عن الملكية الفكرية التدريب في مجال الملكية الفكرية إذكاء الاحترام للملكية الفكرية التوعية بالملكية الفكرية الملكية الفكرية لفائدة… الملكية الفكرية و… الملكية الفكرية في… معلومات البراءات والتكنولوجيا معلومات العلامات التجارية معلومات التصاميم الصناعية معلومات المؤشرات الجغرافية معلومات الأصناف النباتية (الأوبوف) القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية مراجع الملكية الفكرية تقارير الملكية الفكرية حماية البراءات حماية العلامات التجارية حماية التصاميم الصناعية حماية المؤشرات الجغرافية حماية الأصناف النباتية (الأوبوف) تسوية المنازعات المتعلقة بالملكية الفكرية حلول الأعمال التجارية لمكاتب الملكية الفكرية دفع ثمن خدمات الملكية الفكرية هيئات صنع القرار والتفاوض التعاون التنموي دعم الابتكار الشراكات بين القطاعين العام والخاص أدوات وخدمات الذكاء الاصطناعي المنظمة العمل مع الويبو المساءلة البراءات العلامات التجارية التصاميم الصناعية المؤشرات الجغرافية حق المؤلف الأسرار التجارية أكاديمية الويبو الندوات وحلقات العمل إنفاذ الملكية الفكرية WIPO ALERT إذكاء الوعي اليوم العالمي للملكية الفكرية مجلة الويبو دراسات حالة وقصص ناجحة في مجال الملكية الفكرية أخبار الملكية الفكرية جوائز الويبو الأعمال الجامعات الشعوب الأصلية الأجهزة القضائية الموارد الوراثية والمعارف التقليدية وأشكال التعبير الثقافي التقليدي الاقتصاد المساواة بين الجنسين الصحة العالمية تغير المناخ سياسة المنافسة أهداف التنمية المستدامة التكنولوجيات الحدودية التطبيقات المحمولة الرياضة السياحة ركن البراءات تحليلات البراءات التصنيف الدولي للبراءات أَردي – البحث لأغراض الابتكار أَردي – البحث لأغراض الابتكار قاعدة البيانات العالمية للعلامات مرصد مدريد قاعدة بيانات المادة 6(ثالثاً) تصنيف نيس تصنيف فيينا قاعدة البيانات العالمية للتصاميم نشرة التصاميم الدولية قاعدة بيانات Hague Express تصنيف لوكارنو قاعدة بيانات Lisbon Express قاعدة البيانات العالمية للعلامات الخاصة بالمؤشرات الجغرافية قاعدة بيانات الأصناف النباتية (PLUTO) قاعدة بيانات الأجناس والأنواع (GENIE) المعاهدات التي تديرها الويبو ويبو لكس - القوانين والمعاهدات والأحكام القضائية المتعلقة بالملكية الفكرية معايير الويبو إحصاءات الملكية الفكرية ويبو بورل (المصطلحات) منشورات الويبو البيانات القطرية الخاصة بالملكية الفكرية مركز الويبو للمعارف الاتجاهات التكنولوجية للويبو مؤشر الابتكار العالمي التقرير العالمي للملكية الفكرية معاهدة التعاون بشأن البراءات – نظام البراءات الدولي ePCT بودابست – نظام الإيداع الدولي للكائنات الدقيقة مدريد – النظام الدولي للعلامات التجارية eMadrid الحماية بموجب المادة 6(ثالثاً) (الشعارات الشرفية، الأعلام، شعارات الدول) لاهاي – النظام الدولي للتصاميم eHague لشبونة – النظام الدولي لتسميات المنشأ والمؤشرات الجغرافية eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange الوساطة التحكيم قرارات الخبراء المنازعات المتعلقة بأسماء الحقول نظام النفاذ المركزي إلى نتائج البحث والفحص (CASE) خدمة النفاذ الرقمي (DAS) WIPO Pay الحساب الجاري لدى الويبو جمعيات الويبو اللجان الدائمة الجدول الزمني للاجتماعات WIPO Webcast وثائق الويبو الرسمية أجندة التنمية المساعدة التقنية مؤسسات التدريب في مجال الملكية الفكرية الدعم المتعلق بكوفيد-19 الاستراتيجيات الوطنية للملكية الفكرية المساعدة في مجالي السياسة والتشريع محور التعاون مراكز دعم التكنولوجيا والابتكار نقل التكنولوجيا برنامج مساعدة المخترعين WIPO GREEN WIPO's PAT-INFORMED اتحاد الكتب الميسّرة اتحاد الويبو للمبدعين WIPO Translate أداة تحويل الكلام إلى نص مساعد التصنيف الدول الأعضاء المراقبون المدير العام الأنشطة بحسب كل وحدة المكاتب الخارجية المناصب الشاغرة المشتريات النتائج والميزانية التقارير المالية الرقابة
Arabic English Spanish French Russian Chinese
القوانين المعاهدات الأحكام التصفح بحسب الاختصاص القضائي

قانون جمهورية أذربيجان حول الموافقة على الاتفاق المبرم بين حكومة جمهورية أذربيجان ومجلس وزراء أوكرانيا بشأن التعاون في مجال حماية الملكية الصناعية، أذربيجان

عودة للخلف
أحدث إصدار في ويبو لِكس
التفاصيل التفاصيل سنة الإصدار 2000 تواريخ الاعتماد : 12 ديسمبر 2000 نوع النص قوانين ذات صلة بالملكية الفكرية الموضوع البراءات، التصاميم الصناعية، العلامات التجارية، الملكية الصناعية ملاحظات يتضمن القانون نص الاتفاق.

المواد المتاحة

النصوص الرئيسية النصوص ذات الصلة
النصوص الرئيسية النصوص الرئيسية بالأذربيدجاني Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublİkasının Qanunu        

Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsindəəməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublİkasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsindəəməkdaşlıq haqqında 2000-ci il mayın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 12 dekabr 2000-ci il 45-IIQ.

Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra Tərəflər adlanan Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,

iki dövlət arasında tarixən yaranan dostluq münasibətlərini nəzərə alaraq,

ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığı inkişaf etdirmək istəyərək,

sənaye mülkiyyətinin səmərəli və adekvat mühafizəsinin bu cür əməkdaşlığın inkişafı üçün zəruri şərt olduğunu etiraf edərək,

sənaye mülkiyyəti müəlliflərinin və sahiblərinin hüquqlarının mühafizəsi üçün qarşılıqlı əlverişli şərait yaradılmasının zəruriliyini dərk edərək,

aşağıdakılar barədə razılığa gəldilər: Maddə 1

Bu sazişin məqsədləri üçün «sənaye mülkiyyəti» anlayışı 1883-cü ildə qəbul olunmuş, 1967ci il iyulun 14-də Stokholmda yenidən baxılmış və 1979-cu il oktyabrın 2-də dəyişdirilmiş sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 1-ci maddəsində göstərilən mənada başa düşülür.

Tərəflər bu Sazişə və iştirakçısı olduqları və ya olacaqları digər beynəlxalq müqavilələrə uyğun olaraq qarşılıqlı fayda və bərabərlik əsasında ixtiralara, sənaye nümunələrinə, əmtəə nişanlarına və sənaye mülkiyyətinin digər obyektlərinə aid hüquqların mühafizəsi və istifadəsi sahəsindəəməkdaşlığı həyata keçirir və inkişaf etdirirlər.

Maddə 2

Tərəflərin əməkdaşlığı aşağıdakı istiqamətlərə yönəldiləcəkdir:

sənaye mülkiyyəti obyektlərinin hüquqlarının mühafizəsi və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsinə;

sənaye mülkiyyətinin mühafizəsi sahəsində milli qanunvericiliyin hər iki Tərəfin dövlətinin iştirakçısı olduğu beynəlxalq müqavilələrin tələblərinə uyğun harmonizə edilməsinə;

Azərbaycan Respublikasının iddiaçılarının Ukraynada, Ukrayna iddiaçılarının Azərbaycan Respublikasında mühafizə sənədləri almaq üçün iddia sənədləri vermə prosedurunun qarşılıqlı surətdə sadələşdirilməsinə;

sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya, normativ və başqa sənədlər, həmçinin iş təcrübəsi üzrə mübadiləyə.

Maddə 3

Sənaye mülkiyyətinin mühafizəsi sahəsində bir dövlətin fiziki və hüquqi şəxsləri digər dövlətin ərazisində milli qanunvericiliyə uyğun olaraq həmin digər dövlətin fiziki və hüquqi şəxslərinə verilmiş hüquqlardan və üstünlüklərdən, hüquqi mühafizə vasitələrindən istifadə edəcəklər.

Maddə 4

Azərbaycan Respublikasının və ya Ukraynanın istənilən fiziki və ya hüquqi şəxsi ixtiranın və ya sənaye nümunəsinin istifadəsinə, qanuni olaraq ixtiyarlı şəxslər tərəfindən SSRİ-nin müəlliflik şəhadətnaməsi əsasında ixtira və ya sənaye nümunəsinə milli patent verilməsi barədə vəsatət qaldırılan tarixədək başlamışsa, ya da müəlliflik şəhadətnaməsi və ya SSRİnin şəhadətnaməsi verilmişsə, lisenziya müqaviləsi bağlamadan həmin ixtira və ya sənaye nümunəsindən istifadə hüququnu özündə saxlayır.

Bu halda, göstərilən ixtira və ya sənaye nümunəsinin istifadəsinə görə haqqın ödənilməsi, ərazisində göstərilən ixtira və ya sənaye nümunəsi istifadə edilən dövlətin qanunvericiliyi aktları iləəyyənləşdirilən qaydada həyata keçirilir.

Maddə 5

Tərəflər öz üzərlərinə iqtisadi, sənaye, elmi və texniki əməkdaşlıq haqqında ikitərəfli sazişlərə sənaye mülkiyyəti obyektlərinin mühafizəsinin təmin edilməsi barədə müddəalar daxil etməsinə dair öhdəlik götürürlər.

Maddə 6

Bir Tərəfin iddiaçılarına və patent müvəkkillərinə onun normativ-hüquqi aktları iləəyyən edilmiş qaydada qarşılıqlı prinsiplər əsasında mühafizə sənədlərinin alınması və onların qüvvədə saxlanması üzrə işləri bilavasitə digər Tərəfin səlahiyyətli orqanı ilə aparmaq hüququ verilir.

Maddə 7 Tərəflərin qüvvədə olan qanunvericiliyi ilə nəzərdə tutulan sənaye mülkiyyətinin mühafizəsi

ilə bağlı hərəkətlərə görə ödənişlər dövlətlərin qüvvədə olan normativ-hüquqi aktları ilə əyyən edilən qaydada və məbləğlərdə ödənilir. Maddə 8

Bu sazişin həyata keçirilməsi gedişində Tərəflərin bir-birinə göndərdiyi bütün sənədlər rus dilində təqdim edilir. Maddə 9

Bu Sazişdən irəli gələn, yaxud onun yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə fikir ayrılığı yarandığı halda, Tərəflərin nümayəndələri müvafiq məsləhətləşmələr aparacaq və bu cür fikir ayrılıqlarının tənzimlənməsi üçün lazımi səylər göstərəcəklər.

Maddə 10

Bu Saziş Tərəflərin sənaye mülkiyyətinin mühafizəsi sahəsində digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur. Maddə 11

Bu Sazişin həyata keçirilməsi üçün aşağıdakı səlahiyyətli orqanlar məsuldur:

Azərbaycan Respublikasında — Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi;

Ukraynada — Ukrayna Təhsil və Elm Nazirliyi.

Onların əməkdaşlıq qaydası və şərtləri göstərilən komitə və nazirlik arasında razılaşdırılmış Sazişin həyata keçirilmə Reqlamenti ilə təyin ediləcəkdir. Maddə 12

Bu Saziş, Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirmələri barədə sonuncu yazılı bildiriş alınan gündən qüvvəyə minir. Bu Saziş beş il müddətində qüvvədə olacaqdır və Tərəflərdən biri Sazişin fəaliyyətinə xitam vermək niyyəti barədə digər Tərəfə yazılı şəkildə bildiriş verməzsə, onun qüvvəsi avtomatik olaraq sonrakı beşillik müddətlərə uzadılacaqdır. Bu halda Sazişin qüvvəsinə Tərəflərdən birinin belə bildiriş aldığı gündən altı ay sonra xitam veriləcəkdir.

Bu Sazişin fəaliyyətinə xitam verilməsi onun fəaliyyətinə xitam verilənədək hər iki dövlətin fiziki və hüquqi şəxslərinə verilmiş və ya veriləcək mühafizə sənədlərinin qüvvəsinə toxunmur.

Bakı şəhərində 19 may 2000-ci il tarixdə hər biri Azərbaycan, Ukrayna və rus dillərində iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.

Mətnlərin təfsirində fikir ayrılığı yaranarsa, Tərəflər rus dilində olan mətnə müraciət edəcəklər.

Azərbaycan Respublikası Ukrayna Nazirlər
Hökuməti adından Kabineti adından
(imza) (imza)

لا توجد بيانات متاحة.

ويبو لِكس رقم AZ094