About Intellectual Property IP Training Respect for IP IP Outreach IP for… IP and... IP in... Patent & Technology Information Trademark Information Industrial Design Information Geographical Indication Information Plant Variety Information (UPOV) IP Laws, Treaties & Judgments IP Resources IP Reports Patent Protection Trademark Protection Industrial Design Protection Geographical Indication Protection Plant Variety Protection (UPOV) IP Dispute Resolution IP Office Business Solutions Paying for IP Services Negotiation & Decision-Making Development Cooperation Innovation Support Public-Private Partnerships AI Tools & Services The Organization Working with WIPO Accountability Patents Trademarks Industrial Designs Geographical Indications Copyright Trade Secrets WIPO Academy Workshops & Seminars IP Enforcement WIPO ALERT Raising Awareness World IP Day WIPO Magazine Case Studies & Success Stories IP News WIPO Awards Business Universities Indigenous Peoples Judiciaries Genetic Resources, Traditional Knowledge and Traditional Cultural Expressions Economics Finance Intangible Assets Gender Equality Global Health Climate Change Competition Policy Sustainable Development Goals Frontier Technologies Mobile Applications Sports Tourism PATENTSCOPE Patent Analytics International Patent Classification ARDI – Research for Innovation ASPI – Specialized Patent Information Global Brand Database Madrid Monitor Article 6ter Express Database Nice Classification Vienna Classification Global Design Database International Designs Bulletin Hague Express Database Locarno Classification Lisbon Express Database Global Brand Database for GIs PLUTO Plant Variety Database GENIE Database WIPO-Administered Treaties WIPO Lex - IP Laws, Treaties & Judgments WIPO Standards IP Statistics WIPO Pearl (Terminology) WIPO Publications Country IP Profiles WIPO Knowledge Center WIPO Technology Trends Global Innovation Index World Intellectual Property Report PCT – The International Patent System ePCT Budapest – The International Microorganism Deposit System Madrid – The International Trademark System eMadrid Article 6ter (armorial bearings, flags, state emblems) Hague – The International Design System eHague Lisbon – The International System of Appellations of Origin and Geographical Indications eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Mediation Arbitration Expert Determination Domain Name Disputes Centralized Access to Search and Examination (CASE) Digital Access Service (DAS) WIPO Pay Current Account at WIPO WIPO Assemblies Standing Committees Calendar of Meetings WIPO Webcast WIPO Official Documents Development Agenda Technical Assistance IP Training Institutions COVID-19 Support National IP Strategies Policy & Legislative Advice Cooperation Hub Technology and Innovation Support Centers (TISC) Technology Transfer Inventor Assistance Program WIPO GREEN WIPO's Pat-INFORMED Accessible Books Consortium WIPO for Creators WIPO Translate Speech-to-Text Classification Assistant Member States Observers Director General Activities by Unit External Offices Job Vacancies Procurement Results & Budget Financial Reporting Oversight
Arabic English Spanish French Russian Chinese
Laws Treaties Judgments Browse By Jurisdiction

Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan on the approval of the Rules of registration of mortgage agreements, Azerbaijan

Back
Latest Version in WIPO Lex
Details Details Year of Version 2009 Dates Entry into force: September 18, 2009 Issued: September 18, 2009 Type of Text Implementing Rules/Regulations Subject Matter Trademarks, Geographical Indications

Available Materials

Main Text(s) Related Text(s)
Main text(s) Main text(s) Azerbaijani Girov müqaviləsinin qeydiyyatı Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı        
 
Download PDF open_in_new

“Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİNQƏRARI

ʺƏmtəə nişanları və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 2009cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.5ci bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1.  ʺGirov müqaviləsinin qeydiyyatı Qaydalarıʺ təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasi-zadə

Bakı şəhəri, 18 sentyabr 2009cu il

№ 146

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmişdir

Girov müqaviləsinin qeydiyyatı

Q A Y D A L A R I
1. Ümumi müddəalar

1.1. Bu Qaydalar ʺƏmtəə nişanları və coğrafi göstəricilər haqqındaʺ Azərbaycan Respublikasının Qanununa dəyişikliklərvə əlavələr edilməsi barədəʺ Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqındaʺ Azərbaycan Respublikası Prezidentinin 2009cu il 14 may tarixli 93 nömrəli Fərmanının 1.5ci bəndinə əsasən hazırlanmışdır və qeydiyyata alınmış əmtəə nişanları üzrə hüquqların müqavilə əsasında başqa şəxsə girov kimi verilməsinə dair müqavilələrin qeydiyyata alınması qaydalarını əyyən edir.

1.2. Girov müqaviləsi notariat qaydasında təsdiq edilməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır.

1.3. Girov müqaviləsi dövlət rüsumu ödənilmək şərtilə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (bundan sonra ‐Komitə) qeydiyyata alınır.

1.4. Girov müqaviləsi yazılı formada bağlanılır.

1.5. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (qeydiyyatda olduqları ünvan), girovun predmeti, girovla təmin olunan öhdəliyin mahiyyəti və icra müddəti göstərilməlidir.

Girov müqaviləsi əmtəə nişanının qüvvədə olduğu müddətdə qeydiyyata alınır.

1.6. Girov hüququ müqavilənin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir.

1.7. Girovqoyan əmtəə nişanına görə müstəsna hüquqa malik olan şəxs (əmtəə nişanının sahibi) ola bilər.

1.8. Girovsaxlayan müqavilədə göstərilmiş əsaslar üzrə girov hüququna malik olan şəxsdir.

1.9. Girov müqaviləsində digər qaydalar nəzərdə tutulmadığı halda, girovqoyan girovun predmetindən(əmtəə nişanına görə müstəsna hüquqdan) onun təyinatına uyğun istifadə edə, o cümlədən ondan faydalana və gəlir götürə bilər.

1.10. Girov müqaviləsində digər qaydalar nəzərdə tutulmadığı halda, girovqoyan yalnız girovsaxlayanın razılığı ilə girov predmetinə dair hüququ və ya istifadə hüququnu müqavilə əsasında başqa şəxsə verə bilər.

1.11. Girovsaxlayan ona verilmiş girov predmetindən yalnız müqavilədə nəzərdə tutulan hallarda istifadə edə bilər. Girovqoyanın tələbi ilə o, istifadə haqqında hesabat verməlidir. Müqaviləyə əsasən girovsaxlayanın üzərinə girovqoyanın mənafeləri üçün girov predmetindəngəlir götürməkvəzifəsi qoyula bilər.

1.12. Girov qoyulmuş əmtəə nişanına dair müstəsna hüquq girovqoyandan başqa şəxsə verildikdə (əmtəə nişanının sahibi dəyişərsə)və ya universal hüquq varisliyi qaydasında keçdikdə, girov hüququ qüvvədə qalır.

1.13. Girovsaxlayan kreditorun hüquqlarının tələbin güzəşti yolu ilə verilməsi qaydalarını gözləməklə, girov müqaviləsi üzrə öz hüquqlarını başqa şəxsə verə bilər.

1.14. Qeydiyyata alınmış girov müqaviləsində tərəflərin razılığı ilə dəyişikliklər edilə bilər.

1.15. Girov müqaviləsi yalnız Azərbaycan Respublikasında qüvvədə olan əmtəə nişanlarına dair bağlanıla bilər.

2. Girov müqaviləsinin qeydiyyata alınması qaydası

2.1. Girov müqaviləsinin qeydiyyata alınması üçün təqdim edilənsənədlər Komitəyə əmtəə nişanının sahibinin və ya səlahiyyətli nümayəndəsinin vasitəsilə verilə bilər. Girov müqaviləsinin qeydiyyata alınması üçün ərizədə və müqavilədə bir neçə əmtəə nişanı göstərilə bilər. Bu halda həmin əmtəə nişanlarına görə müstəsna hüququn sahibi, həmçinin girovsaxlayan eyni şəxslər olmalıdır.

2.2. Girov müqaviləsinin qeydiyyatı ilə bağlı aşağıdakı sənədlər Komitəyə təqdim olunur:

girov verən şəxsin ərizəsi;
girov müqaviləsi;

əmtəə nişanına dair Şəhadətnamənin surəti və ya Əmtəə nişanları dövlət reyestrindən çıxarış;

hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edənsənədin surəti;

girov müqaviləsinin qeydiyyatı üçün əyyən edilmiş dövlət rüsumunun ödənildiyini təsdiq edənsənəd;

etibarnamə (zərurət olduqda).

Ərizədə girovsaxlayanın və girovqoyanın soyadı, adı, atasının adı (hüquqi şəxsin tam adı), yerləşdiyi və yaşadığı yerin ünvanı göstərilir.

2.3. Yuxarıda göstərilənsənədlər iki nüsxədə təqdim olunur.

Girov müqaviləsi hüquqi şəxs adından verildikdə, ərizə və müqavilə təşkilatın rəhbəri və ya müvafiq qaydada səlahiyyətli şəxsi tərəfindən imzalanır. İmza edən şəxsin vəzifəsi, soyadı, adı göstərilir və hüquqi şəxsin möhürü ilə təsdiq edilir.

Girov müqaviləsinin tərəfləri (tərəfi) fiziki şəxs olduqda, onların (onun) imzası notariat qaydasında təsdiq edilir.

Ərizədə imza tarixi göstərilmədikdə, ərizənin tarixi onun Komitəyə təqdim olunduğu tarixdən əyyən edilir.

3. Girov müqaviləsinin qeydiyyatının aparılması qaydası

3.1. Girov müqaviləsinin qeydiyyatına dair ərizə Azərbaycan dilində təqdim edilir. Digərsənədlər Azərbaycan dilində və başqa dillərdə verilə bilər. Başqa dillərdə verilən sənədin Azərbaycan dilinə tərcüməsi (notarial qaydada təsdiq olunmuş) ərizənin verildiyi tarixdən bir ay müddətində təqdim edilməlidir. Təqdim olunan sənədlər toplusunun bir nüsxəsi Komitədə saxlanılır.

3.2. Komitəyə daxil olan müqaviləyə dair sənədlər bir ay müddətində araşdırılır. Müqavilə qeydiyyata alındığı halda, qeydiyyat tarixindən beş iş günü ərzində bu barədə məlumat Əmtəə nişanlarının dövlət reyestrinə daxil edilir və ərizəni verən fiziki və ya hüquqi şəxsə göndərilir.

Girov müqaviləsinə dair sənədlər qaytanlanır və müqavilənin son vərəqinin arxasında müvafiq qeydlər edilir. Qeydiyyata alınmış girov müqaviləsi və ya ona edilən düzəliş və ya əlavələrlə bağlı sənədlərin bir nüsxəsi Komitədə saxlanılır.

Qeydiyyatın aparılması barədə məlumat Komitənin rəsmi bülletenində dərc olunur.

3.3. Komitəyə təqdim edilənsənədlər üzrə iradlar olduğu halda, bu barədə ərizə verən şəxsə beş iş günü ərzində sorğu göndərilir. Sorğuya cavab sorğunun alındığı tarixdən bir ay müddətində ərizəni verən şəxs tərəfindəntəqdim olunmalıdır. Sorğuya cavab əyyən olunan müddət ərzində üzrsüz səbəbdəntəqdim edilmədikdə, ərizə verilməmiş hesab edilir. Bu zaman verilmiş rüsum geri qaytarılmır.

3.4. Müqavilədə ediləndəyişikliklərvə əlavələr barədə məlumatlar Komitənin rəsmi bülletenində dərc olunur.

3.5. Girov müqaviləsinə Mülki Məcəllədə nəzərdə tutulan hallarda xitam verilir.


Legislation Implements (1 text(s)) Implements (1 text(s))
No data available.

WIPO Lex No. AZ052