关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 金融 无形资产 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决 按管辖区浏览

阿塞拜疆共和国总统决议,关于2009年2月16日于雅典由阿塞拜疆共和国和希腊共和国政府签署的文件, 阿塞拜疆

返回
WIPO Lex中的最新版本
详情 详情 版本年份 2009 日期 发布: 2009年3月12日 文本类型 其他文本 主题 知识产权及相关法律的执行 本文件包含阿塞拜疆共和国工业和能源部与希腊共和国发展部签署的关于可再生能源和能源效率备忘录。本协议的第7条涉及知识产权,其规定在每个项目中都应首先对相关知识产权问题进行定义。

可用资料

主要文本 相关文本
主要文本 主要文本 阿塞拜疆 Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2009-cu il fevralın 16-da Afina şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı        
 
下载PDF open_in_new

Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2009cu il fevralın 16da Afina şəhərində imzalanmış sənədlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Yunanıstan Respublikası arasında 2009cu il fevralın 16da Afina şəhərində imzalanmış aşağıdakı sənədlərtəsdiq edilsin:

1.1. Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş;

  1. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf Nazirliyi arasında bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində Anlaşma Memorandumu.
  2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.11.2ci bəndlərində göstərilənsənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
  3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1.11.2ci bəndlərində göstərilənsənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Yunanıstan Respublikası tərəfini xəbərdar etsin.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 mart 2009cu il.

№ 207

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında informasiya və kommunikasiya texnologiyaları sahəsindəəməkdaşlıq haqqında

SAZİŞ

Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti (bundan sonra ʺTərəflərʺ adlandırılacaq), hər iki ölkənin sosial və iqtisadi inkişafı çərçivəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyi və möhkəmləndirməyi arzu edərək,

hər iki ölkədə əhaliyə səmərəli və dayanıqlı xidmətlərin yerinə yetirilməsi ilə əlaqədar eyni məqsədvə maraqları bölüşərək,

informasiya və kommunikasiya texnologiyaları sahəsində aparılan əməkdaşlığın hazırkı səviyyəsinin təkmilləşdirilməsinin və ideyalar, məlumatlar, bilik və təcrübələr mübadiləsi yolu ilə ümumi maraq kəsb edən sahələrdə əməkdaşlığın Tərəflər üçün faydalı olacağını nəzərə alaraq,

informasiya və kommunikasiya texnologiyaları sahəsində Tərəflər arasında kommersiya əlaqələrinin möhkəmləndirilməsində mövcud olan potensialı və mövcud imkanlardan tam istifadə etmək üçün ehtiyacı dərk edərək,

hər iki Tərəfin informasiya və kommunikasiya texnologiyaları sahəsində sərmayələri, birgə əssisələri, ümumi maraqları, texnoloji inkişafı və ticarəti inkişaf etdirmək arzusunda olduqlarını nəzərə alaraq,

aşağıdakılar barədə razılığagəldilər:

Maddə 1

Tərəflər qarşılıqlı fayda əsasında, öz ərazilərində qüvvədə olan qanunvericiliyə və beynəlxalq hüququn müvafiq norma və prinsiplərinə,həmçinin bu Sazişə uyğun olaraq, informasiya və kommunikasiya texnologiyaları sahəsində öz iqtisadi, sənaye, elmi və texniki əməkdaşlığını inkişaf etdirəcəkvə təkmilləşdirəcəklər.

Maddə 2

Elektromaqnitik uyğunluq (EMU) məsələləri də daxil olmaqla, informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq aşağıdakıları əhatə edir:

    1. telekommunikasiyanın tənzimlənməsi ilə əlaqədar Yunanıstan Respublikasının təcrübəsinin öyrənilməsi;
    2. 2. Ehökumətvə Eimzanın tətbiqi sahəsində əməkdaşlıq;
  1. Azərbaycan Respublikasının informasiya və kommunikasiya texnologiyaları sahəsinə Yunanıstan Respublikası tərəfindənsərmayə qoyuluşlarının təşviq etdirilməsi;
  2. qarşılıqlı məqbul şərtlərlə Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyaları sahəsində birgə əssisələrin yaradılmasının təşviq etdirilməsi;
  3. Yunanıstan Respublikasının telekommunikasiya təsisatlarında azərbaycanlı mütəxəssislər üçün təlim kurslarının təşkili;

6. birgə seminar, konfrans, forum və sərgilərin keçirilməsi;

  1. beynəlxalq təşkilatlarda (ÜPİ və BTİ kimi) hər iki ölkənin milli maraqları üstüstə şdüyü təqdirdə birbirini dəstəkləməsi;
  2. hər iki Tərəfin nümayəndə heyətlərinin təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərinin təşkili;
  3. elektromaqnitik uyğunluq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, öz məhsullarının dəstəklənməsi, təşviq edilməsi və sertifikatlaşdırılması sahəsində müvafiq tədbirlərin görülməsi;

10. qarşılıqlı razılaşma əsasında digərməsələlər.

Maddə 3

Tərəflər İKT sahəsində fəaliyyətin təşviq olunması, əməkdaşlığın inkişaf etdirilməsi, yeni texnologiyaların tətbiq edilməsi və birgə əssisələrin təşviqi məqsədilə, aidiyyəti orqanları, təşkilat və əssisələri tərəfindən bu sahədə sıx əlaqələrin və məlumat mübadiləsinin təkmilləşdirilməsini, eləcə də mümkün olduqda, xüsusi proqramların və layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığıtəşviq edəcəklər.

Tərəflərkəndlərdə telekommunikasiyanın inkişaf etdirilməsi, rəqəmsallara keçidin təmin edilməsi və lokal şəbəkələrin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının və Yunanıstan Respublikasının təcrübəsinin tətbiqi üçün hər iki Tərəfin mütəxəssislərinin birgə iş aparmasını təmin edəcəklər.

Maddə 4

Bu Sazişin müddəaları Tərəflərin iştirakçısı olduqları digər beynəlxalq sazişlərdən irəli gələn hüquq və öhdəliklərə,həmçinin Yunanıstan Respublikasının Avropa Birliyinə üzvlüyündən irəli gələn öhdəliklərinə toxunmur.

Maddə 5

Tərəflər əməkdaşlıq çərçivəsində mübadilə etdikləri informasiyanın konfidensiallığının öz qanunvericiliklərinə uyğun surətdə qorunması üçün zəruri tədbirlər görəcəklər, həmçinin belə informasiyanı təqdim etmiş Tərəfin yazılı icazəsi olmadan bu informasiyanı üçüncü tərəfə aşkarlamayacaq və yaymayacaqlar. Bu müddəa bu Saziş qüvvədən şdükdən sonra üç il müddətində qüvvədə qalır.

Maddə 6

Tərəflər bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi zamanı mübahisələr yarandığı təqdirdə, onları danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

Maddə 7

Bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul səlahiyyətli orqanlar:

Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Azərbaycan Respublikası Hökuməti adından;

Yunanıstan Respublikasının Nəqliyyat və Rabitə Nazirliyi ‐Yunanıstan Respublikası Hökuməti adından.

Bu Sazişdən irəli gələnməsələlərin həyata keçirilməsi üzrə səlahiyyətli orqanlanrı qarşılıqlı fəaliyyəti zamanı işçi dil qismində ingilis dilindən istifadə ediləcəkdir.

Tərəflər əməkdaşlığın xüsusiyyətlərindən asılı olaraq, bu Sazişin həyata keçirilməsi üzrə fəaliyyətin əlaqələndirilməsinə görə məsul olan digər hökumət orqanlarını təyin edə bilərlərvə onlar diplomatik kanallar vasitəsilə birbirini bu barədə məlumatlandıracaqlar.

Maddə 8

Tərəflərin yazılı razılığına əsasən, bu Sazişə düzəlişlər edilə bilər. Belə düzəlişlər bu Sazişin ayrılmaz hissəsi olan və onun 9cu maddəsində nəzərdə tutulmuş qaydada qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdiriləcəkdir.

Maddə 9

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirdikləri barədə Tərəflərin diplomatik kanallar vasitəsilə birbirlərinə göndərdikləri sonuncu yazılı bildirişin tarixindən qüvvəyə minir. Bu Saziş iki il müddətinə bağlanılır. Tərəflərdən biri bu Sazişin müddətinin bitməsinə ən azı altı ay qalmış bunun əksi barədə digərTərəfə bildirmədikdə, Sazişin qüvvəsi növbəti iki il müddətinə uzadılacaqdır.

Bu Saziş Afina şəhərində 16 fevral 2009cu il tarixində, Azərbaycan, yunan və ingilis dillərində, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlərbərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığıtəqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası Yunanıstan Respublikası

Hökuməti adından Hökuməti adından

(imza) (imza)

Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf
Nazirliyi arasında bərpaolunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində

ANLAŞMA MEMORANDUMU

Bundan sonra ʺTərəflərʺ adlandırılacaq Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf Nazirliyi,

Tərəflərin bərpaolunan enerji mənbələri və enerji səmərəliliyinə əsaslanan enerji sahəsindəki proqramlarının səmərəliliyinin təmin olunmasını və Tərəflərin alimləri arasında bu sahədə əməkdaşlığın genişləndirilməsini arzu edərək,

Tərəflər arasında əməkdaşlığın genişləndirilməsinin Tərəflərin iqtisadiyyatının inkişafına və mövcud dostluq münasibətlərinin gücləndirilməsinə töhfə verəcəyini etiraf edərək,

Tərəflərdənhər birinin bu Anlaşma Memorandumunu öz milli qanunvericiliklərinə, beynəlxalq hüququn norma və prinsiplərinə və Yunanıstan Respublikasının Avropa Birliyinə üzvlüyündən irəli gələn öhdəliklərinə uyğun həyata keçirəcəyini vurğulayaraq,

aşağıdakılar barədə razılığagəldilər:

Maddə 1

Məqsəd

Bu Anlaşma Memorandumunun məqsədi Tərəflər arasında bərpa olunan enerji mənbələri və enerji səmərəliliyinə aid tədqiqatlarda birgə fəaliyyətin həyata keçirilməsi Proqramının dəstəklənməsi və onun üçün əsas yaradılmasıdır. Bu cür fəaliyyət qarşılıqlı fayda, bərabərlik və qarşılılıq əsasında həyata keçiriləcəkdir.

Maddə 2

Fəaliyyət sahələri

Bu Anlaşma Memorandumu çərçivəsində fəaliyyət sahələri aşağıdakıları əhatə edir:

müvafiq sahədə təcrübə mübadiləsi, qanunvericilik və inzibati islahatlara dəstək;

institusional gücləndirmə və imkanların yaradılması;

enerji siyasəti və planlaşdırma;

bərpaolunan enerjinin (günəş enerjisi, külək enerjisi, biokütlə enerjisi ‐bioyanacaq) və enerji səmərəliliyi tədbirlərinin təşviq olunması üçün fəaliyyətin işlənib hazırlanması;

enerji səmərəliliyi və enerjiyə qənaət (binalarda, nəqliyyatda) sahəsində ən qabaqcıl təcrübənin paylaşılması;

maliyyə mexanizmlərinin əyyənləşdirilməsi üçün Aİ və beynəlxalq səviyyədə ümumi strategiyaların və layihələrin işlənib hazırlanması, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və enerji səmərəliliyinin təşviq olunması.

Maddə 3

Əməkdaşlığın formaları

3.1. Bu Anlaşma Memorandumu çərçivəsində birgə fəaliyyət, yalnız bununla məhdudlaşmamaq şərtilə,aşağıdakı formaları əhatə edəcək:

2ci maddədə əks olunmuş sahələrdə fəaliyyətin planlaşdırılması üçün rəsmi şəxslərvə proqram rəhbərləri arasında məsləhətləşmələrin aparılması;

hər bir ölkənin mərkəzlərində, institutlarında, laboratoriyalarında və digər əssisələrində aparılan inkişaf fəaliyyəti, tədqiqatlar, təhlillərvə eksperimental fəaliyyətlərdə iştirak etmək üçün alim və mütəxəssislərin əvvəlcədən razılaşdırılmış müddətə mübadiləsi;

hipotezaların sınaqdan keçirilməsi məqsədilə elmi və texniki informasiyanın, tədqiqat metodlarının və elmi nəticələrin mübadiləsi;

razılaşdırılmış mövzular üzrə seminarların, təlim kurslarının və görüşlərin təşkili;

bərpaolunan enerji və enerji effektivliyinə dair xüsusi layihələrin hazırlanması və tətbiqi;

sənaye və yanacaqenergetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və Tərəflər arasında ştərək əssisələrin yaradılması.

Maddə 4

Layihə təsviri

4.1. Tərəflər bu Anlaşma Memorandumu əsasında həyata keçiriləcək layihələrin hər biri üçün Layihə Təsviri tərtib edəcəklər.

4.2. Layihə Təsviri birgə layihənin yerinə yetirilməsi üçün ətraflı müddəalardan ibarət olacaq və texniki imkanlar, avadanlıq mübadiləsi, büdcə,xərclərin bölüşdürülməsi və layihənin qrafiki, əməkdaşlığın idarə edilməsi və elmitexniki informasiya mübadiləsi kimi məsələləri əhatə edəcəkdir.

Maddə 5

İdarəetmə

5.1. Bu Anlaşma Memorandumunun lazımi qaydada icrası məqsədilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Yunanıstan Respublikası İnkişaf Nazirliyi tərəfindəntəyin edilən nümayəndələrdən ibarət Koordinasiya Komissiyası yaradılır.

5.2. Koordinasiya Komissiyası hər il üzvləri arasından alternativ olaraq Sədr təyin edəcəkdir.

5.3. Koordinasiya Komissiyası bu Anlaşma Memorandumu çərçivəsində həyata keçiriləcəkhər bir layihə üçün 4 maddədə əksini tapmış Layihə Təsvirinin tərtib olunmasını təmin edəcəkdir.

5.4. Koordinasiya Komissiyası bu Anlaşma Memorandumu əsasında həyata keçirilən əməkdaşlığın vəziyyətini qiymətləndirmək üçün zəruri olduğutəqdirdə görüşlər keçirəcək və yazışmalar aparacaqdır. Əlavə olaraq, Koordinasiya Komissiyası əməkdaşlıq üçün yeni mühüm təklifləri nəzərdən keçirəcəkvə bu istiqamətdə işlər görəcəkdir.

Maddə 6

İnformasiya mübadiləsi

6.1. İnformasiya mübadiləsinə elmi və texniki məlumatlar, tədqiqatın nəticələri və formaları və ya Anlaşma Memorandumuna uyğun olaraq, Layihə Təsviri çərçivəsində təqdim olunan, mübadilə edilənvə ya meydana gələn istənilən informasiya daxildir.

6.2. Bu Anlaşma Memorandumu çərçivəsində həyata keçirilən əməkdaşlıq zamanı əldə edilən konfidensial məlumatlar da daxil olmaqla, istənilənməlumatın ıqlanması belə məlumatı təqdim edənTərəfin yazılı razılığına əsasənTərəflərin müvafiq milli qanunvericiliyinə uyğun olaraq həyata keçiriləcəkdir.

Maddə 7

Əqli mülkiyyət hüquqları

Əqli mülkiyyət hüquqları hər bir xüsusi layihə çərçivəsində əyyən olunacaqdır.

Maddə 8

Maliyyələşmə

Tərəflərin əməkdaşlığından irəli gələn maliyyə öhdəliyinin formasının, metodlarının və şərtlərinin detalları Tərəflər arasında daha sonra imzalanacaq ayrıca Protokolla əyyən ediləcəkdir.

Maddə 9

Ümumi müddəalar

Bu Anlaşma Memorandumu çərçivəsində bütün fəaliyyətlər Azərbaycan Respublikası və Yunanıstan Respublikası ərazisində qüvvədə olan müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçiriləcəkdir.

Anlaşma Memorandumunda heç bir müddəaTərəflər arasında digər əməkdaşlığavə tərəfdaşlığatəsir göstərməyəcəkdir.

Maddə 10

Mübahisələrin həlli

Bu Anlaşma Memorandumunun təfsiri və ya həyata keçirilməsi ilə əlaqədar meydana çıxan istənilən mübahisələrTərəflər arasında qarşılıqlı məsləhətləşmələrvə danışıqlar vasitəsilə həll ediləcəkdir.

Maddə 11

Düzəlişlər

Tərəflərin qarşılıqlı razılığı əsasında bu Anlaşma Memorandumuna ayrıca Protokollarla düzəlişlər edilə bilər. Bu düzəlişlər bu Anlaşma Memorandumunun 12ci maddəsinin birinci bəndində nəzərdə tutulmuş qaydada qüvvəyə mindikdən sonra bu Anlaşma Memorandumunun ayrılmaz hissəsi olacaqdır.

Maddə 12

Qüvvəyə minmə və qüvvədən düşmə

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.

Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə digərTərəfə diplomatik kanallar vasitəsilə yazılı məlumat verməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti beşillik müddətlərə uzadılacaqdır.

Bu Anlaşma Memorandumu Afina şəhərində 16 fevral 2009cu il tarixində iki əsl nüsxədə,hər biri Azərbaycan, yunan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsirdə fikir ayrılığı olduğutəqdirdə, ingilis dilindəki mətnə istinad ediləcəkdir.

Azərbaycan Respublikası Yunanıstan Respublikası
Sənaye və Energetika Nazirliyi İnkişaf Nazirliyi
adından adından
(imza) (imza)

无可用数据。

WIPO Lex编号 AZ089