关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 在产权组织任职 问责制 专利 商标 外观设计 地理标志 版权 商业秘密 知识产权的未来 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 青年 审查员 创新生态系统 经济学 金融 无形资产 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 遗传资源、传统知识和传统文化表现形式 前沿技术 移动应用 体育 旅游 音乐 时尚 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 全球无形资产投资精要 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 重建基金 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 工作人员职位 附属人员职位 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决 按管辖区浏览

2003 年 5 月 16 日第 460-IIQ 号法律,关于阿塞拜疆民间文学艺术表达的法律保护, 阿塞拜疆

经2023年2月17日第812-VIQD 号法律修订

返回
WIPO Lex中的最新版本
详情 详情 版本年份 2023 日期 最新修正: 2023年4月8日 议定: 2003年5月16日 文本类型 主要知识产权法 主题 传统文化表现形式 主题(二级) 版权与相关权利(邻接权), 知识产权及相关法律的执行 This consolidated version of Law on Legal Protection of Azerbaijani Folklore Expressions takes into account amendments up to "Law No. 812-VIQD of February 17, 2023", which was published in the newspaper Azerbaijan on April 8, 2023, and entered into force on the same date.


可用资料

主要文本 相关文本
主要文本 主要文本 阿塞拜疆 16 may 2003-cü il tarixli № 460-IIQ nömrəli Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu (17 fevral 2023-cü il tarixli 812-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu tərəfindən düzəliş edildiyi kimi)         
 
開啟 PDF open_in_new
16 may 2003-cü il tarixli № 460-IIQ nömrəli Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının Qanunu (17 fevral 2023-cü il tarixli 812-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu tərəfindən düzəliş edildiyi kimi)
Azərbaycan Respublikasinin Qanunu Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında

Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı iləəlaqədar yaranan münasibətləri tənzimləyir.

I fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1 Azərbaycan folkloru nümunələri (bundan sonra - folklor nümunələri) - Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, Azərbaycan xalqının ənənəvi-bədii dəyərlərini, dünyagörüşünü, ümid və arzularını, bədii irsin xarakterik xüsusiyyətlərini özündəəks etdirən, şifahi şəkildə yaradılan söz sənəti nümunələri, xalq musiqisi, oyunları və rəqsləri, xalq sənətkarlığıvə tətbiqi sənət nümunələri (maddi formada olanlar və olmayanlar), eləcə də digər xalq yaradıcılığı nümunələri;

1.0.2. folklor nümunələrinin hüquqi qorunması -folklor nümunələrinin hər hansı qeyri-qanuni istifadədənvə onlara zərər vuran digərhərəkətlərdən qorunması;

1.0.3. folklor nümunələrindən qeyri-qanuni istifadə folklor nümunələrindən istifadəyə dair bu Qanunla müəyyən ediləntələblərin pozulması;[1]

1.0.4. folklor nümunələrinə zərər vuran hərəkətlər -folklor nümunələrindən bu Qanunla müəyyən edilən istifadə hallarında onun mənbəyinin, həmçinin yarandığı yerin coğrafi adının və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adının dəqiq göstərilməməsi;

1.0.5. folklor nümunələrindən ənənəvi istifadə -təbii mahiyyət, məzmun və forma xüsusiyyətləri saxlanılmaqla folklor nümunələrindəncəmiyyətin uzunmüddətli təcrübəsinəəsaslanan istifadə;

1.0.6. folklor nümunələrindən adi istifadə -folklor nümunələrindəncəmiyyətin gündəlik tələbat və ehtiyaclarına uyğun istifadə;

1.0.7. folklor nümunələrindən ənənəvi və adi olmayan istifadə -folklor nümunələrinin təbii mahiyyət, məzmun və ya məqsəd, təyinat və bədii formasının dəyişdirilməsi ilə istifadə;

1.0.8. folklor nümunələrindən kommersiya məqsədi ilə istifadə -gəlir götürməkməqsədi ilə folklor nümunələrinin dərc olunması, surətinin çıxarılması, nüsxələrinin yayılması, kütləvi deklamasiyası və ifası, efirlə və ya kabellə verilməsi, habelə kütləyə çatdırılmaq üçün hər hansı kütləvi bildiriş formasında istifadə.

Maddə 2. Qorunan folklor nümunələri

2.1. Bu Qanunda qorunan folklor nümunələri bədii xalq yaradııcılığı, xalq sənətkardığıvə tətbiqi sənət nümunələrindən ibarət olan aşağıdakı əsərlərdir:

2.1.1. bədii söz sənətinə aid olan əmək, mərasim və uşaq folkloru nümunələri, miflər, əfsanələr, rəvayətlər, nağıllar, dastanlar, lətifələr, xalq dramları, atalar sözləri, zərbi-məsəllər, tapmacalar, xalq və aşıq poeziyası nümunələri, bayatılar və başqa şifahi söz nümunələri;

2.1.2. xalq mahnıları və rəqs melodiyaları, xalq-professional musiqisinə aid aşıq havaları, muğam-dəstgahlar, zərbi-muğamlar, təsniflər, rənglərvə başqa folklor musiqisi nümunələri;

2.1.3. xalq rəqsləri, yallılar, oyunlar, mərasim və bayramlar və başqa hərəkətli nümunələr;

2.1.4. duyulan tətbiqi sənətvə xalq sənətkarlığı nümunələri, o cümlədən qrafik sənət-şəkillər, rəsmlər, silsilə təsvirlər, kölgə rəsmləri, döymə və oyma işləri, heykəltəraşlıq, keramika, gil məmulatı, mozaika, metal üzərində işləmə, mis və bürünc tökmə məmulatları, ipəkçilik, xalçaçılıq, misgərlik, zərgərlik, dabbaqçılıq, tikmə,səbəthörmə sənəti işləri, gəbələr, butalar, geyimlər kimi folklor sənəti nümunələri, ornamentlər, naxışlar, musiqi alətləri, xarratlıq, memarlıq işləri və bu qəbildən olan başqa nümunələr.

2.2. Bu qanunun 2.1-ci maddəsində göstərilən qorunan folklor nümunələrinin yaranması zamanla və məkanla məhdudlaşmır, yeni yaranan folklor nümunələri də qorunanların sırasına daxil edilir və onların hüquqi qorunması müddətsizdir.

Maddə 3. Folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

3.1. Folklor nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

3.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələrtətbiq olunur.

Maddə 4. Qanunun tətbiq sahəsi

Bu Qanun Azərbaycan xalqı, onun ayrı-ayrı fərdləri tərəfindən yaradılan və qorunub saxlanılan, bu Qanunun 2-ci maddəsində göstərilən folklor nümunələrinəşamil edilir.

Maddə 5. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri

5.1. Folklor nümunələrinin hüquqi qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

5.1.1. folklor nümunələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcəknəsillərə çatdırılması;

5.1.2. folklor nümunələrinin hüquqi qorunmasını təmin edən qanunvericilik bazasının yaradılması;

5.1.3. Azərbaycan xalqına məxsus folklor nümunələrinin xarici dövlətlərin ərazilərində hüquqi qorunması məqsədi ilə beynəlxalq əməkdaşlığa şərait yaradılması.

5.2. Folklor nümunələrinin hüquqi qorunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri çərçivəsində:[2]

5.2.1. beynəlxalq təcrübəyə uyğun olaraq mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlayır;

5.2.2. folklor nümunələrinin hüquqi qorunması üzrə beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və bu sahədəəməkdaşlığıtəşkil edir;

5.2.3. folklor nümunələrindən istifadəyə bu Qanunla qoyulan tələblərin pozulması hallarında dövlətin maraqlarını təmsil və müdafiə edir.

II fəsil
FOLKLOR NÜMUNƏLƏRİNDƏN İSTİFADƏ QAYDALARI

Maddə 6. Folklor nümunələrindən istifadəyə tələblər

6.1. Folklor nümunələrindən Azərbaycan Respublikası ərazisindəənənəvi və adi, o cümlədən kommersiya məqsədi ilə istifadə formaları sərbəstdir.

6.2. Folklor nümunələrindən kommersiya məqsədi ilə ənənəvi və adi olmayan istifadə zamanı hər hansı formada dərc olunması, surətinin çıxarılması və nüsxələrin yayılması, hər hansı kütləvi deklamasiya və ya ifa, televiziya və radio proqramlar, habelə kütləyə çatdırılma məqsədi ilə hər hansı digər kütləvi bildiriş formalarında onların təbii mahiyyətvə məzmununa xələlgətirməməklə,məqsədi, təyinatı və bədii forması dəyişdirilə bilər.[3]

6.3. Digər dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə yalnız müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi əsasında və istifadəyə görə haqq ödəməklə istifadə edə bilərlər. Həmin vəsait müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun hesabına köçürülür vəəqli yaradıcılığın həvəsləndirilməsinə, habelə folklor nümunələrinin qorunub saxlanmasına və zənginləşdirilməsinə sərf olunur.[4]

6.4. Digər dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının hüdudlarından kənarda folklor nümunələrindən kommersiya məqsədi ilə istifadəsinə icazə verilməsi qaydasını və istifadəyə görə haqqın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[5]

Maddə 7. Folklor nümunələrindən istifadəyə istisnalar

7.1. Aşağıdakı məqsədlər üçün folklor nümunələrinin istifadəsi ənənəvi və adi olmayan forma kimi qəbul edilmir:

7.1.1. folklor nümunələri orijinal müəllif (müəlliflər) əsərləri yaradılması üçün işləndikdə;

7.1.2. folklor nümunələrindən orijinal müəllif (müəlliflər) əsərində istifadənin məqsədəmüvafiq həcmdə illüstrasiya formasında istifadə edildikdə.

7.2. Folklor nümunələrinin aşağıdakı təsadüfi istifadə formaları ənənəvi və adi olmayan hesab edilmir:

7.2.1. fotoqrafiya, yayımlanma, səsli yazılma vasitəsilə məlumat verilməsi üçün bu cür istifadənin informasiya məqsədinə lazım olan həcmdə işlədilməsi şərti ilə hər hansı cari hadisə zamanı görülə və eşidilə bilən xalq yaradıcılığı nümunələrindən istifadə edildikdə;

7.2.2. sərbəst giriş üçün daim açıq olan yerlərdə özündə folklor nümunələrini saxlayan obyektlərin təsvirinin fotoqrafiya, film və ya televiziya proqramına daxil edilməklə istifadəsi.[6]

Maddə 8. Folklor nümunələrindən istifadə zamanı mənbənin göstərilməsi

8.1. Dərc olunmuş bütün əsərlərdə, folklor nümunələrinin kütləvi ifa və bildiriş hallarında onların mənbəyi, həmçinin istifadə olunan folklor nümunəsinin yarandığı yerin coğrafi adı və (və ya) mənsub olduğu xalqın (cəmiyyətin) adı dəqiq göstərilməlidir.

8.2. Folklor nümunələrindən bu Qanunun 7-ci maddəsində göstərilən hallarda istifadə edildikdə 8.1-ci maddənin tələbləri tətbiq edilmir.

Maddə 9. Folklor nümunələrindən istifadə zamanı hüquq pozuntuları

9.1. Fiziki və hüquqi şəxslərtərəfindən folklor nümunələrindən istifadə edildikdə aşağıdakı hərəkətlər hüquq pozuntusu hesab edilir:

9.1.1. folklor nümunələrindən istifadə edildikdə təsadüfi və ya bilərəkdən edilməsindən asılı olmayaraq, bu Qanunun 6.2-ci maddəsinin tələblərinin pozulması;

9.1.2. folklor nümunələrindən istifadə edilərkən bilərəkdənvə ya ehtiyatsızlıqdan bu Qanunun 8.1-ci maddəsinin tələblərinin pozulması;

9.1.3. birbaşavə ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrini bilərəkdən özününkü kimi qələmə verməklə və ya folklor nümunələrinin yaranma mənbəyinə münasibətdə kütləni yanlış fikrə istiqamətləndirməkvə ya onları faktiki mənbəyi olmayan digər ölkənin nümunələri kimi təqdim etməklə, folklor nümunələrindən istifadə;

9.1.4. birbaşavə ya dolayısı ilə kütləyə çatdırılmış folklor nümunələrinin bilərəkdəntəhrif olunmaqla, ölkənin mədəni maraqlarına zərər vurulmaqla istifadəsi.

9.2. Folklor nümunələrindən istifadə qaydalarının pozulmasına görə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qaldırılan iddia ərizələri əsasında folklor nümunələrindən bu Qanunla nəzərdə tutulan istifadə qaydalarının pozulmasına görə tutulan məbləğlər müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun hesabına köçürülür vəəqli mülkiyyət sahəsində yaradıcılığın həvəsləndirilməsinə, əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsinə və folklor nümunələrinin hüquqi qorunmasına yönəldilir.[7]

III fəsil
FOLKLOR NÜMUNƏLƏRİNƏƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ MÜDAFİƏSİ

Maddə 10. Mülki-hüquqi müdafiə vasitələri

10.1. Müvafiq dövlət orqanları folklor nümunələrindən qanuni istifadə qaydalarını pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər.

10.2. Folklor nümunələrinin qorunması məqsədi ilə məhkəməyə müraciət edilərkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar da tətbiq edilə bilər:

10.2.1. pozuntuya yol verən şəxsdən hüquqların pozulması nəticəsindəəldə etdiyi gəlirin tutulması;

10.2.2. gəlirin tutulması əvəzinə yüz on manatdan əlli beş min manatadək məbləğdə kompensasiya ödənilməsi.[8]

10.3. Cinayəttərkibli pozuntulara qarşı sanksiyalar mülki-hüquqi müdafiə vasitələrinin tətbiqini istisna etmir.

Maddə 11. Pirat nüsxələr

Bu Qanunla folklor nümunələrinin istifadəsinə qoyulan tələblərin pozulması ilə hazırlanan (istehsal edilən) və yayılan hər hansı folklor obyekti nüsxələri pirat nüsxələr sayılır və qanunvericilikdə müəyyən olunmuş qaydada müsadirə edilir.[9]

Maddə 12. Folklor nümunələrindən istifadəyə tələblərin pozulmasına görə məsuliyyət

Folklor nümunələrindən istifadə zamanı bu Qanunda nəzərdə tutulan tələblərin pozulmasında təqsirli olan şəxslər mülki, inzibati və cinayətməsuliyyəti daşıyırlar.

IV fəsil
YEKUN MÜDDƏALARI

Maddə 13. Xarici dövlətlərdə folklor nümunələrinin hüquqi qorunması

Xarici dövlətlərin folklor nümunələrinin Azərbaycan Respublikasında, Azərbaycan folklor nümunələrinin xaricdə hüquqi qorunması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrəəsasəntənzimlənir.

Maddə 14. Digər qorunma formalarına münasibət

Bu Qanun müəllif-hüquq qanunvericiliyi, əqli və sənaye mülkiyyətinin digər növləri üzrə folklor nümunələrinə tətbiq oluna bilən, həmçinin folklor nümunələrinin qorunub saxlanılmasına aid digər normativ hüquqi aktlarda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulan qorunma formalarını məhdudlaşdırmır.

Maddə 15. Təfsir

Bu Qanunla müəyyən edilən hüquqi qorunmanın folklor nümunələrinin yaradılmasına və onlardan normal istifadəyə mane olan forma kimi şərh edilməsi yolverilməzdir.

Maddə 16. Qanunun qüvvəyə minməsi

Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 may 2003-cü il

460-IIQ

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİNSİYAHISI

  1. 27 oktyabr 2009-cu il tarixli 929-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il )
  2. 17 may 2011-ci il tarixli 124-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Respublika” qəzeti, 09 iyun 2011-ci il, 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 6, maddə 462)
  3. 30 aprel 2013-cü il tarixli 638-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, 108 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 484)
  4. 4 may 2018-ci il tarixli 1133-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyun 2018-ci il, 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1172)
  5. 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 1, maddə 8)
  6. 17 fevral 2023-cü il tarixli 812-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, 73 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, 4, maddə 450)

QANUNA EDİLMİŞ DƏYİŞİKLİKVƏƏLAVƏLƏRİNSİYAHISI

 

[1] 17 may 2011-ci il tarixli 124-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Respublika” qəzeti, 09 iyun 2011-ci il, 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 6, maddə 462) ilə 1.0.3-cü maddədə “kommersiya məqsədi iləənənəvi və adi olmayan istifadə hallarında ” sözləri “istifadəyə dair” sözləri iləəvəz edilmişdir.

[2] 4 may 2018-ci il tarixli 1133-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyun 2018-ci il, 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1172) ilə 5.2-ci maddə ləğv edilmişdir.

[3] 17 may 2011-ci il tarixli 124-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Respublika” qəzeti, 09 iyun 2011-ci il, 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 6, maddə 462) ilə 6.2-ci maddədən “kommersiya məqsədi ilə” sözləri çıxarılmışdır.

17 fevral 2023-cü il tarixli 812-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, 73 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, 4, maddə 450) ilə 6.2-ci maddədə “efirlə və ya kabellə verilişlər ” sözləri “televiziya və radio proqramlar” sözləri iləəvəz edilmişdir.

[4] 4 may 2018-ci il tarixli 1133-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyun 2018-ci il, 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1172) ilə 6.3-cü maddənin birinci və ikinci cümlələrinə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilmişdir.

[5] 17 may 2011-ci il tarixli 124-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( “Respublika” qəzeti, 09 iyun 2011-ci il, 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 6, maddə 462) ilə yeni məzmunda 6.3-cü və 6.4-cü maddələr əlavə edilmişdir.

[6] 17 fevral 2023-cü il tarixli 812-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, 73 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, 4, maddə 450) ilə 7.2.2-ci maddədə “verilişinə” sözü “proqramına” sözü iləəvəz edilmişdir.

[7] 17 may 2011-ci il tarixli 124-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 09 iyun 2011-ci il, 117, “Azərbaycan” qəzeti, 12 iyun 2011-ci il, 126, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 6, maddə 462) ilə 9.2-ci maddədə “dövlət büdcəsinə köçürülür və intellektual ” sözləri “müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür vəəqli ” sözləri iləəvəz edilmişdir.

4 may 2018-ci il tarixli 1133-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 iyun 2018-ci il, 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, 6, maddə 1172) ilə 9.2-ci maddəyə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilmişdir və 9.2-ci maddədə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə,“müəllif hüququ sahəsində dövlət siyasətinin” sözləri “əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətinin həyata keçirilməsinin ” sözləri iləəvəz.

[8] 22 dekabr 2020-ci il tarixli 230-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 yanvar 2021-ci il, 3, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, 1, maddə 8) ilə 10.2.2-ci maddəsində “şərti maliyyə vahidinin yüz mislindən əlli min mislinədək” sözləri “yüz on manatdan əlli beş min manatadək ” sözləri iləəvəz edilmişdir.

[9] 27 oktyabr 2009-cu il tarixli 929-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 dekabr 2009-cu il, 289) ilə 11-ci maddəsinin adında "Kontrafakt" sözü "Pirat" sözü ilə,mətnində "kontrafakt" sözü "pirat" sözü iləəvəz edilmişdir.

30 aprel 2013-cü il tarixli 638-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 may 2013-cü il, 108 , Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, 05, maddə 484) ilə 11-ci maddəsində “istehsal olunan və ya yayılan” sözləri “hazırlanan (istehsal edilən) və yayılan” sözləri iləəvəz edilmişdir.


立法 取代 (3 文本) 取代 (3 文本) 被以下文本实施 (1 文本) 被以下文本实施 (1 文本)
无可用数据。

WIPO Lex编号 AZ111