À propos de la propriété intellectuelle Formation en propriété intellectuelle Respect de la propriété intellectuelle Sensibilisation à la propriété intellectuelle La propriété intellectuelle pour… Propriété intellectuelle et… Propriété intellectuelle et… Information relative aux brevets et à la technologie Information en matière de marques Information en matière de dessins et modèles industriels Information en matière d’indications géographiques Information en matière de protection des obtentions végétales (UPOV) Lois, traités et jugements dans le domaine de la propriété intellectuelle Ressources relatives à la propriété intellectuelle Rapports sur la propriété intellectuelle Protection des brevets Protection des marques Protection des dessins et modèles industriels Protection des indications géographiques Protection des obtentions végétales (UPOV) Règlement extrajudiciaire des litiges Solutions opérationnelles à l’intention des offices de propriété intellectuelle Paiement de services de propriété intellectuelle Décisions et négociations Coopération en matière de développement Appui à l’innovation Partenariats public-privé Outils et services en matière d’intelligence artificielle L’Organisation Travailler avec nous Responsabilité Brevets Marques Dessins et modèles industriels Indications géographiques Droit d’auteur Secrets d’affaires Académie de l’OMPI Ateliers et séminaires Application des droits de propriété intellectuelle WIPO ALERT Sensibilisation Journée mondiale de la propriété intellectuelle Magazine de l’OMPI Études de cas et exemples de réussite Actualités dans le domaine de la propriété intellectuelle Prix de l’OMPI Entreprises Universités Peuples autochtones Instances judiciaires Ressources génétiques, savoirs traditionnels et expressions culturelles traditionnelles Économie Financement Actifs incorporels Égalité des genres Santé mondiale Changement climatique Politique en matière de concurrence Objectifs de développement durable Technologies de pointe Applications mobiles Sport Tourisme PATENTSCOPE Analyse de brevets Classification internationale des brevets Programme ARDI – Recherche pour l’innovation Programme ASPI – Information spécialisée en matière de brevets Base de données mondiale sur les marques Madrid Monitor Base de données Article 6ter Express Classification de Nice Classification de Vienne Base de données mondiale sur les dessins et modèles Bulletin des dessins et modèles internationaux Base de données Hague Express Classification de Locarno Base de données Lisbon Express Base de données mondiale sur les marques relative aux indications géographiques Base de données PLUTO sur les variétés végétales Base de données GENIE Traités administrés par l’OMPI WIPO Lex – lois, traités et jugements en matière de propriété intellectuelle Normes de l’OMPI Statistiques de propriété intellectuelle WIPO Pearl (Terminologie) Publications de l’OMPI Profils nationaux Centre de connaissances de l’OMPI Série de rapports de l’OMPI consacrés aux tendances technologiques Indice mondial de l’innovation Rapport sur la propriété intellectuelle dans le monde PCT – Le système international des brevets ePCT Budapest – Le système international de dépôt des micro-organismes Madrid – Le système international des marques eMadrid Article 6ter (armoiries, drapeaux, emblèmes nationaux) La Haye – Le système international des dessins et modèles industriels eHague Lisbonne – Le système d’enregistrement international des indications géographiques eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Médiation Arbitrage Procédure d’expertise Litiges relatifs aux noms de domaine Accès centralisé aux résultats de la recherche et de l’examen (WIPO CASE) Service d’accès numérique aux documents de priorité (DAS) WIPO Pay Compte courant auprès de l’OMPI Assemblées de l’OMPI Comités permanents Calendrier des réunions WIPO Webcast Documents officiels de l’OMPI Plan d’action de l’OMPI pour le développement Assistance technique Institutions de formation en matière de propriété intellectuelle Mesures d’appui concernant la COVID-19 Stratégies nationales de propriété intellectuelle Assistance en matière d’élaboration des politiques et de formulation de la législation Pôle de coopération Centres d’appui à la technologie et à l’innovation (CATI) Transfert de technologie Programme d’aide aux inventeurs WIPO GREEN Initiative PAT-INFORMED de l’OMPI Consortium pour des livres accessibles L’OMPI pour les créateurs WIPO Translate Speech-to-Text Assistant de classification États membres Observateurs Directeur général Activités par unité administrative Bureaux extérieurs Avis de vacance d’emploi Achats Résultats et budget Rapports financiers Audit et supervision
Arabic English Spanish French Russian Chinese
Lois Traités Jugements Recherche par ressort juridique

Résolution du Président de la République d'Azerbaïdjan sur les documents signés entre la République d'Azerbaïdjan et l'Ukraine dans la ville de Bakou le 9 avril 2009, Azerbaïdjan

Retour
Version la plus récente dans WIPO Lex
Détails Détails Année de version 2009 Dates Adopté/e: 24 juin 2009 Type de texte Lois en rapport avec la propriété intellectuelle Sujet Mise en application des droits Notes Cette résolution contient l'accord-cadre entre le Gouvernement de la République d'Azerbaïdjan et le Cabinet des Ministres de l'Ukraine sur la coopération dans le domaine de la recherche et l'utilisation de l'espace ouvert à des fins pacifiques. L'article 4 de l'accord, sur la propriété intellectuelle, prévoit que les droits sur les objets de propriété intellectuelle qui sont fournis ou établis dans les projets communs sont définis dans un accord spécial entre les parties.

Documents disponibles

Texte(s) principal(aux) Textes connexe(s)
Texte(s) princip(al)(aux) Texte(s) princip(al)(aux) Azerbaïdjanais Azərbaycan Respublikası və Ukrayna arasında 2009-cu il aprelin 9-da Bakı şəhərində imzalanmış sənədlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı        
 
Télécharger le PDF open_in_new
Azərbaycan Respublikası və Ukrayna arasında 2009cu il aprelin 9da Bakı şəhərində imzalanmış sənədlər haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNSƏRƏNCAMI

1. Azərbaycan Respublikası və Ukrayna arasında 2009cu il aprelin 9da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlərtəsdiq edilsin:

1.1. 24 mart 1997ci il tarixdə Kiyev şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Hökuməti arasında hərbitexniki əməkdaşlıq haqqında Sazişə dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında Protokol;

1.2. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında Çərçivə Sazişi;

1.3. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair Saziş;

  1. Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası arasında ticarətiqtisadi, elmitexniki və mədəni əməkdaşlıq haqqında Saziş.
  2. 2009cu il aprelin 9da Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 20092010cu illər üçün məsləhətləşmələr Planı nəzərə alınsın.
  3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1.11.4 bəndlərində göstərilənsənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. bu Sərəncamın 1.11.4 bəndlərində göstərilənsənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Ukrayna tərəfini xəbərdar etsin.

4.2. bu Sərəncamın 1.5ci bəndində göstərilənsənədin həyata keçirilməsini təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyun 2009cu il.

№ 339

Azərbaycan Respublikası və Ukrayna Prezidentləri Şurasının Birinci iclasının

PROTOKOLU

Azərbaycan Respublikası və Ukrayna Prezidentlərinin Şurası (bundan sonra ‐ Şura) 9 aprel 2009cu il tarixində Bakıda, qarşılıqlı əhəmiyyətkəsb edənməsələlərin müzakirəsi məqsədilə öz iclasını keçirdi.

Şuranın iclasına Azərbaycan Respublikanın Prezidenti İlham ƏLİYEV sədrlik edirdi (yaxud ‐Şuranın İclası Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV və Ukrayna Prezidenti Viktor YUŞŞENKONUN sədrliyi ilə keçirdi).

İclasda Şuranın aşağıdakı üzvləri iştirak etdilər:

Azərbaycan tərəfindən: Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar MƏMMƏDYAROV, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Naziri Şahin MUSTAFAYEV, Azərbaycan Respublikasının Müdafiə Naziri Səfər ƏBİYEV,

Ukrayna tərəfindən: Ukraynanın Xarici İşlər Naziri ___________ , Ukraynanın İqtisadiyyat Naziri Boqdan DANİLİŞİN, Ukraynanın Müdafiə Naziri Yuriy YEXANUROV, Ukraynanın Yanacaq və Energetika Naziri Yuriy PRODAN, Ukrayna Prezidentinin Katibliyinin rəhbərinin müavini Andrey QONÇARUK, ʺUkraynanın Neft və Qazʺ İdarəsinin Sədri Oleq DUBİNA,

Şuranın iclasında həmçinin iştirak edirdilər:

Azərbaycan tərəfindən:........

Ukrayna tərəfindən: Ukraynanın Azərbaycan Respublikasındakı Səfiri Boris Klimçuk, enerji təhlükəsizliyinə dair beynəlxalq məsələlər üzrə Ukrayna Prezidentinin müvəkkili Boqdan Sokolovskiy, ʺUkrspetseksportʺ dövlət şirkətinin Baş direktoru Serqey Bondarçuk, Ukraynanın Milli kosmik agentliyinin Baş direktorunun birinci müavini Valeriy Komarov;

22 may 2008ci il tarixli Dostluq və strateji əməkdaşlıq haqqında Bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikası və Ukrayna arasındakı strateji tərəfdaşlıq münasibətlərinin inkişafında əhəmiyyətli irəliləyişlə bağlı məmnunluğunu bildirərək,

Əmin olaraq ki, bu cür strateji tərəfdaşlıq iki ölkə arasında əlaqələrin daha yüksəkvə keyfiyyətcə yeni səviyyəyə qaldırılmasını və ona həm ikitərəfli əlaqələr sahəsində,həmdə beynəlxalq arenada xüsusilə sıx və dinamik əməkdaşlıq xarakterinin verilməsini nəzərdə tutur,

Bir çox vacib regional və beynəlxalq məsələ və problemlər üzrə hər iki ölkənin siyasəti və yanaşmasının yaxınlığıvə üstüstə şməsini qeyd edərəkvə bununla əlaqədar mövcud ikitərəfli məşvərət mexanizmlərinin daha da möhkəmləndirilməsi, eləcə də BMT və digər çoxtərəfli forumlar çərçivəsində faydalı əməkdaşlığın inkişaf etdirilməsində öz qətiyyətini təsdiqləyərək,

Ticarətvə iqtisadiyyat, energetika və nəqliyyat, hərbitexniki əməkdaşlıq kimi sahələrdə, aerokosmik sahədə,həmçinin qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın vəziyyəti və perspektivlərini hərtərəfli nəzərdən keçirərək,

ŞURA:

Azərbaycan Respublikası və Ukraynanın Xarici İşlər Nazirliklərinə 20092010cu illər üçün Prezidentlərin imzaladığı AzərbaycanUkrayna əməkdaşlığının Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin hər iki ölkə tərəfindənhəyata keçirilməsinə ümumi nəzarət etməyi və onun icra edilməsinə dair vəziyyət haqqında Prezident Şurasının Kiyevdə keçiriləcək ikinci iclası zamanı müvafiq surətdə məlumatın verilməsini tapşırdı;

20092010cu illər üçün hər iki ölkənin Xarici İşlər Nazirləri tərəfindən imzalanmış Xarici İşlər Nazirlikləri arasında Məsləhətləşmələr Planının vacib əhəmiyyətini qeyd etdi və Azərbaycan Respublikası və Ukraynanın xarici siyasət idarələrinə gələcəkdə regional və beynəlxalq arenada hər iki ölkənin əməkdaşlığının səmərəliyini artırmaq məqsədilə ikitərəfli siyasi dialoqun və əməkdaşlığın fəallaşdırılmasını tapşırdı;

İki ölkənin Avropa İttifaqı ilə əməkdaşlığının və onların Avropa Qonşuluq Siyasətinin və ʺŞərq Tərəfdaşlığıʺ təşəbbüsünün həyata keçirilməsində iştirakına strateji əhəmiyyət verərəkgələcəkdə də avrointeqrasiyanın praktiki məsələlərinə dair dialoq və sıx qarşılıqlı fəaliyyəti inkişaf etdirməyi həvalə etdi;

Son illərdə, xüsusilə 2008ci ildə Azərbaycan Respublikası və Ukrayna arasında ticariiqtisadi əməkdaşlığın fəal inkişafını və nəticədə hər iki ölkə arasındakı mal və xidmətlər sahəsində xarici ticarət dövriyyəsinin həcminin 2007ci illə müqayisədə 50 faiz artmasını qeyd etdi;

İki ölkə arasında mal mübadiləsi və qarşılıqlı sərmayə qoyuluşunun həcminin daha da artırılmasına yardım məqsədilə ticariiqtisadi və sərmayə sahəsindəki əməkdaşlığın fəallaşdırılması və diversifikasiyası haqqında təklifi dəstəklədi;

Azərbaycan Respublikası və Ukrayna iqtisadiyyatlarının enerjiyə qənaət edən, elm tutumlu və innovasiya texnologiyalarına daha da artan tələbatını nəzərə alaraq, iki ölkənin elmitexniki və innovasiya sahələrində əməkdaşlığın inkişafında qarşılıqlı maraqlarını alqışlayır;

ARDNŞ tərəfindən 2000ci ildə tədarük edilmiş dizel yanacağına görə Ukrayna tərəfinin borcunun ödənilməsi məsələsini müzakirə etdi və Ukraynanın Nazirlər Kabinetinə bu borcun 2009cu ilin birinci yarısı ərzində ödənilməsi üçün bütün zəruri tədbirləri görməyi tapşırdı.

Transsərhəd enerji nəqli layihələrinin və iki ölkə və Avropa İttifaqı arasında Azərbaycan və Ukraynanın avrointeqrasiya siyasətinə cavab verən əməkdaşlığın dərinləşməsi elementinin həyata keçirilməsinə əsas kimi Baltik dənizi ‐Qara dəniz ‐Xəzər dənizi enerji tranzit məkanının yaradılması məsələləri üzrə qarşılıqlı fəaliyyətin dərinləşməsinə olan marağıtəsdiq etdi.

ʺKrakov təşəbbüsüʺnün inkişafı kontekstində və Bakı Enerji Sammitinin (2008ci ilin noyabr ayı) nəticələrini nəzərə alaraq AAENND (AvropaAsiya enerji neftnəqli dəhlizi) layihəsinin həyata keçirilməsi ilə bağlı proseslərə, o cümlədəntərəflərin Texniki‐İqtisadi Əsaslandırmam (TİƏ) tezliklə təsdiqləməsi və layihənin həyata keçirilməsi ilə bağlı mühəndislik, kommersiya və təşkilati ‐korporativ məsələlərin yerinə yetirilməsi sahəsində TİƏ‐nın nəzərdə tutduğufəaliyyətin başlanmasına yardım göstərəcək.

Azərbaycan və Ukraynanın ümumavropa enerji məkanına inteqrasiyasına yardım göstərəcək, Azərbaycan və Ukrayna şirkətlərinin iştirakı ilə enerji sahəsində digərsərmayə layihələrini dəstəkləyəcək.

Həm ikitərəfli, həmdə QUAM və TRASEKA çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın cari vəziyyətini məmnunluqla qeyd etdi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə, xüsusilə Qara dəniz, Xəzərdənizi və Baltik dənizi regionları arasında nəqliyyat dəhlizlərinin inkişafına yardım etməyi tapşırdı.

Azərbaycan tərəfinə 2008ci il may ayında Vilnüsdə imzalanmış Ukrayna, Litva və Belarus Nəqliyyat Nazirlikləri arasında əməkdaşlıq haqqında Müqaviləyə qoşulmaqla bağlı məsələni nəzərdən keçirməyi, Ukrayna tərəfinə isə 2007ci il fevral ayında Tbilisidə imzalanmış Bakı ‐Tiflis ‐Qars yeni dəmir yolu xətti haqqında Sazişə qoşulmaqla bağlı məsələni nəzərdən keçirməyi tapşırdı.

İki ölkə arasında hərbi və hərbitexniki sahələrdə sıx əməkdaşlığıgələcəkdə də inkişaf etdirməyi qərara aldı.

Hərbitexniki sahədə gələcəkfəaliyyətdə ʺ1997ci il 24 mart tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Ukrayna Hökuməti arasında hərbitexniki əməkdaşlıq haqqında Sazişə dəyişikliklər haqqında Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında Protokol”un müddəalarını nəzərə alacaq.

Azərbaycan Respublikası və Ukraynanın müvafiq nazirliklərinə 2009cu ilin ikinci yarısında Kiyev şəhərində AzərbaycanUkrayna hökumətlərarası komissiyasının hərbitexniki əməkdaşlıq məsələləri üzrə iclasını hazırlamağıvə keçirməyi tapşırdı.

Gələcəkdə regional əməkdaşlığın inkişafına və yerli hakimiyyət orqanları arasında özünüidarəetmə sahəsində təcrübə mübadiləsinə, birbaşa xarici sərmayələrin cəlb edilməsinə, kiçik və orta biznesin inkişafına dəstəyə, yeni iş yerlərinin ılmasına yardım etməyi tapşırdı;

Növbəti iclasın Kiyevdə keçirilməsini qərara aldı;

Bakı şəhərində ʺ 9 ʺ aprel 2009cu il tarixində Azərbaycan, Ukrayna və rus dillərində iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər autentikdir.

Azərbaycan Respublikasının Ukraynanın

Xarici İşlər Naziri Xarici İşlər Naziri v.i.e.

Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında kosmik məkanın sülh məqsədləri üçün tədqiqi və istifadəsi sahəsində əməkdaşlıq haqqında

ÇƏİVƏ SAZIŞİ

Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti,

iki dövlət arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə yardım etmək niyyətində olaraq;

Azərbaycan Respublikası və Ukraynada kosmik texnologiyaların hazırlanması və tətbiqi sahəsində həyata keçirilənfəaliyyəti nəzərə alaraq:

Azərbaycan Respublikası və Ukraynanın sosialiqtisadi və elmitexniki inkişafı üçün kosmik elmin və texnikanın əhəmiyyətini dərk edərək;

kosmik tədqiqatlar, xüsusilə ətraf mühitin mühafizəsi üzrə, yer kürəsinə dair şahidələr, kosmik texnologiyaların inkişafı, kosmik sənayedə qarşılıqlı əməkdaşlıq məsələlərində Tərəflərin istəyini nəzərə alaraq;

kosmik məkanın sülh məqsədləri üçün istifadəsinə ümumi marağıvə tətbiqi kosmik tədqiqatların nəticələrinin hər iki dövlətin iqtisadi, sosial və elmi inkişafına yardım etməsində əmin olduqlarını təsdiqləyərək;

aşağıdakılar haqqında razılığagəldi:

MADDƏ 1

Sazişin məqsədi

Bu Çərçivə Sazişin (bundan sonraSaziş) inkişafı istiqamətində hər iki dövlətin iqtisadiyyatının, elminin təkmilləşdirilməsi, təhlükəsizliyinin və sosial inkişafının təmin olunması məqsədilə Tərəflər kosmik məkanın tədqiq və istifadəsi, kosmik texnologiyalarının hazırlanması və tətbiqi üzrə əməkdaşlıq edəcək.

Tərəflər Sazişin müddəalarının lazımi səviyyədə,hər iki dövlətin milli qanunvericiliyinə uyğun, bərabərlik, qarşılıqlıq və tərəflərin hər birinin maraqlarını nəzərə almaqla yerinə yetirilməsi üçün hərtərəfli səylər göstərəcəklər.

MADDƏ 2
Əməkdaşlığın istiqamətləri

Bu Sazişin çərçivəsində Tərəfləraşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edə bilər:

1. Aşağıdakılara yardım edənTətbiqi proqramlar:
a) təbii ehtiyatların inventarlaşması və istifadəsi;
b) infrastrukturun inkişafı: xəritəçəkmə, planlaşdırma və şəhərsalma,

telekommunikasiya və s; c) ətraf mühitin mühafizəsi; d) təbii və texnogen hadisələr haqqında xəbərdarlıq, mənfi nəticələrin təsirinin

minimuma endirilməsi; e) yeni telekommunikasiya xidmətlərinin yaradılması və təkmilləşdirilməsi;

  1. Yuxarıda adlan çəkilən proqramların icrası üçün kosmik texnologiyalar və peyk sistemləri;
  2. Kosmik tədqiqatların nəticələrinin alınması, emalı, saxlanılması, yayılması, istifadəsi, komersiyalaşdırılması və əlavə dəyərlə məhsulun yaradılması üçün yerüstü infrastruktur;
    1. İstismara verilmə ilə əlaqədar xidmətlərin göstərilməsi. Digərtəkliflər olduqda, Tərəflər Azərbaycanın telekommunikasiya peyklərinin Ukraynanın ʺZenitʺ raketdaşıyıcısı ilə orbitə çıxarılmasının mümkünlüyünə prioritet təklif kimi baxırlar;
      1. Peyk naviqasiyası;
      2. Kosmik hüquq;
  1. Müxtəlif təyinatlı peyk sistemlərinin layihələşməsi, hazırlanması və istismarı üzrə kadrların hazırlanması və mütəxəssislərin ixtisaslarının artırılması;
  2. Tərəflər arasında texniki, sənaye və elmi əməkdaşlığın möhkəmlənməsinə yardım edən, ikitərəfli razılaşma əsasında əyyən edilən digər istiqamətlər;

MADDƏ 3 Əməkdaşlığın formaları

Bu Saziş çərçivəsində əməkdaşlıq aşağıdakı formalarda həyata keçirilə bilər: -konsepsiyaların birgə hazırlanması, tədqiqatların aparılması, işlərin yerinə 

yetirilməsi və layihələrin hazırlanması;

-informasiya və məlumatların mübadiləsi;

-əməkdaşların mübadiləsi və mütəxəssislərin hazırlanması;

-seminar, simpozium, praktikum və təqdimatların birgə təşkili;

-bu Sazişin məqsədvə vəzifələrinə cavab verən, Tərəflərin birgə əyyən etdiyi

əməkdaşlığın hər hansı bir digər forması.

Tərəflər bu Saziş çərçivəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə müvafiq səlahiyyətli orqanları əyyən etdilər:

Azərbaycan Respublikası tərəfindən ‐Rabitə və İnformasiya Texnologiyaları

Nazirliyi;

Ukrayna tərəfindən ‐Milli Kosmik Agentliyi.

Zərurət yarandıqda, Tərəflər bu Sazişin çərçivəsində keçiriləntədbirlərdə üçüncü

tərəfin (bundan sonra ‐əyyəntəşkilatlar) iştirakmı qarşılıqlı razılaşdıracaq.

MADDƏ 4 Əqli mülkiyyət

Bu Sazişin həyata keçirilməsi çərçivəsində Tərəflərə əqli mülkiyyət obyektlərinin qorunması üzrə verilən hüquq hər iki dövlətin beynəlxalq öhdəlikləri, habelə Tərəflərin dövlətlərinin milli qanunvericiliyi ilə qorunur.

Əqli mülkiyyət obyektləri üzrə hüququn bölüşdürülməsi, istifadəsi və sərəncama verilməsi, hansılar ki birgə layihələr, proqramlar və tədbirləərçivəsində göstərilir və yaranır, Tərəflərvə ya əyyəntəşkilatlar tərəfindən ayrıca saziş və kontraktlarda (müqavilələrdə) əyyənləşdirilir.

MADDƏ 5
İnformasiya mübadiləsi və konfidensiallıq

Tərəflər öz üzərinə, Azərbaycan Respublikası və Ukrayna qanunvericiliyi çərçivəsində, qapalı xarakterli informasiyanın mühafizəsi üzrə öhdəliklər götürür.

Tərəflər bu Sazişin Maddə 2də göstərilən əməkdaşlıq istiqamətləri çərçivəsində yerinə yetirdiyi uyğun proqramlar haqqında qarşılıqlı əsaslarla birbirini məlumatlandıracaq.

Tərəflərdən birinin digərtərəfdən aldığıhər hansı informasiyanın üçüncü tərəfə,o cümlədən kütləvi informasiya vasitələrinə (KİV) çatdırılması əvvəlcədən digərTərəflə yazılı şəkildə razılaşdırılmalıdır.

KİV üçün birgə bəyanatları yaymaq yolu ilə Tərəflər ictimaiyyət üçün nəzərdə tutulan informasiyanın yayılmasına dair hərəkətlərini əlaqələndirmək üçün bütün tədbirləri görəcək.

MADDƏ 6

Xərclər

Bu Sazişin müddəalarının yerinə yetirilməsi ilə bağlı bütün xərcləri Tərəflər müstəqil ödəyir.

Tərəflərin götürdükləri öhdəliklərin yerinə yetirilməsi müvafiq maliyyə prosedurlarından və ayrılan vəsaitdən asılı olacaq.

MADDƏ 7

Mübahisələrin həlli

Bu Sazişin təfsiri və tətbiqi ilə bağlı bütün mübahisələrTərəflər arasında danışıqlar yolu ilə həll olunmalıdır.

MADDƏ 8

Sazişin qüvvəyə minməsi və qüvvədən şməsi

Bu Saziş qeyriməhdud müddətə bağlanır və onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Tərəflərin son yazılı bildirişindən sonra qüvvəyə minir.

Tərəflərdən biri digərindən diplomatik kanallar vasitəsilə müvafiq yazılı bildiriş aldıqdan altı ay sonra bu Saziş qüvvədən şür.

Tərəflər digər razılaşmaya gəlmədikdə, bu Saziş qüvvədən şdüyü halda, onun müddəaları bütün başa çatmamış layihə, proqram və tədbirlərə qarşıtətbiq olunacaq. Bu zaman, Maddə 5(İnformasiya mübadiləsi və konfidensiallıq) müddəaları bu Sazişin təsirinin itirilmə tarixindən başlayaraq 10 (on) il ərzində qüvvədə qalacaq.

Bu Sazişin təsirinin dayandırılması onun çərçivəsində maliyyə və müqavilə öhdəliklərindənTərəfləri azad etmir, bu Sazişin yerinə yetirilməsi nəticəsində müvafiq olaraq əldə edilənvə qəbul olunan hər iki dövlətin hüquqi və fiziki şəxslərin yaranmış vəziyyətlərinə, öhdəliklərinə, hüquqlarına toxunmur.

Bu Saziş Bakı şəhərində ʺ9ʺ aprel 2009cu ildə iki nüsxədə,hər biri Azərbaycan, Ukrayna və rus dillərində imzalanıb. Bütün mətnlər autentikdir. Bu Sazişin şərhi ilə əlaqədar fikir ayrılığı yarandığı halda, üstünlük rus dilindəki mətnə verilir.

Azərbaycan Respublikası Ukrayna
Hökuməti Nazirlər Kabineti
adından adından

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti arasında əməkdaşlığa dair

SAZİŞ

Bundan sonra «Tərəflə adlandırılan Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Ukraynanın Xarici Kəşfiyyat Xidməti,

öz dövlətlərinin milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi niyyətini rəhbər tutaraq,

Hər iki Tərəf üçün maraq kəsb edənməsələlər üzrə informasiyanın mübadiləsində qarşılıqlı maraqdan çıxış edərək,

səlahiyyətləri çərçivəsində və öz dövlətlərinin milli qanunvericiliklərinə müvafiq fəaliyyət göstərərək,

aşağıdakılar haqqında razılığagəlmişlər:

Maddə 1

Tərəflər öz dövlətlərinin milli maraqlarının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə kəşfiyyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə əməkdaşlığıtəşkil edirlər.

Maddə 2

Kəşfiyyat fəaliyyətinin istiqamətləri üzrə Tərəflərin əməkdaşlığı ayrıca protokollar əsasında həyata keçirilir.

Maddə 3

Tərəflər xarici dövlətlərin xüsusi xidmətlərinin digərTərəfin dövləti əleyhinə yönəlmiş cəhdləri barədə qarşılıqlılıq əsasında birbirini vaxtlıvaxtında məlumatlandırırlar.

Maddə 4

Tərəflərin dövlətlərinin xaricdəki diplomatik nümayəndəliklərinin, onların əməkdaşlarının və ailə üzvlərinin, həmçinin bu ölkələrdə olan öz fəaliyyətləri ilə bağlı dövlət sirri təşkil edənməlumatlara buraxılışa malik Azərbaycan Respublikası və Ukrayna vətəndaşlarının və onlarla birlikdə olan ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi maraqları baxımından Tərəflər üçüncü ölkələrdə müvəkkil edilmiş nümayəndələri səviyyəsində əməkdaşlıq edirlər.

Maddə 5

Tərəflər əməkdaşlığa dair ayrıca protokollar üzrə əməliyyat qeydiyyatlarında, informasiya sistemləri və arxivlərdə saxlanılan məlumatların, həmçinin kəşfiyyat fəaliyyətinin hüquqi təminatı, madditexniki təminatı, Tərəflərin əməkdaşlarının sosial müdafiəsi məsələləri üzrə informasiyaların, normativ hüquqi aktların mətnlərinin və sair materialların mübadiləsini Tərəflərin dövlətlərinin milli qanunvericiliyinin tələblərinə müvafiq olaraq həyata keçirirlər.

Maddə 6

Öz dövlətlərinin dövlət hakimiyyət orqanlarının səmərəli informasiya təminatı məqsədilə,Tərəflər rabitə kanallarından informasiyanın götürülməsi üçün nəzərdə tutulmuş xüsusi texniki vasitələrdən istifadə etməklə informasiyanın çıxarılması, texniki vasitələrlə informasiyanın qeyriaşkar yolla əldə edilməsinin digər vasitələri sahəsində əməkdaşlıq edirlər.

Maddə 7

Tərəflər qarşılıqlı razılığa uyğun olaraq, avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və istismarı, orada olan informasiyanın işlənilməsi və mühafizəsi sahəsində texnologiyaların mübadiləsini həyata keçirir, həmçinin bu məsələlərlə əlaqədar birbirinə məsləhətvə praktiki köməklik edirlər.

Maddə 8

İnformasiya mübadiləsi ayrıca protokollara müvafiq olaraq texniki vasitələrdən istifadə etməklə də həyata keçirilə bilər.

Maddə 9

Tərəflərkəşfiyyat orqanlarının əməkdaşlarının hazırlanması, yenidən hazırlanması və ixtisasının artırılması, təhsil prosesinin informasiya təminatının və kəşfiyyat fəaliyyətinin problemləri üzrə elmitədqiqat işlərinin həyata keçirilməsi sahəsində əməkdaşlıq edirlər.

Maddə 10

Əməkdaşlıq prosesində əldə edilmiş informasiya onu təqdim etmiş Tərəfin yazılı razılığı olmadan ıqlana və ya üçüncü tərəfə ötürülə bilməz.

Əməkdaşlıq prosesində əldə edilmiş informasiyanın ıqlanmasına və ya üçüncü tərəfə ötürülməsinə görə məsuliyyət, belə informasiyanı qəbul etmiş Tərəfin dövlətinin milli qanunvericiliyinə müvafiq qaydada, həmin Tərəfin bu hərəkətlərlə əlaqəli şəxslərinin üzərinə şür.

Maddə 11

Tərəflər qarşılıqlı maraq kəsb edənməsələlərin müzakirəsi üçün mütəmadi əsaslarda ekspert məsləhətləşmələri keçirirlər.

Qəbul edənTərəfnəqliyyat və rabitə vasitələri ilə təminat da daxil olmaqla ekspertlərin qarşısında duran vəzifələrin səmərəli və operativ həlli məqsədilə lazımı şərait yaradır.

Rəsmi nümayəndə heyətlərinin səfərləri zamanı onların qəbulu və yerləşdirilməsi ilə bağlı məsrəfləri beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla qəbul edənTərəəkir.

Maddə 12

Hazırkı Sazişin müddəaları, Tərəflərin iştirakçı olduqları digər beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə toxunmur.

Maddə 13

Tərəflər qarşılıqlı razılığa əsasən hazırkı Sazişin mətninə, onun ayrılmaz hissəsi olan və 14 maddənin birinci hissəsində nəzərdə tutulan qaydada qüvvəyə minən ayrıca Protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edə bilərlər.

Maddə 14

Hazırkı Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə göndərdikləri sonuncu yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Hazırkı Saziş iki il müddətinə bağlanır və müddətinin bitməsinə ən azı altı ay qalmış Tərəflərdənhər hansı biri onun fəaliyyətini dayandırmaq haqqında digərTərəfə yazılı surətdə niyyətini bildirməzsə, avtomatik olaraq növbəti ikiillik müddətlərə uzadılır.

Bu Saziş Bakı şəhərində «9» aprel 2009cu ildə hər biri Azərbaycan, Ukrayna və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər autentik olmaqla eyni hüquqi qüvvəyə malikdir. Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandığı təqdirdə, rus dilində olan mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası Ukrayna
Milli Təhlükəsizlik Nazirliyi Xarici Kəşfiyyat Xidməti
adından adından

Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası arasında ticarət ‐iqtisadi, elmi ‐texniki və mədəni əməkdaşlıq haqqında

SAZİŞ

Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikasının Gəncə Şəhər İcra Hakimiyyəti və Ukraynanın Volın vilayətinin Dövlət Administrasiyası,

Azərbaycan Respublikası və Ukrayna arasında 2000ci il 16 mart tarixində imzalanmış dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında müqavilənin müddəalarmı nəzərə alaraq,

iqtisadi, elmitexniki və mədəni əməkdaşlığın bundan sonra dərinləşdirilməsinə, möhkəmləndirilməsinə və genişləndirilməsinə olan qarşılıqlı marağınəzərə alaraq,

bərabər hüquq və qarşılıqlı mənfəət prinsiplərini rəhbər tutaraq,

aşağıdakılar barədə razılığagəldilər:

Maddə 1

Tərəflərsəlahiyyətləri çərçivəsində aşağıdakı sahələri inkişaf etdirilər:

  • sənaye, kənd təsərrüfatı, nəqliyyat və ticarət;
  • elm, texnika, təhsil və səhiyyə;
  • mədəniyyətvə incəsənət;
  • turizm və idman;

ətraf mühitin mühafizəsi və təbii sərvətlərin səmərəli istifadəsi.

Maddə 2

  1. Tərəflər ticarət, istehsal, iqtisadi, elmitexniki, mədəni əməkdaşlığın və əməkdaşlığın digər növlərinin qarşılıqlı inkişafı üçün yardım edəcəklər.
  2. Tərəflər Azərbaycan Respublikası və Ukraynanın qüvvədə olan qanunvericiliyi çərçivəsində sərmayələr sahəsində əməkdaşlığın inkişafı üçün müvafiq şərtlər yaradacaq və hərtərəfli köməklik göstərəcəklər.
  3. Tərəflər birgə əssisələrin, səhmdar cəmiyyətlərin, ticarət evlərinin və digər ümumi strukturların yaradılması üçün köməklik göstərəcək, əssisələrin, həmçinin kiçik və orta biznesin ikitərəfli əməkdaşlığını dəstəkləyəcəklər.

Maddə 3

  1. Tərəflər öz səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətində yerləşən mülkiyyət növündən asılı olmayaraq bütün əssisələrvə təşkilatlar arasında xammalın, istehsalat ‐texniki təyinatlı məhsulların və kütləvi istehlak mallarının təchizatı və xidmətlərin göstərilməsi haqqında birbaşa müqavilələrin (kontraktların) bağlanması və tətbiqinə lazımi yardım göstərəcəklər.
  2. Bu maddənin 1ci bəndində göstərilən müqavilələrdə (kontraktlarda) nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyəti müqaviləni bağlayan təsərrüfat subyektləri daşıyır.
  3. Tərəflər yeni iş yerlərinin ılmasının vacibliyini rəhbər tutaraq, öz səlahiyyətləri çərçivəsində birgə əssisələrin, səhmdar cəmiyyətlərin və s. yaradılması və səmərəli işi üçün əlverişli şərait yaradacaqlar.

Maddə 4

  1. Tərəflər əmtəə bazarlarının inkişafına yardım göstərəcəkvə Tərəflərin təsərrüfat subyektlərinin nümayəndəliklərinin yaradılması və səmərəli fəaliyyəti üçün paritet şərtlərlə əlverişli şərait yaradacaqlar.
  2. Tərəflər Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətində yerləşən əssisələrin məhsullarının sərgi və yarmarkalarmı təşkil edəcəkvə keçirilməsinə yardım göstərəcəklər.

Maddə 5

  1. Tərəflərsənaye və kənd təsərrüfatı əssisələri, həmçinin bu əssisələrin və əhalinin əsas sənaye məhsullarına, xalq istehlakı və kənd təsərrüfatı məhsullarına tələbatı, həmçinin Tərəflərin dövlət ərazilərində məqsədəuyğun şəkildə həyata keçiriləcək perspektivli sərmayə layihələri haqqında məlumat mübadiləsini həyata keçirəcəklər.
  2. Tərəflər Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətinin əssisələri tərəfindən istehsal olunan və ticarətiqtisadi əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edən əsas xidmətvə ixrac məhsulları növlərinin mübadiləsini həyata keçirəcəklər.

Maddə 6

Tərəflər Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətinin idarəetmə orqanları, əssisələri, elmi idarələri, səhiyyə təşkilatları və təhsil əssisələri arasında əlaqələrin yaradılmasına yardım göstərəcəklər.

Maddə 7

Tərəflərtəcrübələrin, tədqiqatların nəticələrinin, nəşrlərin, elmitexniki və digər xarakterli məlumatların mübadiləsinə köməklik göstərəcəkvə birgə seminarların, simpoziumların, konfransların və s. keçirilməsində iştirak edəcəklər.

Maddə 8

1. Tərəflər Azərbaycan Respublikasının Gəncə şəhəri və Ukraynanın Volın vilayətində mədəniyyətcəmiyyətləri, həvəskar birliklər, assosiasiyalar və fondlar arasında birbaşa əlaqələrin yaradılması vasitəsilə mədəniyyətvə incəsənət sahəsində əməkdaşlığın fəallaşmasına yardım göstərəcəklər.

2. Tərəflər:

birgə mədəniyyəttədbirlərinin keçirilməsinə;

rəssamların sərgilərinin, solistlərin və yaradıcı kollektivlərin qastrollarının, teatr tamaşalarının mübadiləsinə;

  • yaradıcı kollektivlərin beynəlxalq tədbirlərdə iştirakının təmin olunmasına;
  • tematik ʺdəyirmi masaʺların keçirilməsinə yardım edəcəklər.

Maddə 9

Tərəflər ətraf mühitin mühafizəsi, təbii sərvətlərin səmərəli istifadəsi və təkrar istehsalı, ekoloji təhlükəsizliyin təminatı və ekoloji təmiz istehsalat sahəsinin genişləndirilməsinə yardım sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirəcəklər.

Maddə 10

Tərəflər hazırkı Sazişin müddəalarının həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası və Ukraynanın milli qanunvericiliklərinə uyğun olaraq ikitərəfli əməkdaşlığın konkret istiqamətlərinə dair ayrıayrı sazişlər imzalaya bilər.

Maddə 11

Tərəflərdənhər biri digərTərəfə xələl yetirəcək istənilənhərəkətdəəkinməlidir.

Maddə 12

Tərəflərzəruri olduğu halda bu Saziş və onun əsasında bağlanmış digər sazişlər, proqramlar və layihələrin yerinə yetirilməsi məsələləri haqqında ikitərəfli məsləhətləşmələr və danışıqlar keçirəcəklər.

Maddə 13

  1. Tərəflər bu Sazişin birinci bəndində göstərilən sahələr, həmçinin qarşılıqlı maraq kəsb edən digərməsələlər haqqında məlumat və iş təcrübəsinin mübadiləsini həyata keçirəcəklər.
  2. Tərəflər öz dövlətlərinin milli qanunvericiliyində hazırkı Sazişin həyata keçirilməsinə təsir göstərəndəyişiklər haqqında birbirini əvvəlcədənməlumatlandırırlar.

Maddə 14

Tərəflər Azərbaycan Respublikası və Ukraynanın milli qanunvericiliklərinə əsasən hazırkı Saziş çərçivəsində və Azərbaycan Respublikası və Ukraynanın milli qanunvericiliyi ilə əyyən olunmuş səlahiyyətləri çərçivəsində əməkdaşlığıhəyata keçirəcəklər.

Maddə 15

Hazırkı Sazişin müddəalarının tətbiqi ilə bağlı yaranan hüquqi münasibətlər Azərbaycan Respublikası və Ukraynanın milli qanunvericiliklərinin normaları əsasında nizamlanacaq.

Maddə 16

Hazırkı Sazişə əlavə və dəyişikliklərTərəflərin qarşılıqlı yazdı razılığına əsasən edilir və Sazişin ayrılmaz tərkib hissəsini təşkil edən əlavə razılıq və protokollarla rəsmiləşdirilir.

Maddə 17

Hazırkı Sazişin müddəalarının təsviri və tətbiqi zamanı yaranan fikir ayrılığıTərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll olunur.

Maddə 18

Hazırkı Saziş imzalandığı gündən qüvvəyə minir və beş il müddətinə qüvvədə olacaqdır. Əgər müvafiq müddətin bitməsindən 3 ay əvvəlTərəflərdən biri digərinə hazırkı Sazişin fəaliyyətinin dayandırılmasına dair niyyəti haqqında diplomatik kanallar vasitəsilə yazılı bildiriş verməzsə, Saziş avtomatik olaraq növbəti beşillik müddətə uzadılacaqdır.

Tərəflər yazılı şəkildə başqa cür razılaşmazsa, hazırkı Sazişin dayandırılması Sazişin müddəalarına əsasən razılaşdırılmış və Sazişin dayandırılması anında yekunlaşdırılmamış layihə və proqramların həyata keçirilməsinə təsir göstərmir.

Bu Saziş Bakı şəhərində ʺ 9 ʺ Aprel 2009cu il tarixində, iki əsl nüsxədə hər biri Azərbaycan, Ukrayna və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Bu Sazişin təfsirində fikir aynlığı yarandığıtəqdirdə rus dilindəki mətndən istifadə ediləcəkdir.

Azərbaycan Respublikası Volın vilayətinin
Gəncə Şəhər İcra Hakimiyyəti Dövlət Administrasiyası
adından adından

Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 20092010cu illər üçün məsləhətləşmələr

PLANI

1. Azərbaycan Respublikası və Ukrayna Xarici işlər nazirlikləri arasında qarşılıqlı fəaliyyətin və əməkdaşlığın fəallaşdırılması məqsədi ilə, Azərbaycan Respublikası və Ukraynanın Xarici işlər nazirləri (bundan sonra Tərəflər) 20092010cu illərdə aşağıdakı ikitərəfli məsləhətləşmələrin həyata keçirilməsi barədə razılıq əldə etdilər:

Məsləhətləşmələrin mövzusu Vaxt Yer T
Azərbaycan
1 Strateji xarakterli münasibətlərin inkişafı məsələləri: AzərbaycanUkrayna münasibətlərinin hazırkı vəziyyəti və inkişafının perspektivləri; II yarımillik 2009 Kiyev Nazir müavini X.Xələfov Birinci Ərazi İdarəsi; İq Əməkdaşlıq və İnkişaf İ Beynəlxalq Hüquq və Müqavilələr İdarəsi
Siyasi sahədə əməkdaşlıq məsələləri; •Humanitar və mədəni əməkdaşlıq məsələləri; Energetika sahəsində əməkdaşlıq məsələləri; •Beynəlxalq və regional təhlükəsizlik məsələləri; I yarımillik 2010 Bakı
2 Avropaya inteqrasiya məsələləri: Avropa İttifaqının (Aİ) ʺŞərq tərəfdaşlığıʺ təşəbbüsün müzakirəsi; Azad ticarət zonasının (ATZ) yaradılması daxil olmaqla, Ukrayna ilə Aİ arasında birlik haqqında Sazişin (Association agreement) bağlanmasına dair Aİ ilə danışıqlarının hazırlanması və keçirilməsi zamanı Ukraynanın əldə etdiyi təcrübə; Aİ ilə viza rejiminin liberalizasiyası məsələləri, Aİ‐nın regional təşəbbüsləri kontekstində regional əməkdaşlıq məsələləri;  İqtisadi əməkdaşlıq məsələləri (o cümlədən QDİƏT çərçivəsində); II yarımillik 2009 Kiyev Nazir müavini M.Məmm Quliyev Təhlükəsizlik Problemləri İdarəsi; İqtisadi Əməkdaşlıq və İdarəsi; Birinci Ərazi İdarəsi;
3 Regional təhlükəsizlik məsələləri üzrə DİİTGUAM çərçivəsində qarşılıqlı fəaliyyət və əməkdaşlıq; II yarımillik 2009 Bakı Nazir müavini A.Əzimov Təhlükəsizlik
• GUAM regionunda münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması; I yarımillik 2010 Kiyev Problemləri İdarəsi;
• Regional təşəbbüslər və regional təhlükəsizlik məsələləri; • Yeni təhdid və çağırışlarla mübarizə; • Silahlara nəzarət sahəsində əməkdaşlıq; GUAM regionunda münaqişələrin, o cümlədən ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına beynəlxalq təşkilatların yardımı;
4 Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın aktual məsələləri • BMT, ATƏT və AŞ çərçivəsində əməkdaşlıq; • Beynəlxalq təşkilatlardakı vakant vəzifələrin əvəz edilməsində namizədlərə qarşılıqlı dəstək; I yarımillik 2010 Kiyev Nazir müavini A Təhlükəsizlik Pr İdarəsi; İnsan H Demokratikləşdirmə Humanitar Problemlər
II yarımillik 2010 Bakı
5 İkitərəfli müqavilə‐hüquq bazasının inkişafı və inventarlaşdırılmasının prioritet məqsədləri I yarımillik 2010 Bakı Beynəlxalq Hüqu Müqavilələr İdarəsin Beynəlxalq Hüqu Müqavilələr İdarəsi
6 Azərbaycan Respublikası XİNin və Ukrayna XİNin Diplomatik Akademiyaları arasında əməkdaşlıq II yarımillik 2009

Aucune donnée disponible

N° WIPO Lex AZ091