À propos de la propriété intellectuelle Formation en propriété intellectuelle Respect de la propriété intellectuelle Sensibilisation à la propriété intellectuelle La propriété intellectuelle pour… Propriété intellectuelle et… Propriété intellectuelle et… Information relative aux brevets et à la technologie Information en matière de marques Information en matière de dessins et modèles industriels Information en matière d’indications géographiques Information en matière de protection des obtentions végétales (UPOV) Lois, traités et jugements dans le domaine de la propriété intellectuelle Ressources relatives à la propriété intellectuelle Rapports sur la propriété intellectuelle Protection des brevets Protection des marques Protection des dessins et modèles industriels Protection des indications géographiques Protection des obtentions végétales (UPOV) Règlement extrajudiciaire des litiges Solutions opérationnelles à l’intention des offices de propriété intellectuelle Paiement de services de propriété intellectuelle Décisions et négociations Coopération en matière de développement Appui à l’innovation Partenariats public-privé Outils et services en matière d’intelligence artificielle L’Organisation Travailler avec nous Responsabilité Brevets Marques Dessins et modèles industriels Indications géographiques Droit d’auteur Secrets d’affaires Académie de l’OMPI Ateliers et séminaires Application des droits de propriété intellectuelle WIPO ALERT Sensibilisation Journée mondiale de la propriété intellectuelle Magazine de l’OMPI Études de cas et exemples de réussite Actualités dans le domaine de la propriété intellectuelle Prix de l’OMPI Entreprises Universités Peuples autochtones Instances judiciaires Ressources génétiques, savoirs traditionnels et expressions culturelles traditionnelles Économie Financement Actifs incorporels Égalité des genres Santé mondiale Changement climatique Politique en matière de concurrence Objectifs de développement durable Technologies de pointe Applications mobiles Sport Tourisme PATENTSCOPE Analyse de brevets Classification internationale des brevets Programme ARDI – Recherche pour l’innovation Programme ASPI – Information spécialisée en matière de brevets Base de données mondiale sur les marques Madrid Monitor Base de données Article 6ter Express Classification de Nice Classification de Vienne Base de données mondiale sur les dessins et modèles Bulletin des dessins et modèles internationaux Base de données Hague Express Classification de Locarno Base de données Lisbon Express Base de données mondiale sur les marques relative aux indications géographiques Base de données PLUTO sur les variétés végétales Base de données GENIE Traités administrés par l’OMPI WIPO Lex – lois, traités et jugements en matière de propriété intellectuelle Normes de l’OMPI Statistiques de propriété intellectuelle WIPO Pearl (Terminologie) Publications de l’OMPI Profils nationaux Centre de connaissances de l’OMPI Série de rapports de l’OMPI consacrés aux tendances technologiques Indice mondial de l’innovation Rapport sur la propriété intellectuelle dans le monde PCT – Le système international des brevets ePCT Budapest – Le système international de dépôt des micro-organismes Madrid – Le système international des marques eMadrid Article 6ter (armoiries, drapeaux, emblèmes nationaux) La Haye – Le système international des dessins et modèles industriels eHague Lisbonne – Le système d’enregistrement international des indications géographiques eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Médiation Arbitrage Procédure d’expertise Litiges relatifs aux noms de domaine Accès centralisé aux résultats de la recherche et de l’examen (WIPO CASE) Service d’accès numérique aux documents de priorité (DAS) WIPO Pay Compte courant auprès de l’OMPI Assemblées de l’OMPI Comités permanents Calendrier des réunions WIPO Webcast Documents officiels de l’OMPI Plan d’action de l’OMPI pour le développement Assistance technique Institutions de formation en matière de propriété intellectuelle Mesures d’appui concernant la COVID-19 Stratégies nationales de propriété intellectuelle Assistance en matière d’élaboration des politiques et de formulation de la législation Pôle de coopération Centres d’appui à la technologie et à l’innovation (CATI) Transfert de technologie Programme d’aide aux inventeurs WIPO GREEN Initiative PAT-INFORMED de l’OMPI Consortium pour des livres accessibles L’OMPI pour les créateurs WIPO Translate Speech-to-Text Assistant de classification États membres Observateurs Directeur général Activités par unité administrative Bureaux extérieurs Avis de vacance d’emploi Achats Résultats et budget Rapports financiers Audit et supervision
Arabic English Spanish French Russian Chinese
Lois Traités Jugements Recherche par ressort juridique

Règlement sur l'enregistrement des œuvres du droit d'auteur, Azerbaïdjan

Retour
Version la plus récente dans WIPO Lex
Détails Détails Année de version 2000 Dates Entrée en vigueur: 8 mai 2000 Émis: 3 mai 2000 Type de texte Textes règlementaires Sujet Droit d'auteur

Documents disponibles

Texte(s) principal(aux) Textes connexe(s)
Texte(s) princip(al)(aux) Texte(s) princip(al)(aux) Azerbaïdjanais Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları        
 
Télécharger le PDF open_in_new
 Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində

Qeydiyyatdan keçmişdir

Nazir_______________ F.Məmmədov “08” may 2000-ci il

№ 145

Təsdiq edirəm: Azərbaycan Respublikası

Müəllif Hüquqları Agentliyinin

Sədri______________K. İmanov “03” may 2000-ci il

Əmr № 25

Müəlliflik hüququ obyektlərinin qeydiyyatı

QAYDALARI Bu “Qaydaların” mətnində aşağıdakı ixtisarlardan istifadə olunmuşdur: Qayda - müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin qeydiyyatı üçün sənədlərin

tərtibi, təqdimi və ona baxılmasını reqlamentləşdirən qaydalar; Qanun - “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası

Qanunu: Agentlik - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi; Qeydiyyat sənədi - Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin qeydiyyatı üçün

təqdim olunan sənədlər toplusu; Reyestr - Azərbaycan Respublikası müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin

Dövlət reyestri.

1. ÜMUMI MÜDDƏALAR 1.1. Müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin qeydiyyatı üçün sənədlərin tərtibi,

təqdimi və ona baxılması Qaydaları “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında“ Azərbaycan Respublikası Qanununa uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin müəlliflik hüququ obyektlərinin qeydiyyatı üçün sənədlərin tərtibi, təqdimi və baxılması qaydalarını reqlamentləşdirən normativ hüquqi sənədidir.

1.2. Müəlliflik hüququ və əlaqəli hüquqlarla qorunan obyektlər haqqında anlayışlar və onlarla bağlı terminlərin tərifləri Qanunun 3-cü (“Qanunun tətbiq sahəsi”), 4-cü (“Əsas anlayışlar”), 5-ci (“Müəlliflik hüququnun obyekti“) və 6-cı (“Müəlliflik hüququnun obyekti olan əsərlər“), 32-ci (“Əlaqəli hüquqların subyektləri“), 33-cü (“İfaçının hüquqları“), 34-cü (“Fonoqram istehsalçısının hüquqları“), 35-ci (“Yayım təşkilatlarının hüquqları”) maddələrində verilmişdir.

1.3. Müəllif və ya müəlliflik hüququ obyektinə müstəsna hüquqların sahibi əsəri müəlliflik hüququnun qüvvədə olduğu müddətdə könüllü qaydada Agentlikdə qeydiyyatdan keçirə bilər.

1.4. Agentlik ilk dəfə kütləyə çatdırılmış (açıqlanmış) və ya çatdırılmamış (açıqlanmamış) əsərləri Qanunun 8-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçirir.

Əsərlər qavranılmasına imkan verən aşağıda göstərilən hər hansı bir obyektiv formada ifadə olunmalıdır:  yazılı (əlyazması, makina yazısı, not yazısı və s.);  şifahi (kütləvi çıxış, kütləvi ifa və s.);  səs, yaxud videoyazılma (mexaniki, maqnit, rəqəmli, optik və s.);  təsviri (rəsm, eskiz,şəkil,plan,çertyoc, kino-,tele-, video-, yaxud foto-kadr və s);  həcmli - fəzavi (heykəl, model, maket, tikili və s.);  digər formalar.

1.5. İfaçı, fonoqram istehsalçısı və efir və ya kabel yayımı təşkilatları əlaqəli hüquqların qüvvədə olduğu müddətdə ifanı, fonoqramı və verilişi qeydiyyatdan keçirə bilərlər.

1.6. Qanunun 32, 33, 34, 35-ci maddələrinə uyğun olaraq əlaqəli hüquqlar ifalara, fonoqramlara, efir və kabel yayımı təşkilatlarının verilişlərinə şamil edilir.

2. MÜƏLLIFLIK HÜQUQUNUN OBYEKTLƏRI

2.1. Qanunun 6-cı maddəsinə əsasən aşağıdakılar müəlliflik hüququnun obyektləri kimi Agentlikdə qeydiyyatdan keçirilə bilər:

 ədəbi əsərlər (ədəbi-bədii, elmi, tədris, publisistik əsərlər və s.);  dram, musiqili-dram və başqa səhnə əsərləri;  xoreoqrafiya əsərləri və pantomimalar;  mətnli və ya mətnsiz musiqi əsərləri;  audiovizual əsərlər (kino, tele- və videofilmlər, slayd filmlər, diafilmlər və başqa kino və

teleəsərlər);  heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və

digər təsviri sənət əsərləri;  dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri;  arxitektura, şəhərsalma və bağ-park sənəti əsərləri;  fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;  coğrafiya, topoqrafiya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və

plastik əsərlər;  törəmə əsərlər (tərcümələr, işlənmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar,

səhnələşdirmələr, arancemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);  toplular (ensiklopediyalar, antologiyalar və materialın seçilməsinə və ya düzülməsinə görə

yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuələr); (Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən

əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur);  kompyuter proqramlarının bütün növləri, o cümlədən tətbiqi proqramlar, operasyon

(əməliyyat) sistemləri və məlumat bazaları;  Qanunun 6-cı maddəsinə uyğun olan digər əsərlər.

3. MÜƏLLIFLIK HÜQUQU VƏ ƏLAQƏLİ HÜQUQLAR OBYEKTININ QEYDIYYATI SƏNƏDLƏRİNİN TƏRTIBI VƏ TƏQDIM OLUNMASI

3.1. Aşağıdakı şəxslər müəlliflik hüququ obyektinin qeydiyyatı üçün sənəd vermək hüququna malikdir:  vətəndaşlığından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yaşayan müəllif(lər) və

on(lar)ın hüquqi varisləri;  əsərini Respublikadan kənarda yaratmış və açıqlamış Azərbaycan Respublikasının vətəndaşı

olan müəllif(lər) və on(lar)ın hüquqi varisləri;  işəgötürən və müəllif arasında bağlanmış müqavilədə başqa şərtlər göstərilmədikdə, əsəri öz

sifarişi və vəsaiti hesabına yaratdıran işəgötürən;  Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə müvafiq olaraq, başqa dövlətlərin vətəndaş(lar)ı - müəllif(lər) və onların hüquqi varis(lər)i;

3.2 Aşağıdakı şəxslər əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün sənəd vermək hüququna malikdir:  Azərbaycan Respublikası vətəndaşı olan ifaçılar və Azərbaycan Respublikası ərazisində

yaşayan ifaçılar;  Azərbaycan Respublikasının vətəndaşı olan və ya Azərbaycan Respublikasının ərazisində

rəsmi yeri olan hüquqi şəxs - fonoqram istehsalçısı, efir və kabel yayımı təşkilatları;  Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinə uyğun olaraq, xarici ifaçı, fonoqram

istehsalçısı, efir və kabel yayımı təşkilatları. Qeydiyyat sənədi bilavasitə Sifarişçi tərəfindən, yaxud onun nümayəndəsi vasitəsi ilə təqdim

edilə bilər. Əcnəbi Sifarişçi əsərin qeydiyyatı ilə bağlı işlərin aparılması üçün öz nümayəndəsini

təyin edə bilər. Sənədlər nümayəndə tərəfindən (ədəbi agent, musiqi agenti və s.) təqdim olunarkən, eyni vaxtda həmin nümayəndənin səlahiyyətlərini təsdiq edən mövcud qanunvericiliyə uyğun tərtib olunmuş vəkalətnamə də təqdim edilir.

Vəkalətnamənin müddəti 3 ilə qədər müəyyən olunur. Əgər vəkalətnamədə müddət göstərilməzsə, o, tərtib olunduğu gündən 1 il müddətində qüvvədə hesab olunur.

3.3. Qeydiyyat sənədi Agentliyə bilavasitə təqdim olunur və ya poçtla göndərilir. 3.4. Qeydiyyat sənədi aşağıdakıları özündə əks etdirir:  müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün ərizə;  depozitə götürülən materialın I nüsxəsi və ya surəti. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:  müstəsna hüquqların başqasına məxsus olduğu halda, müvafiq sənədin təsdiq edilmiş surəti;  qeydiyyat haqqında müəyyən edilmiş məbləğdə ödənişin ödənilməsini təsdiq edən sənəd,

yaxud qeydiyyat ödənişindən azad edilməsini, və ya ödənişin azaldılmasını təsdiq edən əsas;

 sənədlər nümayəndə vasitəsi ilə təqdim edilərsə, nümayəndə üçün mövcud qaydada tərtib edilmiş vəkalətnamə.

3.5. Sənədlər toplusuna daxil olan materiallar Azərbaycan dilində təqdim edilməlidir. Depozit materialları istisna olmaqla, sənədlərdən hər hansı biri digər dildə olarsa, onda həmin sənədin Azərbaycan dilinə mövcud qaydada təsdiq olunmuş tərcüməsi əlavə olunmalıdır.

3.6. Qeydiyyat sənədi I nüsxədə təqdim edilir.

4. MÜƏLLIFLIK HÜQUQU OBYEKTININ QEYDIYYATI SƏNƏDLƏRININ MƏZMUNU

4.1. Müəlliflik hüququ obyektinin qeydiyyatı üçün verilən ƏRIZƏ mövcud Qaydaların I №-li Əlavəsində göstərilən forma üzrə təqdim edilir və müəlliflik hüququ obyektinin qeydiyyatına aid olan bütün zəruri məlumatları özündə əks etdirir.

Əgər hər hansı məlumatı ərizənin müvafiq qrafalarında yerləşdirmək mümkün deyildirsə, onlar həmin forma üzrə ərizənin müvafiq qrafalarında “bax əlavə vərəqdə” sözləri qeyd olunmaqla əlavə vərəqdə yerləşdirilir.

Ərizənin “ərizə” sözünün üstündə yerləşən qrafalar sənəd Agentliyə daxil olandan sonra rekvizitlərin doldurulması üçün nəzərdə tutulub və Sifarişçi tərəfindən doldurulmur.

“Əsərin adı” qrafasında əsərin ərizəyə əlavə edilmiş nüsxəsindəki tam və dəqiq adı göstərilir. Qeydiyyata təqdim olunan əsərin əlavə adları olarsa, onun birmənalı identifikasiyası üçün

əvvəlki və ya alternativ adı da göstərilməlidir. Əgər əsər tərtib olunmuş əsərdirsə, (ensiklopediya, antologiya və s.) tərtibatın müəllifi barədə

bütün məlumatlar göstərilməlidir. Əgər əsər törəmə əsərdirsə, yəni əvvəllər mövcud olan bir və ya daha artıq əsərlər əsasında

yaradılmışdırsa (tərcümələr, işlənmələr, annotasiyalar, referatlar, rezyumelər, şərhlər, səhnələşdirmələr, arancemanlar və başqa oxşar elm, ədəbiyyat və incəsənət əsərləri) müəllif əməyinin həcmi göstərilir, müəllifin əsərə konkret olaraq hansı əmək sərf etdiyi qeyd edilir, məsələn, tam mətn, “Tam mətnin şərik müəllifi“, “Fəsil 3-5“, “Yeni mətn“, “Tərcümə“ və s.

“Müəllif(lər)“ qrafasında müəllif(lər)in adı, soyadı və atasının adı, təxəllüsü (əgər varsa) adlıq halda göstərilir, həmçinin soyadı addan əvvəldə göstərilərək doğum tarixi, vətəndaşlıq və ölkənin adı və ünvanı göstərilməklə müəllif(lər)in daimi yaşayış yeri də bu qrafaya daxil edilir.

Əgər müəlliflər bir neçə nəfərdirsə, göstərilən məlumatlar onların hər biri haqqında verilir. Əcnəbi adlar Azərbaycan transkripsiyası ilə verilir. Əgər müəllif öz əsərini təxəllüsü ilə qeydiyyatdan keçirmək istəyərsə o, soyadını göstərmədən

onun əvəzinə təxəllüsünü göstərə və ya hansının həqiqi ad, hansının təxəllüs olduğunu bildirməklə təxəllüsünü göstərə və müəllifin adını aça bilər.

Bu halda yazışma üçün vətəndaşlıq və ünvan göstərilməlidir. “Yazışma üçün ünvan“ qrafasında sifarişçilərdən birinin sürətli poçt daşınmasının adi

tələblərinə cavab verən ünvanı, soyadı, adı və telefonu, teleks və faksının (əgər varsa) nömrələri göstərilir.

Müəllifin əmlak hüquqlarından istifadə “Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat“ tərəfindən həyata keçirilirsə, “Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat“ qrafasında əmlak hüquqlarının kollektiv əsasda idarə edən təşkilatın tam rəsmi adı və yerləşdiyi ünvan göstərilir.

Əmlak hüquqlarının sahibi qrafasında aşağıdakılar göstərilir: -əmlak hüquqlarının sahibi olan fiziki şəxs, hətta müəllifin özü olduğu halda belə onun soyadı, adı və atasının adı, ölkəsi göstərilməklə yaşadığı ünvan, vətəndaşlığı; əgər burada adı çəkilən sahib(lər) 2 saylı qrafada göstərilən müəllif(lər)dən fərqlidirsə, onda əmlak hüquqlarına sahibliyi təsdiq edən sənəd də göstərilir (vərəsəlik qaydasında keçmə, müqavilə üzrə verilmə); -əgər hüquq sahibi hüquqi şəxsdirsə: hüquqi şəxsin tam rəsmi adı və ünvanı, həmçinin əmlak hüquqlarına sahibliyini təsdiq edən sənəd.

“Açıqlanma tarixi və yeri“ qrafasında açıqlanmanın tarixi, (gün, ay, il) və açıqlanma olan ölkə(lər)in adı göstərilir.

Əgər mövcud əsər kollektiv əsərin bir hissəsi kimi açıqlanmışdırsa, kollektiv əsərin adı, şərikli müəllifləri, həcmi, tarixi, nəşr olunduğu ölkənin adı və əsərin səhifələrinin sayı göstərilir.

“Depozitə götürülən material“ qrafasında “X“ işarəsi qoyulmaqla, təqdim olunan müəlliflik hüququ obyektinin (əlyazma, kitab, çertyoc, rəsm və sair) forması qeyd olunur.

“Depozitə götürülən obyektin növü“ qrafasında məqalə, monoqrafiya, dərslik, roman, povest, hekayə, dram, musiqili-dram, opera, balet, operetta, simfoniya, mahnı, yaxud depozitə təqdim olunan materiala uyğun olan müəlliflik hüququ obyektinə aid digər əsər növlərinin biri göstərilir.

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sifarişçi tərəfindən “Depozitə götürülən obyektin növü“ qrafasında göstərilən növlə razılaşmadığı halda, həmin qrafada müvafiq dəyişiklik aparmaq hüququ vardır.

Dəyişiklik haqqında sifarişçiyə məlumat verilir. “Ərizəyə əlavə olunan sənədlər“ qrafası müvafiq xanalarda ”X“ işarəsi qoyulmaqla

doldurulur. Ərizənin sonunçu “Sifarişçi“ qrafası imzalanma tarixi göstərilməklə müəllif, hüquqi varis,

işəgötürən və ya mövcud qaydaların 3.1-ci bəndinə müvafiq olaraq tə`yin olunmuş nümayəndə tərəfindən doldurulur.

İmza və tarix bütün hallarda zəruridir və imzalayan şəxsin soyadı və adı göstərilməlidir. İki və daha artıq sifarişçi tərəfindən qeydiyyat sənədi təqdim edilərkən, ərizə blankı hər biri tərəfindən imzalanır, yazışma isə onların vəkil etdikləri şəxslə ərizənin mövcud qrafasında göstərilən ünvanla aparılır.

Ərizə hüquqi şəxsin adından təqdim edilərkən, vəzifəsi göstərilməklə təşkilatın rəhbəri tərəfindən imzalanır və imzalayan şəxsin soyadı və adı göstərilir, möhürlə təsdiqlənir.

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənədi olmalıdır. 4.2. Agentlik qeydiyyatdan keçmiş əsərlərin identifikasiyasını birmənalı şəkildə təmin edən materialı və ya onun surətini depozitə götürür. (1) Əsərlərin qeydiyyatı və qeydiyyat materiallarının depozitə götürülməsi üçün aşağıdakılar

təqdim edilir:  ədəbi əsərlər üçün: dərc edilmiş nüsxə və ya əlyazması (tam nüsxə və ya ilk 25 və son 25

səhifə);  yazılı şəkildə, not işarələri ilə ifadə olunmuş, kağızda əks etdirilmiş dram, musiqili - dram,

səhnə əsərləri: dərc edilmiş nüsxə və ya əlyazması (tam nüsxə və ya ilk 25 və son 25 səhifə);  musiqi əsərləri üçün (mətnsiz): not yazısı (tam nüsxə və ya ilk 25 və ya son 25 səhifə) və ya

səsyazılma;  musiqi əsərləri üçün (mətnli) dərc edilmiş nüsxə və ya əlyazma, not yazısı və ya səsyazılma. (2) Xoreoqrafiya əsərlərinin və ya pantomimaların qeydiyyatı və qeydiyyat materiallarının depozitə götürülməsi üçün videoyazılmanın surəti, yaxud xoreoqrafik yazılmanın surəti təqdim edilir.

(3) Təsviri incəsənət, dekorativ-tətbiqi və səhnə sənəti əsərlərinin qeydiyyatı və qeydiyyat materiallarının depozitə götürülməsi üçün əsərlərin əsli və surətləri əvəzinə 912 ölçülü rəngli fotoşəkillər və ya onların slaydları təqdim edilir. Fotoşəkillər və slaydlar ayrı-ayrı zərflərdə olmalıdır. (4) Me`marlıq, şəhərsalma və bağ-park sənəti əsərlərinə müəlliflik hüququnun qeydiyyatı və qeydiyyat materiallarının depozitə götürülməsi üçün aşağıdakılar təqdim olunur:  obyektin (layihənin) müəyyən adla qısa mətnli annotasiyası, yerləşdiyi ərazi (ünvan), obyektin

(layihənin) yaradılmasının memarlıq xarakteristikaları- müəllif, şərik müəllif, əsərin hər-hansı bir hissəsinin müəllifi (məhz hansı olduğu müəyyənləşdirilməklə), digər müəllif və şərik müəlliflərin soyadları;

 layihənin əsas çertyoclarının, xüsusilə obyekti xarakterizə edən baş planın, mərtəbələrin, fasadların, bölmələrin və digər çertyocların (fərdi seçimlə), maketlərin fotoşəkilləri;

 obyektin müəllif həllini xarakterizə edən fotoşəkillər komplekti (fasadlar, interyerlər, detallar). Tikintidə yaradılmış obyektlər üçün müəllifliyi təsdiq edən sənədlərin surətləri təqdim

olunmalı və özündə obyektə (layihəyə) müəllifliyi bütövlükdə əks etdirməli, yaxud obyektin (layihənin) müəllifliyin şamil edildiyi elementləri (interyer, dizayn, mənsubiyyət elementləri və s.) göstərilməlidir.

Mətn hissəsi də daxil edilməklə bütün materiallar A4 və ya A8 formatlı albomda təqdim edilir. (5) Audiovizual əsərlərin qeydiyyatı və qeydiyyat materiallarının depozitə götürülməsi üçün

onların videosurəti təqdim olunur: (6) Slaydfilm və diafilmlərin qeydiyyatı və qeydiyyat materiallarının depozitə götürülməsi üçün

rəngli fotoşəkillər və ya slaydlar, yaxud kinoplyonka təqdim olunur. (7) Coğrafiya, topoqrafiya və başqa elmlərə aid olan coğrafi, geoloci və başqa xəritələr, planlar,

eskizlər və plastik əsərlərin qeydiyyatı və qeydiyyat materiallarının depozitə götürülməsi üçün onların rəngli təsvirdə olan surətləri təqdim olunur.

(8) Kompyüter proqramlarının və məlumat bazalarının qeydiyyatı üçün proqramın surəti və ya müvafiq maddi daşıyıcıda məlumat bazası və EHM proqramına və ya məlumat bazasına dair hazırlanmış sənədlər haqqında məlumat olan referat və onun çapı və məlumat bazası üçün predmet sahəni, məlumatların mənbəyini, tərkibini, bütöv bazanın ayrı-ayrı götürülmüş hər bir faylının adını və məzmununu, hər bir faylın ayrı-ayrı yazılmasının miqdarını, məlumatların retrospektivini açıqlayan referat təqdim edilir.

(9) Mövcud Qaydaların 3.4-cü bəndi ilə müəyyən edilən sənəd və materiallar komplekt şəkildə, bir zərfdə (qovluqda) təqdim olunur.

(10) Yuxarıda göstərilən sənədlər və materialların siyahısı tam deyildir və sifarişçi depozitə qoyulmaq üçün digər materiallar da təqdim edə bilər.

5. ƏLAQƏLI HÜQUQLAR OBYEKTININ QEYDIYYATI SƏNƏDLƏRININ MƏZMUNU

5.1. Əlaqəli hüquqlar obyektinin qeydiyyatı üçün ƏRIZƏ mövcud qaydaların 2 №-li əlavəsində göstərilən forma üzrə təqdim edilir və əlaqəli hüquqlar obyektinin qeydiyyatına aid olan bütün zəruri məlumatları özündə əks etdirir.

Əgər hər hansı məlumatı ərizənin müvafiq qrafalarında yerləşdirmək mümkün deyildirsə, onlar həmin forma üzrə ərizənin müvafiq qrafalarında “bax əlavə vərəqdə” sözləri qeyd olunmaqla əlavə vərəqdə yerləşdirilir.

Ərizənin “ərizə” sözünün üstündə yerləşən qrafalar sənəd Agentliyə daxil olduqdan sonra rekvizitlərin doldurulması üçün nəzərdə tutulub və Sifarişçi tərəfindən doldurulmur.

“Əlaqəli hüquqların obyektinin adı” qrafasında əlaqəli hüquqlar obyektinin tam və dəqiq adı göstərilir.

“Əlaqəli hüquqlar subyekt(lər)i” qrafası Qanunun 32-ci maddəsində nəzərdə tutulmuş şəxslər

- ifaçı, fonoqram istehsalçısı, efir və ya kabel yayımı təşkilatı tərəfindən doldurulur. Qrafada əlaqəli hüquqların subyekti haqqında məlumatlar Azərbaycan dilində verilir, soyadı

addan əvvəl göstərilir: fiziki şəxsin soyadı, adı, atasının adı, və ya hüquqi şəxsin (təsisedici sənədə uyğun) rəsmi adı, həmçinin onların müvafiq olaraq yaşayış yeri, idarənin olduğu yer, fiziki şəxsin vətəndaşlığı və hüquqi şəxsin ünvanı, yarandığı ölkənin adı.

“Obyektin adı və müəllifi” qrafasında aşağıdakılar qeyd edilir:  müəlliflik hüququ obyektinin tam və dəqiq adı;  müəllif(lər)in soyadı, adı, atasının adı, təxəllüsü (əgər varsa) adlıq halda göstərilir, soyadı

addan əvvəl yazılır, anadan olduğu il, vətəndaşlıq və müəllif(lər)in daimi yaşadığı yer, ölkənin adı və ünvanı, əgər müəllif öz əsərini təxəllüslə qeydiyyatdan keçiribsə, onda vətəndaşlıq və yazışma üçün ünvan göstərilir.

Əgər müəlliflər bir neçə nəfərdirsə, onların hər biri haqqında ayrıca məlumat verilir. Əcnəbi adlar Azərbaycan transkripsiyası ilə verilir. “Yazışma üçün ünvan” qrafasında sifarişçilərdən birinin sürətli poçt daşınmasının adi

tələblərinə cavab verən ünvanı, soyadı və adı, telefonu, teleks, faksının (əgər varsa) nömrələri göstərilir.

Əgər əmlak hüquqlarından istifadə “Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat” tərəfindən həyata keçirilirsə, “Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilat” qrafasında əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatın tam, rəsmi adı və yerləşdiyi ünvan göstərilir.

“Əlaqəli hüquqlara müstəsna hüquqların sahibi” qrafasında göstərilir:  müstəsna hüquqların sahibi olan fiziki şəxsin hətta müəllif və ya əlaqəli hüquq subyektinin özü

olduğu halda belə onun soyadı, adı, atasının adı, ölkəsi göstərilməklə ünvanı, vətəndaşlığı; əgər adı çəkilən müstəsna hüquq sahib(lər)i 2-ci qrafada göstərilən subyektdən və ya 3-cü qrafada göstərilən müəllif(lər)dən fərqlidirsə, onda müstəsna hüquqların sahibi olmasını təsdiq edən sənədin növü də qeyd edilməlidir;

 əgər müstəsna hüquqların sahibi hüquqi şəxsdirsə, onda hüquqi şəxsin tam rəsmi adı və yerləşdiyi ünvan, həmçinin müstəsna hüquqlara sahibliyini təsdiq edən sənədin növü qeyd edilir.

“Açıqlanmanın tarixi və yeri“ qrafasında açıqlanmanın tarixi, (gün, ay, il) və keçirildiyi ölkə(lər)in adı göstərilir.

“Depozitə götürülən materiallar“ qrafası “X” işarəsi qoyulmaqla, təqdim olunan əlaqəli hüquqlar obyektinin (səs- və ya videoyazılma) forması qeyd edilir.

“Ərizəyə əlavə edilən sənədlər” qrafası müvafiq xanalara “X” işarəsi qoyulmaqla doldurulur. Ərizənin sonuncu - “Sifarişçi” - qrafası imzalanma tarixi göstərilməklə əlaqəli hüquqların

subyekti və ya bu qaydaların 3.1-ci bəndinə uyğun olaraq təyin olunmuş nümayəndə tərəfindən doldurulur. İmza və tarix bütün hallarda zəruridir. İmzalayan şəxsin soyadı və adı göstərilməlidir. İki və daha artıq Sifarişçi tərəfindən qeydiyyat sənədi təqdim olunanda ərizə blankını hər biri ayrılıqda imzalayır, yazışma isə onların vəkil etdikləri şəxslə ərizənin müvafiq qrafasında qeyd edilmiş ünvanla aparılır.

Hüquqi şəxs tərəfindən verilən ərizə, vəzifəsi göstərilməklə təşkilatın rəhbəri tərəfindən imzalanır, möhürlə təsdiq edilir.

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənədi olmalıdır. 5.2. (1) Əlaqəli hüquqlar obyektlərinin birmənalı identifikasiyasını təmin edən materiallar və

ya onların surətləri depozitə götürülür:  ifalar və fonoqramlar üçün: səs və ya videoyazılma;  efir və kabel yayımı təşkilatlarının verilişləri üçün: verilişin səs və ya videoyazılması.

(2) Bu Qaydaların 5.2. bəndində müəyyən edilmiş materiallar bir komplektdə təqdim edilir.

6. MÜƏLLIFLIK HÜQUQU VƏ YA ƏLAQƏLİ HÜQUQLAR OBYEKTLƏRININ QEYDIYYATI SƏNƏDLƏRİNƏ BAXILMASI

6.1. Agentliyə təqdim edilən qeydiyyat sənədinə daxilolma nömrəsi qoyulur və onların daxilolma tarixi qeydə alınır. Qeydiyyat sənədi özündə mövcud qaydaların 3.4-cü bəndində sadalanan sənədlərin tam komplektini əks etdirirsə, Agentlik sənədləri baxılmaq üçün qəbul edir.

Sifarişçiyə, yaxud onun nümayəndəsinə qeydiyyat sənədinin qəbulu barədə daxilolma nömrəsi, tarixi və qəbul olunan sənədlərin siyahısı göstərilməklə arayış verilir.

6.2. Qeydiyyat sənədinə Agentlikdə bir ay müddətində baxılır. Bu müddət ərzində sifarişçiyə materiallara əlavələr, dəqiqləşdirmələr və düzəlişlər etməyə icazə verilir. Sənədlərə baxılması gedişində yoxlanılır:  qeydiyyat sənədinin mövcud qaydaların 3-cü bölməsinin tələblərinə uyğun qaydada tərtib

olunması;  qeydiyyat üçün təqdim edilən obyektin müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektinə aid olması.

Əgər yoxlama prosesində qeydiyyat sənədinin rəsmiləşdirilməsinə aid tələblərin pozulduğu aşkar edilərsə, onda sifarişçiyə aldığı tarixdən sonra 15 gün müddətində mövcud nöqsanları aradan qaldırmaq təklifi olan sorğu göndərilir. Qeydiyyat sənədinə baxılması müddəti müvafiq olaraq 15 gün uzadılır.

Agentliyin sorğu göndərməsi üçün aşağıdakılar əsas ola bilər:  ödənilmiş yığım məbləğinin müəyyən edilmiş ölçülərə uyğun olmaması;  əlavə edilmiş sənədlərin tələb olunan qaydada tərtib edilməməsi;  ərizənin qrafalarında göstərilən məlumatların dəqiqləşdirilməsi zərurəti;  depozitə götürülən materialların rəsmiləşdirilməsinə dair tələblərin pozulması.

Əgər Sifarişçi həmin müddətdə göstərilən çatışmazlığı aradan qaldırmazsa, onda qeydiyyat sənədi geri götürülmüş hesab edilir.

6.3. Müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektinin qeydiyyata alınması. Əgər qeydiyyat sənədinə baxılması nəticəsində qeydiyyata təqdim edilən obyektin müəlliflik

hüququ və ya əlaqəli hüquqlar obyektlərinə aid olması müəyyən edilərsə, onda həmin obyekt qeydiyyat üçün qəbul edilmiş sayılır.

Obyektin qeydiyyatı müvafiq yığımın ödənildiyi halda aparılır. Reyestrə daxil edilən məlumatlar mövcud qaydada Agentlikdə müəyyən edilir. Qeydiyyata götürüldüyü gündən bir ay müddətində Sifarişçiyə müvafiq yığımın ödənilməsi şərti ilə müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektinin qeydiyyatı haqqında şəhadətnamə verilir.

Şəhadətnamə Agentliyin rəhbəri tərəfindən imzalanır, Agentliyin möhürü ilə təsdiq edilir. 6.4. Müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektinin qeydiyyatına rədd cavabının verilməsi

haqqında. Əgər qeydiyyat sənədinə baxılma nəticəsində qeydiyyata təqdim edilən obyektin müəlliflik

hüququ obyektlərinə aid olmaması müəyyən edilərsə, onda sənədlər və depozit materialları qeydiyyatın rədd edilməsi səbəbləri göstərilməklə Sifarişçiyə qaytarılır.

Sifarişçi müəlliflik hüququ və ya əlaqəli hüquqlar obyektinin qeydiyyatına rədd cavabı ilə razı olmadıqda, onun rədd cavabını aldığı tarixdən bir ay müddətində qanunvericilikdə nəzərdə tutulan qaydada şikayət etmək hüququ vardır.

Müvafiq yığım ödənilməsi şərti ilə şikayətə mövcud qanunvericiliyə uyğun qaydada baxılır. 6.5. Qeydiyyatdan keçirilmiş müəlliflik hüququ və əlaqəli hüquqlar obyekti haqqında

məlumatlar Sifarişçinin istəyi ilə Agentliyin rəsmi nəşrlərində dərc edilə bilər. Məlumatın mətni və annotasiyaların məzmunu Sifarişçi tərəfindən hazırlanır və Agentliklə

razılaşdırılır. 6.6. Dərc edilməyə görə xərcləri Sifarişçi (müəllif, hüquq sahibi) çəkir.

Agentlik depozitə götürülmüş materialların lazımi qaydada saxlanılmasını təmin edir.


Aucune donnée disponible

N° WIPO Lex AZ060