About Intellectual Property IP Training Respect for IP IP Outreach IP for… IP and... IP in... Patent & Technology Information Trademark Information Industrial Design Information Geographical Indication Information Plant Variety Information (UPOV) IP Laws, Treaties & Judgments IP Resources IP Reports Patent Protection Trademark Protection Industrial Design Protection Geographical Indication Protection Plant Variety Protection (UPOV) IP Dispute Resolution IP Office Business Solutions Paying for IP Services Negotiation & Decision-Making Development Cooperation Innovation Support Public-Private Partnerships AI Tools & Services The Organization Working with WIPO Accountability Patents Trademarks Industrial Designs Geographical Indications Copyright Trade Secrets WIPO Academy Workshops & Seminars IP Enforcement WIPO ALERT Raising Awareness World IP Day WIPO Magazine Case Studies & Success Stories IP News WIPO Awards Business Universities Indigenous Peoples Judiciaries Genetic Resources, Traditional Knowledge and Traditional Cultural Expressions Economics Finance Intangible Assets Gender Equality Global Health Climate Change Competition Policy Sustainable Development Goals Frontier Technologies Mobile Applications Sports Tourism PATENTSCOPE Patent Analytics International Patent Classification ARDI – Research for Innovation ASPI – Specialized Patent Information Global Brand Database Madrid Monitor Article 6ter Express Database Nice Classification Vienna Classification Global Design Database International Designs Bulletin Hague Express Database Locarno Classification Lisbon Express Database Global Brand Database for GIs PLUTO Plant Variety Database GENIE Database WIPO-Administered Treaties WIPO Lex - IP Laws, Treaties & Judgments WIPO Standards IP Statistics WIPO Pearl (Terminology) WIPO Publications Country IP Profiles WIPO Knowledge Center WIPO Technology Trends Global Innovation Index World Intellectual Property Report PCT – The International Patent System ePCT Budapest – The International Microorganism Deposit System Madrid – The International Trademark System eMadrid Article 6ter (armorial bearings, flags, state emblems) Hague – The International Design System eHague Lisbon – The International System of Appellations of Origin and Geographical Indications eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Mediation Arbitration Expert Determination Domain Name Disputes Centralized Access to Search and Examination (CASE) Digital Access Service (DAS) WIPO Pay Current Account at WIPO WIPO Assemblies Standing Committees Calendar of Meetings WIPO Webcast WIPO Official Documents Development Agenda Technical Assistance IP Training Institutions COVID-19 Support National IP Strategies Policy & Legislative Advice Cooperation Hub Technology and Innovation Support Centers (TISC) Technology Transfer Inventor Assistance Program WIPO GREEN WIPO's Pat-INFORMED Accessible Books Consortium WIPO for Creators WIPO Translate Speech-to-Text Classification Assistant Member States Observers Director General Activities by Unit External Offices Job Vacancies Procurement Results & Budget Financial Reporting Oversight
Arabic English Spanish French Russian Chinese
Laws Treaties Judgments Browse By Jurisdiction

Decision of the Cabinet of Ministers of the Republic of Azerbaijan on the approval of the Rule on the Registration of the Cultural heritage of the Republic of Azerbaijan in the State Catalogue of national cultural property and the Catalogue of protection of cultural heritage, Azerbaijan

Back
Latest Version in WIPO Lex
Details Details Year of Version 1999 Dates Entry into force: August 12, 1999 Adopted: August 12, 1999 Type of Text Other Texts Subject Matter Copyright and Related Rights (Neighboring Rights)

Available Materials

Main Text(s) Related Text(s)
Main text(s) Main text(s) Azerbaijani Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydasının təsdiq edilməsi haqqında        
 
Download PDF open_in_new

Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 16 aprel tarixli 698 nömrəli Fərmanının 3cü bəndinin 3-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması Qaydası təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 12 avqust 1999-cu il 130

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1999-cu il 12 avqust tarixli 130 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınması QAYDASI

  1. Bu Qayda "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısında və mədəniyyət sərvətlərinin mühafizə siyahısında qeydə alınmasının qaydasını əyyən edir.
  2. Bu Qayda mülkiyyət formasından asılı olmayaraq, "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu iləəyyən edilmiş mədəniyyət sərvəti hesab olunan bütün əşyalara şamil edilir.
  3. Mədəniyyət sərvətlərinin ilkin qeydiyyatı tabeliyində mədəniyyət müəssisəsi olan təşkilatlar tərəfindən Mədəniyyət Nazirliyinin, Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təsdiq etdiyi müvafiq təlimatlara uyğun olaraq həyata keçirilir.
  4. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizə siyahısına mədəniyyət sərvəti əşyasının, obyektinin mənşəyi, onun mülkiyyətçisi, təsviri, dəyəri və mühafizə dərəcəsi haqqında məlumatlar yazılır və bunların əsasında mədəniyyət sərvətinin mülkiyyətçisinə şəhadətnamə verilir.
  5. Mədəniyyət sərvətinin qiyməti və mühafizə dərəcəsi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ekspertiza yolu iləəyyən edilir.
  6. Dövlət kitabxanalarının, idarə tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, muzeylərin və arxivlərin fondlarında olan mədəniyyət sərvətlərinin aşkara çıxarılması, qeydiyyatı və mühafizəsi ilə həmin təsisatlar məşğul olurlar. Bu təşkilatlar mədəniyyət sərvətinin Azərbaycan Respublikasının mədəniyyət sərvətlərinin milli mədəniyyət əmlakının Dövlət Siyahısına və mədəniyyət sərvətlərinin mühafizəsi siyahısına daxil edilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə məlumat verməlidirlər.
  7. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan milli və bəşəri əhəmiyyəti olan nadir mədəniyyət sərvətləri daxil edilir.
  8. Mədəniyyət sərvətlərinin mühafizə siyahısına "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan xalq tətbiqi sənəti nümunələri, mədəniyyət və incəsənət əsərləri, muzey, kitabxana və arxivlərdə saxlanılan əşyalar daxil edilir.
  9. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş obeyktlər mülki dövriyyədən çıxarılır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin icazəsi olmadan onları ləğv etmək, başqa yerə köçürmək, surətini çıxarmaq və bərpa etmək qadağandır.
  10. Ən əhəmiyyətli məddəniyyət sərvətlərini qorumaq məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsi müəyyən ərazinin (şəhərin, rayonun) mədəniyyət sərvətlərinin mühafizə siyahısını aparırlar.
  11. Mülkiyyətçiyə və ya istifadəçiyə bir ay ərzində mədəniyyət sərvətinin mühafizə siyahısına daxil edildiyi barədə şəhadətnamə və ya onun sərbəst istifadəsinə icazə verilir. Belə şəhadətnamə və ya müvafiq icazə olmadan mədəniyyət sərvətləri iləəlaqədar əqdlər bağlanmasına yol verilmir.
  12. Obyektin milli mədəniyyat əmlakına aid edilməsi məsələsini Azərbaycan Respublikasının Nazirlər Kabineti Mədəniyyət Nazirliyinin və Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinin təqdimatlarına əsasən müvafiq qərar qəbul edilməklə həll edilir.
  13. Milli mədəniyyət əmlakı sayılan mədəniyyət sərvətinə aid sənədlər baxılmaq üçün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası Komitəsinə verildikdə, onların "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunu iləəyyən edilmiş qaydada Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilməsi məsələsinə 2 ay ərzində baxılmalıdır.
  14. Xilas edilməsi üçün təcili tədbirlərə ehtiyacı olan milli mədəniyyət əmlakı obyektlərinin qeydiyyatı ayrıca aparılır.
  15. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi və Bərpası komitəsi milli mədəniyyət əmlakı obyektlərinin qorunmasına nəzarət edirlər.
  16. Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil olan milli mədəniyyət obyektlərinə xüsusi mühafizə dərəcəsi şamil edilir.

Legislation Implements (1 text(s)) Implements (1 text(s))
No data available.

WIPO Lex No. AZ075