About Intellectual Property IP Training Respect for IP IP Outreach IP for… IP and... IP in... Patent & Technology Information Trademark Information Industrial Design Information Geographical Indication Information Plant Variety Information (UPOV) IP Laws, Treaties & Judgments IP Resources IP Reports Patent Protection Trademark Protection Industrial Design Protection Geographical Indication Protection Plant Variety Protection (UPOV) IP Dispute Resolution IP Office Business Solutions Paying for IP Services Negotiation & Decision-Making Development Cooperation Innovation Support Public-Private Partnerships AI Tools & Services The Organization Working with WIPO Accountability Patents Trademarks Industrial Designs Geographical Indications Copyright Trade Secrets WIPO Academy Workshops & Seminars IP Enforcement WIPO ALERT Raising Awareness World IP Day WIPO Magazine Case Studies & Success Stories IP News WIPO Awards Business Universities Indigenous Peoples Judiciaries Genetic Resources, Traditional Knowledge and Traditional Cultural Expressions Economics Finance Intangible Assets Gender Equality Global Health Climate Change Competition Policy Sustainable Development Goals Frontier Technologies Mobile Applications Sports Tourism PATENTSCOPE Patent Analytics International Patent Classification ARDI – Research for Innovation ASPI – Specialized Patent Information Global Brand Database Madrid Monitor Article 6ter Express Database Nice Classification Vienna Classification Global Design Database International Designs Bulletin Hague Express Database Locarno Classification Lisbon Express Database Global Brand Database for GIs PLUTO Plant Variety Database GENIE Database WIPO-Administered Treaties WIPO Lex - IP Laws, Treaties & Judgments WIPO Standards IP Statistics WIPO Pearl (Terminology) WIPO Publications Country IP Profiles WIPO Knowledge Center WIPO Technology Trends Global Innovation Index World Intellectual Property Report PCT – The International Patent System ePCT Budapest – The International Microorganism Deposit System Madrid – The International Trademark System eMadrid Article 6ter (armorial bearings, flags, state emblems) Hague – The International Design System eHague Lisbon – The International System of Appellations of Origin and Geographical Indications eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Mediation Arbitration Expert Determination Domain Name Disputes Centralized Access to Search and Examination (CASE) Digital Access Service (DAS) WIPO Pay Current Account at WIPO WIPO Assemblies Standing Committees Calendar of Meetings WIPO Webcast WIPO Official Documents Development Agenda Technical Assistance IP Training Institutions COVID-19 Support National IP Strategies Policy & Legislative Advice Cooperation Hub Technology and Innovation Support Centers (TISC) Technology Transfer Inventor Assistance Program WIPO GREEN WIPO's Pat-INFORMED Accessible Books Consortium WIPO for Creators WIPO Translate Speech-to-Text Classification Assistant Member States Observers Director General Activities by Unit External Offices Job Vacancies Procurement Results & Budget Financial Reporting Oversight
Arabic English Spanish French Russian Chinese
Laws Treaties Judgments Browse By Jurisdiction

Law of the Republic of Azerbaijan on Information, Informatization and Protection of Information (as amended up to December 30, 2010), Azerbaijan

Back
Latest Version in WIPO Lex
Details Details Year of Version 2010 Dates Entry into force: June 23, 1998 Adopted: April 3, 1998 Type of Text Other Texts Subject Matter Competition, Copyright and Related Rights (Neighboring Rights), Enforcement of IP and Related Laws Notes Article 15 of the Law states that copyright for information systems, technology and means for their support and copyright protection shall be governed by appropriate legislation of the Republic of Azerbaijan.

Available Materials

Main Text(s) Related Text(s)
Main text(s) Main text(s) Azerbaijani İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu        
 
Download PDF open_in_new
 İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

I f ə s i l

ÜMUMİMÜDDƏALAR

M a d d ə 1 . Qanunun təsir dairəsi

Bu Qanun informasiyanın yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması əsasında informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sistemləri, texnologiyaları, onların təminat vasitələrinin yaradılması və onlardan istifadə olunması, informasiyanın mühafizəsi ilə əlaqədar olaraq yaranan münasibətləri tənzimləyir və informasiya proseslərində iştirak edən subyektlərin hüquqlarınımüəyyən edir.

Bu Qanun “Kütləvi informasiya vasitələri haqqında” və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlərə şamil edilmir.

M a d d ə 2 . Əsas anlayışlar

Qanunda aşağıdakı anlayışlar işlədilmişdir: informasiya ‐ yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq

istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar;

sənədləşdirilmiş informasiya (sənəd) ‐ maddi daşıyıcıda mətn, səs və ya təsvir formasında qeydə alınan və identikləşdirməyə imkan verən istənilən rekvizitli informasiya mənbəyindən, saxlanma yerindən, rəsmi statusundan, mülkiyyət növündən, mənsub olduğu təşkilat tərəfindən yaradılıb‐yaradılmadığından asılı olmayaraq sənədləşdirilmiş informasiya;1

açıq informasiya — əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan və ümumi istifadə üçün təyin olunmuş sənədləşdirilmiş informasiya;2

konfidensial informasiya ‐ vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan məlumatlar, habelə peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq vəməhkəmə sirləri , habelə fərdi məlumatlar;3

informasiya prosesləri — informasiyanın yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı, yayılması;

informasiya texnologiyaları — informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemi;

informasiya sistemi — informasiya texnologiyaları və sənədlərinin təşkilati və texniki qaydada, o cümlədən hesablama texnikasındən istifadə edilməklə, nizamlanmışməcmusu;

informasiya ehtiyatları— informasiya sistemlərində (kitabxanalarda, arxivlərdə, fondlarda, məlumat banklarında və s.) olan sənədlər və sənəd massivləri, habelə ayrıca mövcud olan sənədlər və onların massivləri;

informasiya sistemləri və texnologiyalarının təminat vasitələri — informasiya sistemlərinin və texnologiyalarının yaradılması zamanı hazırlanan və onların istismarını təmin edən proqram, texniki, linqvistik, hüquqi, təşkilati vasitələr;

informasiya sistemləri, texnologiyaları, ehtiyatları və onların təminat vasitələrinin mülkiyyətçisi — göstərilən obyektlər üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən subyekt;

informasiya sistemləri texnologiyaları, ehtiyatları və onların təminat vasitələrinin sahibkarı — göstərilən obyektlər üzərində qanunla müəyyən olunmuş qaydada sahiblik və istifadə hüququnu həyata keçirən subyekt;

informasiyanın istifadəçisi — özü üçün zəruri informasiyanın alınması məqsədilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik subyekt; informasiya məhsulları— istifadəçilərin tələblərinə əsasən yaradılmış və onların tələbatlarının ödənilməsi üçün təyin olunmuş və ya tətbiq edilən sənədləşdirilmiş informasiya, informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələri;

informasiya xidmətləri — istifadəçilərin informasiya məhsulları ilə təmin edilməsi üzrə subyektlərin (mülkiyyətçilər, sahibkarlar və ya vasitəçilərin) fəaliyyəti;

informasiyalaşdırma — informasiya ehtiyatlarının formalaşdırılması, təqdim edilməsi, istifadə olunması əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati‐hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsinin optimal şəraitinin yaradılması üçün təşkilati, sosial‐iqtisadi və elmi‐texniki proses.

M a d d ə 3 . İnformasiyalaşdırma sahəsində dövlət siyasəti

İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:

milli informasiya fəzasının formalaşdırılması; informasiyalaşdırma üzrə fəaliyyətin başlıca istiqamətlərinin təyini və meydana çıxan

münasibətlərin tənzimlənməsi; informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində

mülkiyyətin bütün formalarının inkişafına, informasiya məhsulları və xidmətləri bazarının formalaşmasına yardım edilməsi;

dövlət informasiya ehtiyatlarının formalaşdırılması və mühafizəsi üçün zəruri olan şəraitin yaradılması; ərazi informasiya şəbəkələrinin yaradılması, onların beynəlxalq informasiya şəbəkələri ilə

uzlaşması, qarşılıqlı əlaqəsinin təmin edilməsi üçün lazımi təşkilati, hüquqi, texniki siyasətin təyin edilməsi;

dövlət informasiya ehtiyatları əsasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati‐hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların müvafiq informasiya ilə təmin olunması üçün şərait yaradılması;

informasiya fəzasında milli təhlükəsizliyin təmin edilməsi; informasiya məhsulları və xidmətləri bazarında informasiya münasibətlərinin subyektləri, o

cümlədən xarici subyektlər tərəfindən inhisar fəaliyyəti və haqsız rəqabətin qarşısının alınması və yol verilməməsi;

informasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati‐hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların hüquqlarının təmin olunması;

informasiyalaşdırma mühitində elmi‐texniki və istehsal siyasətinin formalaşdırılması və həyata keçirilməsi;

informasiyalaşdırma layihələri və proqramlarının dəstəklənməsi, onların işlənməsi və həyata keçirilməsi üçün investisiyaların cəlb olunması sisteminin və stimullaşdırma mexanizminin yaradılması;

informasiya prosesləri, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi.

I I f ə s i l

İNFORMASİYA EHTİYATLARI

M a d d ə 4 . İnformasiya ehtiyatlarının hüquqi rejimi

İnformasiya ehtiyatları fiziki, hüquqi şəxslərin və dövlətin münasibət obyektləridir. Onlar Azərbaycan Respublikasının informasiya ehtiyatları hesab olunur və digər ehtiyatlar kimi qanunla qorunur. İnformasiya ehtiyatlarının hüquqi rejimi aşağıdakı normalarla müəyyən edilir: informasiyanın sənədləşdirilməsi qaydaları; sənəd və sənəd massivləri üzərindəmülkiyyət hüququ; işləməyə buraxılmaq növünə görə informasiyanın kateqoriyaları; informasiyanın mühafizə olunmasının hüquqi qaydaları.

M a d d ə 5 . İnformasiyanın sənədləşdirilməsi

İnformasiyanın sənədləşdirilməsi onun informasiya ehtiyatlarına daxil edilməsinin mütləq şərtidir. İnformasiyanın sənədləşdirilməsi Azərbaycan Respublikasının təhlükəsizliyi, kargüzarlıq, sənəd və sənəd massivlərinin standartlaşdırılması məsələlərinin təşkilinə cavabdeh olan müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir.

Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq surətdə informasiya sistemlərindən, o cümlədən avtomatlaşdırılmış sistemlərdən alınmış sənəd vəzifəli şəxs tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyəmalik olur. İnformasiya və telekommunikasiya sistemlərində dövr edən sənəd elektron imzası vasitəsilə

də təsdiq edilə bilər. (Çıxarılıb) 4

M a d d ə 6 . İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərindəmülkiyyət hüququ

İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində mülkiyyətin Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş bütün formalarına yol verilir.

Fiziki və hüquqi şəxslər onların vəsaitləri hesabına yaradılmış, qanuni yolla əldə edilmiş, yaxud bağışlama, vərəsəlik qaydasında toplanmış informasiya ehtiyatlarının, informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin mülkiyyətçisidirlər.

Azərbaycan Respublikasının büdcə vəsaitləri və dövlət idarə, müəssisə və təşkilatlarının vəsaitləri hesabına yaradılan, əldə edilən, toplanan informasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri dövlət mülkiyyətidir. İnformasiya ehtiyatları, sistemləri, texnologiyaları və onların təminat vasitələri üzərində

mülkiyyət hüququnun həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilir.

Sənədləşdirilmiş informasiyanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada icra hakimiyyəti orqanlarına müvafiq təşkilatlara təqdim edən subyektlər bu sənədlərə mülkiyyət və onlardakı informasiyadan istifadə etmək hüquqlarını itirmirlər. Bu sənədlərə dövlət və onları təqdim etmiş subyektlər birgə sahibkarlıq hüququna malikdirlər. İnformasiya məhsulu və xidmətinin qiymətləri Azərbaycan Respublikasının

qanunvericiliyinə müvafiq olaraq icra hakimiyyəti orqanları tərəfindən və ya bağlanmış müqavilələrləmüəyyən edilir. İnformasiya proseslərində iştirak edən, informasiya məhsulu və xidmətlərini azad realizə

edən bütün fiziki və hüquqi şəxslər ümumi informasiya bazarının iştirakçıları sayılırlar.

İnformasiya istifadəçiləri, informasiya məhsul və xidmətlərinin mülkiyyətçiləri, sahibkarları vasitəçilərini, informasiya növünü və işlənmə üsulunu, informasiya məhsulları və xidmətlərinin nomenklaturasını, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, azad seçmək hüququna malikdirlər. İnformasiyanın işlənmə vasitələri üzərində mülkiyyət hüququ informasiya ehtiyatları

üzərindəmülkiyyət hüququ yaratmır. İşlənmə vasitələrinin birgə istifadə olunması halında ilkin sənədlər sahibkara məxsus olur,

törəmə məhsulun məxsusluğu isə müqavilə ilə müəyyən olunur. İnformasiya ehtiyatlarının mülkiyyətçisi onun yaratdığı informasiyanın keyfiyyətinə görəməsuliyyət daşıyır.

Dövlət sirri təşkil edən informasiya ehtiyatları ilə işləmə qaydaları və mülkiyyət münasibətləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına əsasən tənzimlənir.

M a d d ə 7 . Dövlət informasiya ehtiyatları

Dövlət informasiya ehtiyatlarının formalaşdırılmasında dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati‐hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşlar iştirak edə bilərlər.

Dövlət hakimiyyəti orqanları onların sərəncamında dövlət informasiya ehiyatlarını formalaşdırır və səlahiyyətləri daxilində onlardan istifadəni təmin edirlər.

Dövlət hakimiyyət orqanları və təşkilatlarının dövlət informasiya ehtiyatlarının formalaşdırılması sahəsindəki fəaliyyəti dövlət büdcəsindən, xüsusi vəsaitlərdən və digər fondlardan maliyyələşdirilir.

Dövlət informasiya ehtiyatlarının formalaşdırılması və xidmətlərin göstərilməsi sahəsində ixtisaslaşan təşkilatların fəaliyyəti xüsusi razılıq əsasında həyata keçirilir. 5

M a d d ə 8 . Dövlət informasiya ehtiyatlarının formalaşdırılması üçün sənədləşdirilmiş informasiyanın təqdim olunması

İnformasiya ehtiyatlarının formalaşdırılması və işlənməsinə cavabdeh olan orqan və təşkilatların siyahısı, eləcə də dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati‐hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşlar tərəfindən sənədləşdirilmiş informasiyanın təqdim olunma qaydasını müvafiq icra hakimiyyəti orqanımüəyyən edir.

Dövlət sirri təşkil edən konfidensial informasiyanın formalaşdırılma və işlənmə qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilir.

M a d d ə 9 . Milli informasiya ehtiyatları

Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati‐hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar vətəndaşların informasiya ehtiyatları və ya onların müəyyən hissələri Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən milli informasiya ehtiyatları elan edilə bilər vəmilli sərvət kimi mühafizə edilməlidir.

M a d d ə 10. İnformasiyanın təsnifatı

Əldə olunma növünə görə informasiya ümumi istifadə üçün açıq və alınması məhdudlaşdırılan informasiyalara bölünür. Azərbaycan Respublikasının qanunu ilə əldə olunmasıməhdudlaşdırılmayan informasiyalar açıq informasiyalar sayılır.

Əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyalar hüquqi rejiminə görə məxfi və gizli (konfidensial) olur. Dövlət sirri məxfi, vətəndaşların, mülkiyyət növündən asılı olmayaraq yaradılmış idarə, müəssisə və təşkilatların, digər hüquqi şəxslərin qanuni maraqlarının

qorunması məqsədilə əldə olunmasına məhdudiyyət qoyulan peşə (həkim, vəkil, notariat), kommersiya, istintaq və məhkəmə sirləri , habelə fərdi məlumatlar konfidensial xarakter daşıyır. Fərdi məlumatlar daxilolma (əldə olunma) növünə görə konfidensial və açıq kateqoriyalara bölünür.6

Məlumatların dövlət sirrinə aid edilməsi, istifadəsi qaydaları və mühafizəsi ʺDövlət sirri haqqındaʺ Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Konfidensial informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə və yayılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyindəmüəyyən edilmiş hallarda yol verilə bilər.7

I I I f ə s i l

İNFORMASİYA EHTİYATLARININ İSTİFADƏ OLUNMASI

M a d d ə 1 1 . İnformasiya ehtiyatları ilə işləməyə buraxılma hüququ

Alınması məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla informasiya ehtiyatları ilə işləməyə buraxılmaqda istifadəçilər bərabar hüquqlara malikdirlər və məlumatlardan istifadə edilməsinin zəruriliyini informasiya ehtiyatlarının mülkiyyətçisi və ya sahibkarı qarşısında əsaslandırmağa məcbur deyillər.8 İstifadəçilər tərəfindən qanuni əsaslarla informasiya ehtiyatlarından əldə olunmuş

informasiyadan kommersiya məqsədləri üçün törəmə informasiya məhsulunun yaradılmasına yalnız alınma mənbəyinə istinad edilməklə istifadə olunmasına icazə verilir. Bu halda istifadəçiyə məxsus olan mənfəət dövlət informasiya ehtiyatlarından alınmış informasiyadan deyil, törəmə informasiya məhsulunun yaradılması nəticəsində olur.9 İstifadəçilərə informasiya ilə işləməyə buraxılmanın qaydası, bu Qanunun tələblərinə əməl

edilməklə müvafiq icra hakimiyyəti orqanı və ya mülkiyyətçi tərəfindən müəyyən edilir. Bu qaydalar və göstərilən xidmətlər haqqında məlumatların verilməsi üçün haqq alınmır. İnformasiya ehtiyatlarından istifadə edənlərə haqqı ödənilmədən və ya xidmətlərə çəkilən

xərcləri qismən ödəməklə təqdim olunan informasiya xidmətlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göstərilmiş xidmətlərə çəkilmiş xərclərdəki fərqin kompensasiyası dövlət büdcəsindən, xüsusi vəsaitlərdən və digər mənbələrdən ödənilir.

M a d d ə 1 2 . Fiziki və hüquqi şəxslərin özləri barəsində informasiyaya buraxılmaq hüququ

Fiziki və hüquqi şəxslər barəsində sənədləşdirilmiş informasiyanın siyahısı və onların informasiya sistemlərində istifadə edilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi iləmüəyyən edilir.

Fiziki və hüquqi şəxslər özləri barəsindəki sənədləşdirilmiş informasiyaya, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar istina edilməklə, maneəsiz olaraq buraxılmaq, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansıməqsədilə istifadə etdiyini bilmək hüququ vardır.

M a d d ə 1 3 . İnformasiya ehtiyatlarımülkiyyətçisi və ya sahibkarının məsuliyyəti

İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulmasına, istifadəçilərin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına görə mülkiyyətçi və ya sahibkar, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.

I V f ə s i l

İNFORMASİYALAŞDIRMA, İNFORMASİYA SİSTEMLƏRİ, TEXNOLOGİYALARI VƏ ONLARIN TƏMİNAT VASİTƏLƏRİ

M a d d ə 1 4 . İnformasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalı

Dövlət hakimiyyəti və yerli özünüidarə orqanları, təşkilati‐hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, vətəndaşların informasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin yaradılması və istehsalında bərabər hüquqları vardır.

Dövlət informasiya sistemlərinin, texnologiyalarının və onların təminat vasitələrinin yaradılması və istehsalı sahəsində elmi və təcrübi‐layihə işlərinin aparılmasına şərait yaradır. İnformasiyalaşdırmanın aparıcı istiqamətlərinin müəyyən edilməsi, onun inkişafı üçün

müvafiq tədbirlərin görülməsi, dövlət informasiya sistemlərinin yaradılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir və görülən işlər dövlət büdcəsi, xüsusi vəsaitlər və digər mənbələrdən maliyyələşdirilir.

M a d d ə 1 5 . İnformasiya sistemləri, texnologiyaları və onları təminat vasitələrinə müəlliflik hüququ

İnformasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinə müəlliflik hüququ və onun müdafiəsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.

M a d d ə 1 6 . İnformasiya sistemləri, texnologiyaları və onların təminat vasitələrinin sertifikasiyası, yaradılması və istifadəsi sahəsində xüsusi qaydalar

Vətəndaşların və təşkilatların informasiya təminatı üçün nəzərdə tutulan informasiya sistemləri, verilənlər bazası və verilənlər bankı, konfidensial informasiyanın işlənməsini həyata keçirən dövlət orqanları, idarə, müəssisə və təşkilatların informasiya sistemləri, habelə bu sistemlərin mühafizə vasitələri müəyyənləşdirilmiş qaydada sertifikasiyalaşdırılmalıdır. İnformasiya mühafizə vasitələrinin layihələşdirilməsi və istehsalı sahəsində fəaliyyət xüsusi

razılıq əsasında həyata keçirilir.

V f ə s i l

İNFORMASİYANINMÜHAFİZƏSİ

M a d d ə 1 7 . İnformasiya ehtiyatları və prosesləri sahəsindəmühafizənin məqsədləri

İnformasiyanın mühafizəsinin məqsədləri aşağıdakılardan ibarətdir: informasiyanın məhvinin, itməsinin, saxtalaşdırılmasının qarşısının alınması; dövlətin, ictimaiyyətin, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi; informasiyanın məhvi, modifikasiyası, surətinin çıxarılması, təcrid edilməsi ilə bağlı

sanksiyalaşdırılmamış hərəkətlərin qarşısının alınması; dövlət sirri təşkil edən və konfidensial informasiyanın qorunması;10 informasiya proseslərində və informasiya sistemlərinin, texnologiyalarının və onların

təminat vasitələrinin işlənməsi, istehsalı, tətbiqi zamanı fiziki və hüquqi şəxslərin hüquqlarının təmin olunması.

M a d d ə 1 8 . İnformasiyanın mühafizəsinin təşkili

Barəsində qanunsuz əməliyyatlar və davranış nəticəsində mülkiyyətçiyə, sahibkara, istifadəçiyə və ya başqa şəxslərə ziyan vurula bilən hər hansı sənədləşdirilmiş informasiya mühafizə olunmalıdır.

İnformasiyanın mühafizə rejimi onun hüquqi rejimindən asılı olaraq ʺDövlət sirri haqqındaʺ Azərbaycan Respublikasının Qanunu ilə, bu Qanunla, ʺİnformasiya əldə etmək haqqındaʺ Azərbaycan Respublikasının Qanunu ilə, digər normativ hüquqi aktlarla, habelə mülkiyyətçi tərəfindən müəyyən edilir.11 İnformasiya ehtiyatlarının mülkiyyətçisi və ya Azərbaycan Respublikasının

qanunvericiliyinə müvafiq olaraq informasiya mühafizəsi üçün məsul struktur bölmələr informasiya mühafizəsi tələblərinə əməl edilməsinə nəzarət etmək, bu tələblər pozulduqda isə informasiya ilə işləməyi qadağan etmək və ya dayandırmaq hüququna malikdirlər.

Sənədləşdirilmiş informasiyanın mülkiyyətçisi və ya sahibkarı informasiya sistemlərindəki ona məxsus informasiyanın mühafizəsinin norma və tələblərinə riayət olunmasını müəyyənləşdirmək üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu orqanlar informasiyanın özünün və yoxlamanın nəticələrinin məxfiliyi şərtlərinə əməl etməlidirlər.

M a d d ə 1 9 . İnformasiyanın mühafizəsi sahəsində subyektlərin hüquq və vəzifələri

Sənədlərin, sənəd massivlərinin, informasiya sistemlərinin mülkiyyətçisi və ya müvafiq icra hakimiyyəti orqanları informasiyanın istifadəçiyə təqdim edilməsinin qaydalarını bu Qanuna və ʺİnformasiya əldə etmək haqqındaʺ Azərbaycan Respublikasının Qanuna uyğun olaraq müəyyən edir və istifadəçilərin sənədlərlə işləməyə buraxılmasını təmin edirlər.12

Sertifikatlaşdırılmamış informasiya sistem və vasitələrdən istifadə olunması və xidmətlərin göstərilməsi ilə bağlı məsuliyyəti bu sistem və vasitələrin mülkiyyətçisi və ya sahibkarı, belə sistemlərdən əldə olunan informasiyadan istifadə üçün isəməsuliyyəti istifadəçi daşıyır.

M a d d ə 2 0 . İnformasiyalaşdırma mühitində subyektlərin hüquqlarının müdafiəsi

İnformasiyanın istifadəçisi informasiya mülkiyyətçisi və ya sahibkarının hüquqlarına riayət edilməməsinə görəməsuliyyət daşıyır. İnformasiya məhsulları və xidmətlərinin mülkiyyətçiləri ilə istifadəçilər arasında

münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydalarla, müqavilələrlə rəsmiləşdirilir. Onlar arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyindəmüəyyən olunmuş qaydada məhkəmə vasitəsilə həll edilir. İnformasiyanı korlamaqla və ya dəyişdirməklə onun sahibinə ziyan vuran fiziki və hüquqi

şəxslər hərəkətlərinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. İnformasiya ehtiyatlarının formalaşdırılması, istifadə olunması, işlənməsi, informasiya

sistemləri, texnologiyaları və onların təminat vasitələrinin istehsalı və tətbiqi sahəsində fiziki və hüquqi şəxslərin hüquqlarının müdafiəsi qanun pozuntularının qarşısının alınması, pozulmuş hüquqların bərpa edilməsi, dəymiş ziyanın ödənilməsi məqsədini daşıyır. Bu hüquqların müdafiəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq orqanlar tərəfindən həyata keçirilir. İstifadəçinin açıq informasiya ilə işləməsinə məhdudiyyətlər qoyulması və ya

buraxılmaması, bilərəkdən yanlış informasiya verilməsi və Azərbaycan Respublikasının qanunvericiliyi və ya bağlanmış müqavilələrin şərtləri yerinə yetirilmədiyi hallarda istifadəçi məlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə şikayət etmək, habelə məhkəməyə şikayət vermək, o cümlədən bu hərəkətlər nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.13

Vətəndaşların informasiya ilə işləmək hüququnun əsassız olaraq məhdudlaşdırılmasında təqsirli olan vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

V I f ə s i l

İNFORMASİYA SAHƏSİNDƏ BEYNƏLXALQMÜNASİBƏTLƏR

M a d d ə 2 1 . İnformasiya sahəsində beynəlxalq fəaliyyət

İnformasiya sahəsində dövlətlərarası əməkdaşlıq Azərbaycan Respublikasının imzaladığı müqavilələrə uyğun olaraq həyata keçirilir.

Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində bu Qanunda nəzərə alınmış qaydalardan fərqlər müəyyən olunduqda beynəlxalq müqavilələrin müddəaları tətbiq olunur.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 3 aprel 1998‐ci il

№ 460‐IQ

İSTİFADƏOLUNMUŞMƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 15 aprel 2005‐ci il tarixli 890‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005‐ci il,№ 6, maddə 466)

2. 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il,№ 12, maddə 1005)

3. 9 oktyabr 2007‐ci il tarixli 429‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il,№ 10, maddə 938)

4. 30 dekabr 2010‐cu il tarixli 41‐IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011‐ci il,№ 051, “Azərbaycan” qəzeti, 06 mart 2010‐cu il,№ 52)

QANUNA EDİLMİŞDƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

1 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 2‐ci maddənin ikinci və üçüncü abzasları yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi: informasiya — təqdimat formasından asılı olmayaraq şəxslər, əşya, fakt, hadisə və proseslər

haqqında məlumatlar; sənədləşdirilmiş informasiya (sənəd) — maddi daşıyıcıda qeyd olunmuş və identikləşdirilməsinə

imkan verən rekvizitlərəmalik informasiya;

2 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 2‐ci maddənin dördüncü abzasında ʺkütləviʺ sözü ʺaçıqʺ sözü ilə əvəz edilmişdir.

3 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il,№ 12, maddə 1005) ilə 2‐ci maddənin beşinci abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi: konfidensial informasiya — əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan

Respublikasının qanunvericiliyinəmüvafiq olaraq məhdudlaşdırılan sənədləşdirilmiş informasiya;

30 dekabr 2010‐cu il tarixli 41‐IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011‐ci il,№ 051, “Azərbaycan” qəzeti, 06 mart 2010‐cu il,№ 52) ilə 2‐ci maddənin beşinci

abzasında “məhdudiyyət qoyulan” sözlərindən sonra “məlumatlar, habelə” sözləri əlavə edilmişdir, “, habelə fərdi məlumatlar” sözləri çıxarılmışdır.

4 15 aprel 2005‐ci il tarixli 890‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005‐ci il, № 6, maddə 466) ilə 5‐ci maddənin dördüncü hissəsi çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Elektron imzası avtomatlaşdırılmış informasiya sistemində onun identikləşdirilməsi və istifadə olunma qaydasının gözlənilməsini təmin edən proqram texniki vasitələr olduqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir və hüquqi qüvvəyəmalik olur.

5 9 oktyabr 2007‐ci il tarixli 429‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007‐ci il, № 10, maddə 938) ilə 7‐ci maddəsinin dördüncü hissəsi çıxarılmışdır.

6 30 dekabr 2010‐cu il tarixli 41‐IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 mart 2011‐ci il,№ 051, “Azərbaycan” qəzeti, 06 mart 2010‐cu il,№ 52) ilə 10‐cu maddənin ikinci hissəsində ikinci cümlədən “, habelə fərdi məlumatlar” sözləri çıxarılmışdır və ikinci hissəyə üçüncü cümlə əlavə edilmişdir.

7 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 10‐cu maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi: M a d d ə 1 0 . Daxilolma növünə görə informasiya ehtiyatları Daxilolma növünə görə informasiya ehtiyatları açıq və məhdudlaşdırılmış ola bilər. Azərbaycan

Respublikasının qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə daxilolma növünə görə məhdudlaşdırılmış sənədləşdirilmiş informasiya istisna olmaqla dövlət informasiya ehtiyatları istifadə üçün açıqdır.

Məhdudlaşdırılmış daxilolma növlü informasiya ehtiyatları hüquqi rejiminə görə dövlət sirli və konfidensial ola bilər.

Məlumatların dövlət sirrinə aid edilməsi, istifadəsi qaydaları və mühafizəsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu iləmüəyyən edilir.

Dövlət sirrinə aid edilməyən, lakin vətəndaşların, idarə, müəssisə və təşkilatların qanuni marağının qorunması məqsədilə məxfiliyi təmin edilməli olan informasiya konfidensial xarakter daşıyır. Konfidensial informasiyanın toplanmasına, işlənməsinə, istifadəsinə və yayılmasına yalnız Azərbaycan Respublikasının qanunvericiliyindəmüəyyən edilmiş hallarda yol verilə bilər.

8 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 11‐ci maddənin birinci hissəsində ʺAzərbaycan Respublikasının qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanlarının qərarları ilə müraciət növünə görəʺ sözləri ʺAlınmasıʺ sözü ilə əvəz edilmişdir və ʺdövlətʺ sözü çıxarılmışdır.

9 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 11‐ci maddənin ikinci hissəsindən ʺdövlətʺ sözü çıxarılmışdır.

10 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 17‐ci maddənin beşinci abzasından ʺməxfiliyininʺ sözü çıxarılmışdır.

11 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il,№ 12, maddə 1005) ilə 18‐ci maddənin ikinci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi: İnformasiyanın mühafizə rejimi, onun məxfilik dərəcəsi və daxilolma növündən asılı olaraq

“Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, bu Qanunla, digər normativ‐hüquqi aktlarla, habeləmülkiyyətçi tərəfindən müəyyən edilir.

12 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 19‐cu maddənin birinci hissəsində ʺbu Qanunaʺ sözlərindən sonra ʺvə ʺİnformasiya əldə etmək haqqındaʺ Azərbaycan Respublikasının Qanunaʺ sözləri əlavə edilmişdir.

13 20 oktyabr 2006‐cı il tarixli 167‐IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006‐cı il, № 12, maddə 1005) ilə 20‐ci maddənin beşinci hissəsində ʺməhkəməyə şikayət etmək vəʺ sözləri ʺməlumat sahibinin yuxarı orqanına və İnformasiya Məsələləri üzrə müvəkkilə şikayət etmək, habelə məhkəməyə şikayət vermək, o cümlədənʺ sözləri ilə əvəz edilmişdir.


Legislation Supersedes (1 text(s)) Supersedes (1 text(s))
No data available.

WIPO Lex No. AZ018