28.12.2010
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına əlavələr və dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 20 oktyabr tarixli 893-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alıram: 1. "Patent haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №8, maddə 505; 2003-cü il, №10, maddə 571; 2004-cü il, №7, maddə 526; 2009-cu il, №4, maddə 226) 2-ci bəndinə aşağıdakı əlavələr və dəyişikliklər edilsin: 1.1. ikinci abzasda "18-ci maddəsində" sözlərindən əvvəl "10-cu maddəsinin 5-ci bəndində və 17-ci maddəsinin 2-ci bədində," sözləri əlavə edilsin; 1.2. üçüncü abzasda "9-cu maddəsinin" sözlərindən sonra "3-cü bəndinin ikinci abzasında və" sözləri çıxarılsın, "26-cı maddəsinin" sözlərindən əvvəl "20-ci maddəsinin 2.7-ci bəndinin ikinci abzasında və 2.10-cu bəndinin ikinci abzasında," sözləri, "28-ci maddəsinin 1-ci bəndinin birinci abzasında, 2-ci bəndinin birinci abzasında, 3-cü bəndinin birinci" sözlərindən sonra "(birinci cümlədə hər iki halda və ikinci cümlədə)" sözləri əlavə edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №8, maddə 631) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin: 2.1. 8.26-cı bənddə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərinin" sözləri ilə əvəz edilsin; 2.2. 8.27-ci bənddə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "ixtira, faydalı model və sənaye nümunələrinin" sözləri ilə əvəz edilsin; 2.3. 8.28-ci bənddə "sənaye mülkiyyəti obyektləri" və "sənaye mülkiyyəti obyektlərinin" sözləri müvafiq olaraq "ixtira, faydalı model, sənaye nümunəsi" və "ixtiranın, faydalı modelin, sənaye nümunəsinin" sözləri ilə əvəz edilsin; 2.4. 8.29-cu bənddə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "ixtiranın, faydalı modelin və sənaye nümunəsinin" sözləri ilə əvəz edilsin; 2.5. 8.30-cu bənddə hər iki halda "sənaye mülkiyyəti obyektləri" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi və əmtəə nişanı" sözləri ilə əvəz edilsin; 2.6. 8.32-ci bənddə "sənaye mülkiyyəti obyektləri" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri" sözləri ilə əvəz edilsin; 2.7. 8.35-ci bənddə "sənaye mülkiyyəti obyektlərinin" sözləri "əmtəə nişanlarının və coğrafi göstəricilərin" sözləri ilə əvəz edilsin; 2.8. 8.36-cı bənddə "sənaye mülkiyyəti obyektləri barədə dövlət reyestrinə" sözləri "ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəriciləri barədə dövlət reyestrlərinə" sözləri ilə əvəz edilsin; 2.9. 8.38-ci bənddə "sənaye mülkiyyəti obyekti barəsində iddia sənədinin verilməsi, onun ekspertizası, patentin verilməsi" sözləri "sənaye mülkiyyətinin mühafizəsi sahəsində" sözləri ilə əvəz edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2010-cu il.