddәalar

1. Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsi (bundan sonra - Komitә) “Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin yaradılması haqqında” Azәrbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 53 nömrәli Sәrәncamına әsasәn yaradılmışdır. Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsi (bundan sonra

-Komitә) texniki tәnzimlәmә, standartlaşdırma, metrologiya, uyğunluğun qiymәtlәndirilmәsi, akkreditasiya, keyfiyyәtin idarә edilmәsi vә sәnaye mülkiyyәti obyektlәrinin mühafizәsi sahәlәrindә (bundan sonra – müvafiq sahәdә) dövlәt siyasәtini vә tәnzimlәnmәsini hәyata keçirәn mәrkәzi icra hakimiyyәti orqanıdır.

  1. Komitә öz fәaliyyәtindә Azәrbaycan Respublikasının Konstitusiyasını, Azәrbaycan Respublikasının tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәri, Azәrbaycan Respublikasının qanunlarını, Azәrbaycan Respublikası Prezidentinin fәrman vә sәrәncamlarını, Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin qәrar vә sәrәncamlarını vә bu Әsasnamәni rәhbәr tutur.
  2. Komitә öz vәzifәlәrini yerinә yetirәrkәn vә hüquqlarını hәyata keçirәrkәn icra hakimiyyәti orqanları, yerli özünüidarәetmә orqanları, qeyri-hökumәt tәşkilatları vә digәr aidiyyәti qurumlarla qarşılıqlı әlaqәdә fәaliyyәt göstәrir.
  3. Komitә müstәqil balansa, qanunvericiliyә uyğun sәrәncamında olan dövlәt әmlakına, xәzinә vә bank hesablarına, üzәrindә Azәrbaycan Respublikasının Dövlәt gerbinin tәsviri vә öz adı hәkk olunmuş möhürә, müvafiq ştamplara vә blanklara malikdir.
  4. Komitәnin saxlanma xәrclәri vә fәaliyyәti Azәrbaycan Respublikasının dövlәt büdcәsi vә qanunvericiliklә nәzәrdә tutulan digәr mәnbәlәr hesabına maliyyәlәşdirilir.
    1. Komitә Bakı şәhәrindә yerlәşir.
    2. II. Komitәnin fәaliyyәt istiqamәtlәri
  5. Komitәnin fәaliyyәt istiqamәtlәri aşağıdakılardır:

7.1. müvafiq sahәdә vahid dövlәt siyasәtinin formalaşdırılmasında iştirak edir vә bu siyasәtin hәyata keçirilmәsini tәmin edir;

7.2. müvafiq sahәnin inkişafını tәmin edir;

7.3. qanunvericiliklәәyyәn edilmiş digәr istiqamәtlәrdә fәaliyyәt göstәrir.

III. Komitәnin vәzifәlәri

8. Komitә bu Әsasnamә ilәәyyәn edilmiş fәaliyyәt istiqamәtlәrinә uyğun olaraq aşağıdakı vәzifәlәri yerinә yetirir:

8.1. müvafiq sahәdә öz sәlahiyyәtlәri çәrçivәsindә normativ tәnzimlәmәni hәyata keçirmәk, hәmin sahәni tәnzimlәyәn normativ hüquqi bazanın tәkmillәşdirilmәsi vә beynәlxalq tәlәblәrә uyğunlaşdırılması mәqsәdi ilә müvafiq işlәr aparmaq;

8.2. Azәrbaycan Respublikasının müvafiq sahәdә tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrin hәyata keçirilmәsini öz sәlahiyyәtlәri daxilindә tәmin etmәk;

8.3. dövlәt metroloji nәzarәtini hәyata keçirmәk;

8.4. dövlәt kәmiyyәt vahidlәri etalonlarını tәsdiq etmәk;

8.5. ölçmә vasitәlәrinin müqayisәli yoxlanmasını vә kalibrlәnmәsini tәmin etmәk;

8.6. hüquqi şәxslәrin metroloji xidmәtlәri tәrәfindәn qanunvericiliyә uyğun olaraq hәyata keçirilәn ölçmә vasitәlәrinin kalibrlәnmәsi vә müqayisәli yoxlanması fәaliyyәtinә nәzarәt etmәk;

8.7. ölçmәlәrin yerinә yetirilmәsi üsullarının attestasiyasını tәmin etmәk;

8.8. çәkilib (ölçülüb) qablaşdırılmış mallar üzәrindә dövlәt metroloji nәzarәtini hәyata keçirmәk;

8.9. ölçmә vasitәlәrinin dövlәt sınaqlarını aparmaq;

8.10. ölçmә vasitәlәrinin tipini tәsdiq etmәk vә bu barәdә müvafiq sәnәd vermәk;

8.11. dövlәt standartları, texniki şәrtlәr, sahә standartları, texniki-iqtisadi vә sosial informasiya tәsnifatları, beynәlxalq (regional) vә dövlәtlәrarası standartlar vә standartlaşdırma üzrә normalar, qaydalar vә tövsiyәlәr, xarici ölkәlәrin milli standartları, standartlaşdırma üzrә beynәlxalq (regional) vә dövlәtlәrarası müqavilәlәr, habelә onların tәtbiqi qaydaları haqqında rәsmi mәlumatların dәrcini tәşkil etmәk;

8.12. texniki tәnzimlәmә vә standartlaşdırma üzrә normativ sәnәdlәrin dövlәt fondunu öz sәlahiyyәtlәri daxilindә idarә etmәk vә tәkmillәşdirmәk;

8.13. mәhsulların normativ sәnәdlәrin tәlәblәrinә uyğunluğuna dövlәt nәzarәtini hәyata keçirәn icra hakimiyyәti orqanlarının müvafiq sahәdә fәaliyyәtlәrini әlaqәlәndirmәk;

8.14. mәhsulların istehsalı, istifadәsi, istismarı, saxlanılması, daşınması, işlәrin yerinә yetirilmәsi vә xidmәtlәrin göstәrilmәsi zamanı texniki reqlamentlәrin, elәcә dә onlarla qarşılıqlı әlaqәli olan dövlәt standartlarının vә ya texniki tәnzimlәmә vә standartlaşdırma sahәsindә digәr normativ sәnәdlәrin mәcburi tәlәblәrinә, mәhsul istehsalçısının mәhsulun keyfiyyәti vә tәhlükәsizliyinә dair bәyan etdiyi göstәricilәrә riayәt olunmasına öz sәlahiyyәtlәri daxilindә dövlәt nәzarәtini hәyata keçirmәk;

8.15. istehlak bazarının keyfiyyәtsiz, tәhlükәli vә saxtalaşdırılmış mallardan qorunması mәqsәdi ilә qanunvericiliklәәyyәn edilmiş tәdbirlәri hәyata keçirmәk;

8.16. mәhsulların (işlәrin, xidmәtlәrin) uyğunluğunun qiymәtlәndirilmәsi mәqsәdi ilә aparılan işlәri әlaqәlәndirmәk vә onlara nәzarәt etmәk;

8.17. mәhsulların (işlәrin, xidmәtlәrin) insanların hәyatı, sağlamlığı, әmlakı vәәtraf mühit üçün tәhlükәsizliyi vә keyfiyyәti, ölçmәlәrin dәqiqliyi vә vәhdәti haqqında istehlakçıların tam vә sәhih informasiyaya malik olmalarının tәmin edilmәsi üçün tәdbirlәr görmәk;

8.18. müvafiq normativ sәnәdlәrin hazırlanmasının vә tәtbiqinin, istehlakçıların bu barәdә tam vә sәhih informasiya tәminatının, standartlaşdırma sisteminin tәkmillәşdirilmәsinin tәmin edilmәsi üçün tәdbirlәr görmәk;

8.19. digәr icra hakimiyyәti orqanlarının, habelә tәsәrrüfat subyektlәrinin vә qeyri-hökumәt tәşkilatlarının müvafiq sahә ilә bağlı fәaliyyәtlәrini әlaqәlәndirmәk;

8.20. hüquqi vә fiziki şәxslәr tәrәfindәn müvafiq sahәdә normativ sәnәdlәrin mәcburi tәlәblәrinәәmәl olunmasına öz sәlahiyyәtlәri daxilindә nәzarәt etmәk;

8.21. Azәrbaycan Respublikasının normativ sәnәdlәrinin vә ya Azәrbaycan Respublikasında tanınan beynәlxalq, regional, dövlәtlәrarası vә digәr dövlәtlәrin standartlarının tәlәblәrinә uyğun olmayan, insanın hәyatı, sağlamlığı vәәmlakına, habelәәtraf mühitә zәrәr vura bilәn mәhsulların (işlәrin, xidmәtlәrin) istehsalının, idxalının, satışa buraxılmasının, istifadәsinin vә icrasının qarşısının alınması mәqsәdi ilә öz sәlahiyyәtlәri daxilindә tәdbirlәr görmәk;

8.22. istehlak bazarının normativ sәnәdlәrin tәlәblәrinә uyğun olmayan, qanunvericiliyә uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış mallardan (işlәrdәn, xidmәtlәrdәn) qorunması üçün qanunvericilikdә nәzәrdә tutulmuş tәdbirlәr görmәk;

8.23. Milli Uyğunluğun Tәsdiqi Sisteminin tәkmillәşdirilmәsini, tәtbiqini tәmin etmәk vә onun tәlәblәrinә riayәt edilmәsinә nәzarәt etmәk;

8.24. mәhsulların (işlәrin, xidmәtlәrin) vә keyfiyyәti idarәetmә sistemlәrinin sertifikatlaşdırılması üzrә aparılan işlәri әlaqәlәndirmәk vә onlara nәzarәti hәyata keçirmәk;

8.25. Milli Akkreditasiya Sistemini yaratmaq, tәtbiq etmәk vә tәkmillәşdirmәk, uyğunluğun qiymәtlәndirilmәsi orqanlarının, sınaq laboratoriyalarının (mәrkәzlәrinin) akkreditasiyası üzrә işlәri aparmaq vә qanunvericiliyә uyğun olaraq onların fәaliyyәtlәrinә nәzarәti hәyata keçirmәk;

8.26. texniki tәnzimlәmә vә standartlaşdırma üzrә normativ sәnәdlәrin, akkreditasiya edilmiş uyğunluğun qiymәtlәndirilmәsi orqanlarının, sınaq laboratoriyalarının, sertifikatlaşdırılmış mәhsulların (işlәrin, xidmәtlәrin) vә keyfiyyәt sistemlәrinin, tipi tәsdiq edilmiş ölçmә vasitәlәrinin vә ixtira, faydalı model, sәnaye nümunәsi, әmtәә nişanı vә coğrafi göstәricilәrinin müvafiq dövlәt reyestrlәrini aparmaq; [1]

8.27. ixtira, faydalı model vә sәnaye nümunәlәrinin hüquqi mühafizәsini qanunvericiliyә uyğun olaraq tәmin etmәk; [2]

8.28. qanunvericiliklәәyyәn edilmiş qaydada ixtira, faydalı model, sәnaye nümunәsi barәsindә daxil olmuş iddia sәnәdlәrinin ekspertizasını hәyata keçirmәk, ixtiranın, faydalı modelin, sәnaye nümunәsinin qeydiyyata alınması vә ya patent verilmәsindәn imtina barәdә qәrarlar qәbul etmәk, dövlәt reyestrini aparmaq, müvafiq mühafizә sәnәdlәrini vermәk, onların qüvvәdә saxlanılması üçün müvafiq tәdbirlәr görmәk; [3]

8.29. ixtiranın, faydalı modelin vә sәnaye nümunәsinin ilkin istifadәçilәrinin hüquqlarının tanınması barәdә müraciәtlәrә baxmaq vә müvafiq qәrar qәbul etmәk; [4]

8.30. ixtira, faydalı model, sәnaye nümunәsi vәәmtәә nişanı barәsindә iddia sәnәdi vә ya qeydә alınmış ixtira, faydalı model, sәnaye nümunәsi vәәmtәә nişanı üzrә hüquqların digәr şәxslәrә verilmәsinә dair müqavilәlәri, onlardan istifadә hüququnun verilmәsi ilә bağlı lisenziya müqavilәlәrini qeydiyyata almaq vә onlar barәdә mәlumatları müvafiq dövlәt reyestrinә vә mühafizә sәnәdlәrinә daxil etmәk; [5]

8.31. patent müvәkkillәrinin attestasiyasını vә qeydiyyatını aparmaq;

8.32. texniki tәnzimlәmә vә standartlaşdırma sahәsindә normativ sәnәdlәr vә ixtira, faydalı model, sәnaye nümunәsi, әmtәә nişanı vә coğrafi göstәricilәri üzrә mәlumatlar bankının avtomatlaşdırılmış sistemini yaratmaq; [6]

8.33. patent fondunun komplektlәşdirilmәsi sahәsindә zәruri işlәri hәyata keçirmәk;

8.34. qanunvericiliklәәyyәn olunmuş hallarda elmi-texniki nailiyyәtlәrin, yeni texnologiya vә avadanlıqların ixracı ilәәlaqәdar rәylәrin verilmәsini tәmin etmәk;

8.35. müvafiq müraciәtlәr әsasında әmtәә nişanlarının vә coğrafi göstәricilәrin qeydiyyatı, onlarda edilmiş dәyişikliklәr vә qeydiyyata xitam verilmәsi barәdә dövlәt reyestrindәn çıxarışlar vermәk; [7]

8.36. ixtira, faydalı model, sәnaye nümunәsi, әmtәә nişanı vә coğrafi göstәricilәri barәdә dövlәt reyestrlәrinә daxil edilmiş mәlumatları dәrc etmәk; [8]

8.37. әmtәә nişanlarının vә coğrafi göstәricilәrin qeydә alınması, hüquqi mühafizәsi vә onlardan istifadә sahәsindә qanunvericilikdә nәzәrdә tutulmuş tәdbirlәri hәyata keçirmәk;

8.38. sәnaye mülkiyyәtinin mühafizәsi sahәsindә, hәmçinin patent müvәkkillәrinin attestasiyası, qeydiyyatı vә fәaliyyәti ilә bağlı yaranan mübahisәlәrә baxan Apellyasiya Şurasını yaratmaq vә onun fәaliyyәtini tәmin etmәk; [9]

8.39. akkreditasiya edilmiş orqanlar tәrәfindәn qanunvericiliyә müvafiq olaraq sahibkarlıq subyektlәrinә uyğunluğun qiymәtlәndirilmәsi sahәsindә tәsdiqedici sәnәdlәrin verilmәsindә qanunvericiliyә riayәt olunmasına öz sәlahiyyәtlәri daxilindә nәzarәt etmәk;

8.40. strukturuna daxil olan qurumların vә tabeliyindә olan digәr qurumların işini әlaqәlәndirmәk, onların fәaliyyәtinә nәzarәti öz sәlahiyyәtlәri daxilindә hәyata keçirmәk;

8.41. müvafiq sahә üzrә blankların nümunәlәrini öz sәlahiyyәtlәri daxilindә tәsdiq etmәk; 8.42. müvafiq sahәdә dövlәt orqanları vә hüquqi şәxslәrlә, beynәlxalq tәşkilatlarla, xarici hüquqi şәxslәrlә әmәkdaşlıq etmәk, birbaşa danışıqlar aparmaq vә ya danışıqların aparılmasında iştirak etmәk, beynәlxalq müqavilәlәrin layihәlәrini hazırlamaq;

8.43. qanunvericiliyә uyğun olaraq dövlәt sirrinin vә mәxfilik rejiminin qorunması üçün zәruri tәdbirlәr, habelә fәaliyyәt istiqamәtlәrinә uyğun tәhlükәsizlik tәdbirlәrini görmәk;

8.44. öz fәaliyyәti haqqında әhalinin mәlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu vә siyahısı qanunvericiliklәәyyәn edilmişıqlanmalı olan ictimai informasiyanın hәmin saytda yerlәşdirilmәsini vә bu informasiyanın daimi yenilәşdirilmәsini tәmin etmәk;

8.45. texniki tәnzimlәmә, metrologiya vә standartlaşdırma sahәsindә normativ sәnәdlәrin tәrtib edilmәsi, onların qeydiyyata alınması vә uçotu üçün tәdbirlәrin görülmәsi;

8.46. normativ sәnәdlәrdә nәzәrdә tutulan mәhsullar üçün standart nümunәlәrinin müәyyәn olunması vә onların hazırlanmasını tәşkil etmәk;

8.47. qanunvericiliklәәyyәn edilmiş fәaliyyәt növlәrinin hәyata keçirilmәsi zamanı mәhsulun istehsalı vә saxlanılması, işlәrin yerinә yetirilmәsi vә xidmәtlәrin göstәrilmәsi üçün tәtbiq olunan (olunacaq) avadanlıqların, texnoloji xәtlәrin (proseslәrin) vә ölçmә vasitәlәrinin normativ sәnәdlәrin tәlәblәrinә uyğunluğu barәdә rәy vermәk;

8.48. mәhsulların normativ sәnәdlәrin tәlәblәrinә uyğunluğuna dair xarici ölkәlәrin müvafiq qurumları tәrәfindәn verilmiş tәsdiqedici sәnәdlәrin tanınması ilә bağlı öz sәlahiyyәtlәri daxilindә tәdbirlәr görmәk;

8.49. Azәrbaycan Respublikasının standartlaşdırma vә sertifikatlaşdırma sahәsindә tәrәfdar çıxdığı beynәlxalq müqavilәlәrә uyğun olaraq keyfiyyәt, әtraf mühit vә digәr idarәetmә sistemlәrinin tәtbiqi vә sertifikatlaşdırılması ilә mәşğul olan, habelә bu sistemlәrin tәtbiqi ilә bağlı konsaltinq xidmәtlәri göstәrәn qurumların Azәrbaycan Respublikasının әrazisindә hәmin sahәdә fәaliyyәtinә razılıq vermәk;

8.50. qanunvericiliyә uyğun olaraq dövlәt standartlaşdırma vә ölçmәlәrin vәhdәtinin tәmin edilmәsi sistemlәrinin tәtbiq olunması vә bu sistemlәrdә aparılan işlәrin ümumi tәşkilati-texniki qaydalarının müәyyәn edilmәsi;

8.51. digәr icra hakimiyyәti orqanları, yerli özünüidarәetmә orqanları, habelә tәsәrrüfat subyektlәri vә qeyri-hökumәt tәşkilatlarının tәkliflәri nәzәrә alınmaqla, standartlaşdırma üzrә illik vә perspektiv planları formalaşdırmaq, tәsdiq etmәk vә yerinә yetirilmәsinә nәzarәti hәyata keçirmәk;

8.52. fәaliyyәt istiqamәtlәrinә uyğun olaraq qanunvericilikdә nәzәrdә tutulmuş digәr vәzifәlәri yerinә yetirmәk.

IV. Komitәnin hüquqları

9. Komitә öz vәzifәlәrini yerinә yetirmәk üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahәyә aid olan normativ hüquqi aktların layihәlәrini hazırlamaq vә ya onların hazırlanmasında iştirak etmәk;

9.2. Azәrbaycan Respublikasının müvafiq sahә üzrә beynәlxalq müqavilәlәrә tәrәfdar çıxması barәdә tәşәbbüslә çıxış etmәk;

9.3. öz sәlahiyyәtlәri daxilindә qanunvericiliyә uyğun olaraq icrası mәcburi olan aktlar qәbul etmәk;

9.4. öz sәlahiyyәtlәri daxilindә dövlәt vә yerli özünüidarәetmә orqanlarına, fiziki vә hüquqi şәxslәrә zәruri mәlumatlar (sәnәdlәr) barәdә sorğu vermәk vә onlardan belә mәlumatları (sәnәdlәri) almaq;

9.5. fәaliyyәt istiqamәtlәrinә uyğun rәy vermәk, ekspertizalar keçirmәk, monitorinqlәr, tәhlillәr vә ümumilәşdirmәlәr aparmaq, layihәlәr, analitik materiallar hazırlamaq, tәkliflәrlә çıxış etmәk;

9.6. müvafiq sahәdә kadr hazırlığını tәmin etmәk, hәmçinin mütәxәssislәrin hazırlanması vә ixtisasının artırılması üçün tәdbirlәr görmәk;

9.7. Komitәnin strukturunun vә fәaliyyәtinin tәkmillәşdirilmәsi istiqamәtindә öz sәlahiyyәtlәri daxilindә tәdbirlәr görmәk;

9.8. xarici vә yerli ekspertlәri, mәslәhәtçilәri (mütәxәssislәri), mәslәhәtçi şirkәtlәri vә elmi tәşkilatları qanunvericiliyә uyğun olaraq öz fәaliyyәtinә cәlb etmәk;

9.9. müvafiq sahәdә elmi-tәdqiqat işlәrinin hәyata keçirilmәsini tәşkil etmәk;

9.10. istehlak mәhsullarının (xidmәtlәrinin, işlәrinin) keyfiyyәti vә tәhlükәsizliyi üzrә tәlәblәrin pozulması haqqında istehlakçıların müraciәtlәrinә öz sәlahiyyәtlәri daxilindә qanunvericilikdә nәzәrdә tutulmuş qaydada baxmaq, müvafiq tәşkilatlara, hüquqi vә fiziki şәxslәrә icrası mәcburi olan göstәrişlәr vermәk;

9.11. mәhsulların istehsalı layihәsinin hazırlanması, mәhsulların istehsalı, tәdarükü, saxlanması, daşınması, işlәrin yerinә yetirilmәsi vә xidmәtlәrin göstәrilmәsi zamanı istehlakçıların hüquqlarının qorunması mәqsәdi ilә malların (işlәrin, xidmәtlәrin) keyfiyyәtinә vә tәhlükәsizliyinә öz sәlahiyyәtlәri daxilindә dövlәt nәzarәtini hәyata keçirmәk;

9.12. müvafiq sahәdә dövlәt nәzarәtini hәyata keçirmәk mәqsәdi ilә tabeliyindәn vә mülkiyyәt formasından asılı olmayaraq tәsәrrüfat subyektlәrinin xidmәt vә istehsal sahәlәrinә, ölçmә vasitәlәrinin istismar, istehsal vә tәmir edildiyi, satıldığı, yaxud saxlandığı obyektlәrә qanunvericiliyә uyğun olaraq sәrbәst daxil olmaq, zәruri mәlumat vә sәnәdlәri almaq, tәsәrrüfat subyektlәrinin mütәxәssislәrindәn vә maddi-texniki vasitәlәrindәn hәmin tәsәrrüfat subyektindә dövlәt nәzarәti tәdbirlәri mәqsәdi ilә qanunvericiliyә uyğun olaraq istifadә etmәk;

9.13. mәhsulların (işlәrin, xidmәtlәrin) normativ sәnәdlәrin tәlәblәrinә uyğunluğunu tәyin etmәk üçün qüvvәdә olan normativ sәnәdlәrә müvafiq olaraq sınaq nümunәlәrini әvәzsiz qaydada seçib götürmәk;

9.14. malların (işlәrin, xidmәtlәrin) normativ sәnәdlәrin tәlәblәrinә uyğunluğuna dövlәt nәzarәti hәyata keçirilәrkәn müvafiq qaydada seçilib götürülmüş mәhsul nümunәlәrinin sınaqları üzrә xәrclәrin tәsәrrüfat subyektlәri tәrәfindәn sınaqları aparan laboratoriya vә ya mәrkәzin hesabına köçürülmәsini tәmin etmәk üçün qanunvericilikdә nәzәrdә tutulmuş tәdbirlәr görmәk;

9.15. qüvvәdә olan normativ sәnәdin tәlәblәrinә uyğun olmayan mәhsullarda aradan qaldırılması mümkün olan nöqsanlar aşkar edildikdә, dәqiq müddәt göstәrmәklә hәmin nöqsanların aradan qaldırılması barәdә tәsәrrüfat subyektlәrinә müvafiq yazılı göstәrişlәr vermәk;

9.16. qanunvericiliyә uyğun olaraq müvafiq sahәdә dövlәt nәzarәtini hәyata keçirәn dövlәt müfәttişlәri istehsalat vә ya xidmәt sahәlәrinә buraxılmadıqda vә ya tәsәrrüfat subyektlәrinin rәhbәrlәri vә digәr vәzifәli şәxslәri tәrәfindәn dövlәt nәzarәtinin hәyata keçirilmәsi üçün qanunvericilikdә nәzәrdә tutulmuş şәrait yaradılmadıqda aidiyyәti dövlәt orqanlarına müraciәt etmәk;

9.17. mәhsullarda (işlәrdә, xidmәtlәrdә) aradan qaldırılması mümkün olmayan nöqsanlar aşkar edildikdә, hәmin mәhsulun (işin, xidmәtin) istehsalının vә ya satışa buraxılmasının qadağan edilmәsi ilә bağlı müvafiq tәdbirlәr görmәk;

9.18. normativ sәnәdlәrin tәlәblәrinә cavab vermәyәn, saxlama vә yararlılıq müddәti bitmiş mәhsulların götürülmәsi, zәrәrsizlәşdirilmәsi vә ya mәhv edilmәsi barәdә qanunvericiliyә uyğun olaraq qәrar qәbul etmәk, hәmin qәrarın icrasına nәzarәt etmәk;

9.19. normativ sәnәdlәrin tәlәblәrini pozan vә ya dövlәt nәzarәtini hәyata keçirәn dövlәt müfәttişinin qәrar vә yazılı göstәrişlәrini yerinә yetirmәyәn şәxslәr barәsindә qanunvericiliklәәyyәn edilmiş qaydada inzibati tәnbeh tәdbirlәri görmәk;

9.20. normativ sәnәdlәrin tәlәblәrinin pozulması ilә bağlı tәsәrrüfat subyektlәrinә verilmiş göstәrişlәr vә ya qәbul edilmiş qәrarlar yerinә yetirilmәdikdә bu barәdә mәlumat vә sәnәdlәri müvafiq tәdbirlәr görülmәsi üçün aidiyyәti dövlәt orqanlarına vә ya mәhkәmәyә tәqdim etmәk;

9.21. aşkar edilәn pozuntular tәsәrrüfat subyektlәri tәrәfindәn aradan qaldırılanadәk müvafiq tәlәblәrә cavab vermәyәn istehlak mәhsullarını istehsal vә ya realizә edәn tәsәrrüfat subyektinin fәaliyyәtinә verilmiş xüsusi razılıq (lisenziya) vә xüsusi icazәlәrin vә digәr tәsdiqedici sәnәdlәrin qüvvәsinin dayandırılması vә ya lәğv edilmәsi üçün müvafiq dövlәt orqanlarına tәqdimat vermәk;

9.22. mәhsulların normativ sәnәdlәrin tәlәblәrinә uyğunluğuna dair tәsәrrüfat subyektlәri ilә dövlәt nәzarәtini hәyata keçirәn orqan arasında yaranan fikir ayrılığının aradan qaldırılması mәqsәdi ilә arbitraj laboratoriyasının yaradılması ilә bağlı tәdbirlәr görmәk vә tәkliflәr vermәk;

9.23. Milli Uyğunluğun Tәsdiqi Sisteminә dәyişikliklәr vәәlavәlәr etmәk;

9.24. metroloji qayda vә normalara uyğun olmayan ölçmә vasitәlәrinin istismarını, istehsalını vә satışını qadağan etmәk;

9.25. metroloji qayda vә normaların pozulmasının aradan qaldırılması müddәtlәri göstәrilmәklә tәlәbnamә vermәk;

9.26. metroloji qayda vә normaların pozulmasına yol vermiş şәxslәr barәsindә qanunvericiliklәәyyәn edilmiş qaydada inzibati tәnbeh tәdbirlәri görmәk;

9.27. müqayisәli yoxlamadan keçmәyәn ölçmә vasitәlәrinin istismarını qadağan etmәk;

9.28. ölçmәlәr üzrәәyyәn edilmiş mәcburi tәlәblәrin pozulması ilә aparılan işlәrә qadağalar qoyulması haqqında tәlәbnamәlәr vermәk;

9.29. tabeliyindә olan hüquqi şәxs statuslu qurumları vasitәsilә qanunvericilikdә nәzәrdә tutulmuş hallarda müvafiq sahәdә işlәri vә xidmәtlәri bağlanmış müqavilәlәr әsasında aparmaq;

9.30. müvafiq sahәnin inkişaf etdirilmәsi mәqsәdi ilә müvafiq maddi-texniki bazanın yaradılmasına vә genişlәndirilmәsinә tәlәb olunan vәsaitlәrin ayrılması üçün tәkliflәr vermәk vә bu vәsaitlәr hesabına hәmin işlәrin yerinә yetirilmәsi üzrә tәdbirlәr hәyata keçirmәk;

9.31. tәsәrrüfat subyektlәri haqqında qanunvericiliyә uyğun olaraq dәqiq mәlumat әldә etmәk, keyfiyyәtsiz vә standartların tәlәblәrinә cavab vermәyәn mәhsul istehsalçılarınıәyyәn etmәk üçün aidiyyәti dövlәt orqanları ilә birgә iş aparmaq;

9.32. normativ sәnәdlәrin tәlәblәrinә cavab vermәyәn, insanın hәyatı, sağlamlığı vәәmlakına, habelә әtraf mühitә zәrәr vura bilәn xarici mәhsul vә xidmәtlәrin idxalının qadağan edilmәsinә dair qәrar qәbul etmәk vә bu barәdә müvafiq dövlәt orqanına mәlumat vermәk;

9.33. qanunvericiliklәәyyәn edilmiş qaydada xüsusi bülletenlәr vә digәr nәşrlәr buraxmaq;

9.34. mәşvәrәt, mәslәhәt vә digәr orqanlar yaratmaq;

9.35. müvafiq sahә üzrә konqres, müşavirә, sәrgi vә digәr tәdbirlәr keçirmәk; 9.36. öz sәlahiyyәtlәri daxilindә keyfiyyәt sahәsindә nailiyyәtlәrә görә müxtәlif müsabiqәlәr tәşkil etmәk vә keçirmәk;

9.37. qanunvericiliyә uyğun olaraq öz adından mәhkәmәlәrdә çıxış etmәk, o cümlәdәn sәlahiyyәtlәrinә aid olan mәsәlәlәrlә bağlı mәhkәmәlәrdә iddia qaldırmaq;

9.38. müvafiq sahәdә mәqsәdli proqramları hazırlamaq vә hәyata keçirmәk;

9.39. standartlaşdırma üzrә texniki komitәlәri tәşkil etmәk vә onların fәaliyyәtini әlaqәlәndirmәk;

9.40. ölçmәlәrin vәhdәtinin tәmin edilmәsinin dövlәt tәnzimlәnmәsinin şamil edildiyi sahәlәrdә istismar edilәn ölçmә vasitәlәri istisna olmaqla, hüquqi şәxslәrin metroloji xidmәtlәrinә qanunvericiliyә uyğun olaraq müqayisәli yoxlama vә kalibrlәnmә işlәrinin aparılması hüququnu vermәk;

9.41. etalonlar bazasını yaratmaq vә inkişaf etdirmәk;

9.42. müvafiq sahәdә fәaliyyәtin beynәlxalq vә regional sistemlәrә uyğunlaşdırılması istiqamәtindә tәdbirlәri hәyata keçirmәk;

9.43. fәaliyyәt istiqamәtlәrinә uyğun olaraq qanunvericilikdә nәzәrdә tutulmuş digәr hüquqları hәyata keçirmәk.

V. Komitәnin fәaliyyәtinin tәşkili

  1. Komitәnin aparatı, onun strukturuna daxil olan qurumlar vә tabeliyindә olan digәr qurumlar (hüquqi
    şәxslәr, tәşkilatlar vә sair) Komitәnin vahid sistemini tәşkil edir. Komitә öz fәaliyyәtini bilavasitә vә hәmin
    qurumlar vasitәsilә hәyata keçirir.
    Naxçıvan Muxtar Respublikasının müvafiq sahә üzrә qurumu Komitәnin vahid sisteminә daxildir.
  2. Komitәnin strukturu Azәrbaycan Respublikasının Prezidenti tәrәfindәn müәyyәn edilir. Komitәnin strukturuna daxil olmayan tabeliyindәki qurumların (hüquqi şәxslәrin, tәşkilatların vә sair) siyahısını vә Komitәnin aparatının vә onun strukturuna daxil olan qurumların işçilәrinin say hәddini Azәrbaycan Respublikasının Nazirlәr Kabineti tәsdiq edir.
  3. Komitәnin fәaliyyәtinә Azәrbaycan Respublikasının Prezidenti tәrәfindәn vәzifәyә tәyin vә vәzifәdәn azad edilәn Komitәnin sәdri rәhbәrlik edir. Komitәnin sәdri Komitәyә hәvalә edilmiş vәzifәlәrin yerinә yetirilmәsi vә hüquqların hәyata keçirilmәsi üçün şәxsәn mәsuliyyәt daşıyır.
  4. Komitә sәdrinin Azәrbaycan Respublikasının Prezidenti tәrәfindәn vәzifәyә tәyin vә vәzifәdәn azad edilәn iki müavini vardır. Komitә sәdrinin müavinlәri onlara Komitәnin sәdri tәrәfindәn hәvalә edilmiş vәzifәlәri yerinә yetirirlәr vә bunun üçün şәxsәn mәsuliyyәt daşıyırlar.
  5. Komitәnin sәdri vәzifәsinә görә standartlara vә ölçmә vasitәlәrinә nәzarәt üzrә Azәrbaycan Respublikasının baş dövlәt müfәttişidir. Komitә sәdrinin müavinlәri standartlara vә ölçmә vasitәlәrinә nәzarәt üzrә Azәrbaycan Respublikası baş dövlәt müfәttişinin müavinlәri, Komitәnin strukturuna daxil olan qurumların vә aparatının dövlәt nәzarәtini hәyata keçirәn rәhbәr vәzifәli şәxslәri böyük dövlәt müfәttişlәri, dövlәt nәzarәtini hәyata keçirәn vәzifәli şәxslәr isә dövlәt müfәttişlәridir.
  6. Komitәnin sәdri:

15.1. Komitәnin fәaliyyәtini tәşkil edir vә ona rәhbәrlik edir;

15.2. Komitәnin aparatının struktur bölmәlәrinin vә tabeliyindә olan qurumların әsasnamәlәrini tәsdiq edir, tabeliyindә olan hüquqi şәxslәrin nizamnamәlәrini isә tәsdiq edilmәsi üçün müәyyәn olunmuş qaydada tәqdim edir;

15.3.әyyәn edilmiş struktur, әmәkhaqqı fondu vә işçilәrin say hәddi daxilindә Komitәnin aparatının, yerli vә digәr qurumlarının strukturunu, ştat cәdvәlini vә ayrılmış büdcә tәxsisatı daxilindә onların xәrclәr smetasını tәsdiq edir;

15.4. Komitәnin aparatının, strukturuna daxil olan qurumların vә tabeliyindә olan digәr qurumların (hüquqi şәxslәrin, tәşkilatların vә sair) işçilәrini vәzifәyә tәyin edir vә vәzifәdәn azad edir, onlar barәsindә hәvәslәndirmә vә intizam tәnbeh tәdbirlәri görür;

15.5. qanunvericiliyә uyğun olaraq icrası mәcburi olan әmr vә sәrәncamlar verir, normativ hüquqi aktları tәsdiq edir (imzalayır), onların icrasını tәşkil edir vә nәzarәti hәyata keçirir;

15.6. Komitәnin vәzifәli şәxslәrinin qanunvericiliyә zidd olan qәrarlarını lәğv edir;

15.7. Komitәni tәmsil edir;

  1. xarici dövlәtlәrin aidiyyәti qurumları ilә, beynәlxalq tәşkilatlarla, xarici hüquqi vә fiziki şәxslәrlә әmәkdaşlığı tәşkil edir vә hәyata keçirir, birbaşa danışıqlar aparır, habelә beynәlxalq, dövlәtlәrarası vә hökumәtlәrarası danışıqlarda iştirak edir, müqavilәlәri (sazişlәri, kontraktları) müәyyәn edilmiş qaydada imzalayır.
  2. Komitәdә, komitә sәdrindәn (kollegiya sәdri), onun müavinlәrindәn, Naxçıvan Muxtar Respublikasının müvafiq sahә üzrә qurumunun rәhbәrindәn, habelә Komitәnin digәr rәhbәr işçilәrindәn ibarәt Komitәnin kollegiyası yaradılır.
  3. Zәruri hallarda Komitәnin kollegiyasının tәrkibinә, hәmçinin mütәxәssislәr vә alimlәr dә daxil edilә bilәr.
  4. Komitәnin kollegiya üzvlәrinin sayı vә tәrkibi Azәrbaycan Respublikasının Nazirlәr Kabineti tәrәfindәn tәsdiq edilir.
  5. Komitәnin kollegiyası öz iclaslarında Komitәnin fәaliyyәti ilә bağlı mәsәlәlәri müzakirә edir vә müvafiq qәrarlar qәbul edir.
  6. Komitәnin kollegiyasının iclasları kollegiya üzvlәrinin yarıdan çoxu iştirak etdikdә sәlahiyyәtlidir. Komitәnin kollegiyasının qәrarları onun üzvlәrinin sadә sәs çoxluğu ilә qәbul edilir. Komitәnin kollegiyasının qәrarı qәbul edilәrkәn sәslәr bәrabәr olarsa, kollegiya sәdrinin sәsi hәlledici hesab edilir.
  7. Komitәnin kollegiyasının qәrarları protokolla rәsmilәşdirilir vә Komitәnin sәdri tәrәfindәn tәsdiq edilir.
  8. Komitәnin kollegiyasının üzvlәri arasında fikir ayrılığı yarandığı hallarda, Komitәnin sәdri bu barәdә Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinә mәlumat vermәklә öz qәrarını hәyata keçirir. Komitәnin kollegiyasının üzvlәri şәxsi fikirlәrini Azәrbaycan Respublikasının Nazirlәr Kabinetinә çatdıra bilәrlәr.
  9. Komitәnin kollegiyasının iclaslarına, zәruri hallarda digәr icra hakimiyyәti orqanlarının vә tәşkilatların, habelә qeyri-hökumәt tәşkilatlarının nümayәndәlәri dәvәt edilә bilәr.
  10. Müvafiq sahәdә elmi-texniki nailiyyәtlәrin vә qabaqcıl tәcrübәnin öyrәnilmәsi vә hәyata keçirilmәsi üçün Komitәdә ictimai әsaslarla fәaliyyәt göstәrәn elmi-texniki komissiya yaradıla bilәr.
  11. Elmi-texniki komissiya haqqında Әsasnamә Komitәnin sәdri tәrәfindәn tәsdiq edilir.

Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt
Komitәsinin strukturu

Azәrbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrәli Fәrmanı ilә tәsdiq edilmişdir

  1. Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin aparatı
    (şöbәlәr vә sektorlar).
  2. Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin
    strukturuna daxil olan qurumlar:
    Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsi yanında Milli
    Metrologiya Mәrkәzi;
    Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin әrazi dövlәt
    nәzarәti idarәlәri;
    Azәrbaycan Respublikasının Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Komitәsinin әrazi sınaq
    vә sertifikatlaşdırma idarәlәri.

İSTİFADӘ OLUNMUŞ MӘNBӘ SӘNӘDLӘRİNİN SİYAHISI

1. 27 dekabr 2010-cu il tarixli Azәrbaycan Respublikasının Prezidentinin Fәrmanı (“Azәrbaycan” qәzeti 28 dekabr 2010-cu il, 286)


Законодательство Имплементирует (1 текст(ов)) Имплементирует (1 текст(ов))
Данные недоступны.

№ в WIPO Lex AZ097