关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 金融 无形资产 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决 按管辖区浏览

阿塞拜疆共和国国务会议决定,关于批准商标注册的规则和地理标志注册的规则, 阿塞拜疆

返回
WIPO Lex中的最新版本
详情 详情 版本年份 2009 日期 生效: 1999年8月30日 发布: 1999年8月30日 文本类型 实施规则/实施细则 主题 商标, 地理标志, 知识产权监管机构

可用资料

主要文本 相关文本
主要文本 主要文本 阿塞拜疆 Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı        
 
下载PDF open_in_new

31.07.2010 Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydasının və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydasının təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 avqust tarixli 749 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası və coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası təsdiq edilsin (əlavə olunur).
  2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ Bakı şəhəri, 30 avqust 1999-cu il 143

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 30 avqust tarixli 143 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma QAYDASI

  1. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestrinin aparılma qaydası
    "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa və
    Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.
  2. Azərbaycan Respublikası coğrafi göstəricilərinin Dövlət reyestri (bundan sonra - reyestr)
    coğrafi göstəricilərin qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi
    üçün rəsmi sənəddir.
  3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan
    Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK)
    saxlanılan kitabdır.
  4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər
    üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya İntellektual Mülkiyyəti
    Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün
    beynəlxalq rəqəm kodu) mötərizəərisindəərəb rəqəmləri ilə göstərilir.
    1. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:
      coğrafi göstəriciyə verilən şəhadətnamənin nömrəsi ilə eyni olan, coğrafi göstəricinin
      qeydiyyat nömrəsi (111)
      qeydiyyat tarixi (151)
      coğrafi göstəricinin qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix (181)
      coğrafi göstəricini qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi (210)
      coğrafi göstəricini qeydə almaq üçün iddia sənədinin Standartlaşdırma, Metrologiya və Patent
      üzrə Dövlət Komitəsinə daxil olduğu tarix (220)
      əmtəənin və ya göstərilən xidmətin xüsusi xassələri:
      coğrafi göstəricinin şəkli (540)
      coğrafi göstəricinin kollektiv göstərici olduğunun göstərilməsi (551)*
      coğrafi göstəricini kollektiv nişan kimi istifadə etmək hüququ olan şəxslər haqqında
      məlumat;*
      əmtəənin istehsal edildiyi və ya xidmətin göstərildiyi coğrafi göstəricinin hüdudları;
      mənşə ölkəsində mühafizə olunan coğrafi göstərici haqqında məlumat;*
    2. coğrafi göstəricidən istifadə hüququ alan şəxsin adı və ünvanı; fiziki soyadı, adı, atasının adı
      və ünvanı, ölkənin kodu (730)
      coğrafi göstəricinin dərc edildiyi tarix.
  5. Aşağıda göstərilən məlumatlar reyestrəəlavə edilir:
    şəhadətnamə sahibi olan hüquqi və ya fiziki şəxsin adlarının dəyişilməsi haqqında;
    qeydiyyatın qüvvədə olma müddətinin uzadılması haqqında;
    Səbəblərini göstərməklə coğrafi göstəricinin qeydiyyatının ləğv edilməsi haqqında;
    coğrafi göstəricinin qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;
    texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.
  6. Məlumatların reyestrə daxil edilməsi iləəlaqədar bütün işlər, müəyyən edilmiş rüsumun
    ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.
  7. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən,
    Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində (SMPDK) coğrafi
    göstəricini reyestrdə qeydə alır.
  8. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və
    əyyən edilmiş rüsumu ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 30 avqust tarixli 143 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma QAYDASI

  1. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestrinin aparılma qaydası "Əmtəə
    nişanları və coğrafi göstəricilər haqqında" Azərbaycan Respublikasının Qanununa və
    Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlərə uyğun hazırlanmışdır.
  2. Azərbaycan Respublikası əmtəə nişanlarının Dövlət reyestri (bundan sonra - reyestr) əmtəə
    nişanlarının qeydiyyata alınması və onların qeydiyyatına aid dəyişikliklərin edilməsi üçün
    rəsmi sənəddir.
  3. Reyestr nömrələnmiş, qaytanlanmış və möhürlə təsdiqlənmiş formada Azərbaycan
    Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində (SMPDK)
    saxlanılan kitabdır.
  4. Reyestrin aparılması ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq, tələb olunan göstəricilər
    üzrə sənaye mülkiyyətinin mühafizəsi sahəsində Ümumdünya İntellektual Mülkiyyəti
    Təşkilatının müvafiq standartlaşdırılmış kodları (biblioqrafik məlumatları eyniləşdirmək üçün
    beynəlxalq rəqəm kodu) mötərizəərisindəərəb rəqəmləri ilə göstərilir.
    1. Qeydiyyat zamanı reyestrə aşağıdakı göstəricilər daxil edilir:
      əmtəə nişanına verilən şəhadətnamənin nömrəsi ilə eyni olan, əmtəə nişanın qeydiyyat
      nömrəsi (111)
      qeydiyyat tarixi (151)
      əmtəə nişanı qeydiyyatının qüvvədə olma müddətinin qurtardığı tarix (181)
      əmtəə nişanını qeydə almaq üçün təqdim olunan iddia sənədinin nömrəsi (210)
      əmtəə nişanını qeydə almaq üçün iddia sənədinin Standartlaşdırma, Metrologiya və Patent
      üzrə Dövlət Komitəsinə daxil olduğu tarix (220)
      sərgi ilkinliyi və ya digər ilkinliyin tarixi (230)*
      konvensiya ilkinliyi olan iddia sənədinin nömrəsi (310)*
      konvensiya ilkinliyi olan iddia sənədinin daxil olduğu tarix (320)*
      konvensiya ilkinliyi olan iddia sənədinin verildiyi ölkənin kodu (ÜİMT standartlarına uyğun
      olaraq) (330)*
      Nitsa təsnifatına uyğun siniflər (511)
      Disklamasiya (nişanın müstəqil mühafizə obyekti olmayan elementləri) (526)
    2. əmtəə nişanının şəkli (540)
      nişanın kollektiv nişan olduğunun göstərilməsi (551)*
      nişanın üçölçülü olduğunun göstərilməsi (554)*
      nişanın transliterasiyası (561)
      nişanın və nişanda olan sözlərin tərcüməsi (566)
      əmtəə nişanının rənglərinin göstərilməsi (591)
      əmtəə nişanının sahibi olan hüquqi şəxsin adı və ünvanı, fiziki şəxsin soyadı, adı, atasının adı
      və ünvanı, ölkənin kodu (730)
      Kollektiv nişandan istifadə etmək hüququ olan şəxslər haqqında məlumat əmtəə nişanının
      dərc edildiyi tarix.
  5. Aşağıda göstərilən məlumatlar reyestrəəlavə edilir:
    əmtəə nişanına görə hüququn başqa şəxsə verilməsi barədə müqavilə və ya əmtəə nişanından
    istifadə hüququna dair lisenziya müqaviləsi haqqında.
    əmtəə nişanının sahibi olan hüquqi və ya fiziki şəxslərin adlarının dəyişilməsi haqqında;
    qeydiyyata alınmışəmtəə nişanına məxsus siyahının Nitsa təsnifatı üzrə həmcins əmtəə və
    xidmətlər əsasında genişləndirilməsi, o cümlədən əmtəələrin və ya xidmətlərin siyahısının
    qısaldılması haqqında;
    əmtəə nişanının mahiyyətini dəyişməyən elementlərin dəyişilməsi haqqında;
    əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddətinin uzadılması haqqında;
    səbəbləri göstərməkləəmtəə nişanının qeydiyyatının ləğv edilməsi haqqında;
    əmtəə nişanının qeydiyyatına aid olan başqa dəyişikliklər haqqında;
    texniki səhv və mətbəə xətalarının düzəlməsi haqqında.
  6. Məlumatların reyestrə daxil edilməsi iləəlaqədar bütün işlər, müəyyən edilmiş rüsumun
    ödənildiyini təsdiq edən sənəd təqdim edildikdən sonra yerinə yetirilir.
  7. Ekspertizanın qərarına və Apellyasiya şurasının etirazla bağlı müsbət qərarına əsasən,
    Qanunun 17-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq 1 ay ərzində (SMPDK) coğrafi
    göstəricini reyestrdə qeydə alır.
  8. İstənilən şəxs reyestrdə ona aid olan və onu maraqlandıran məlumatlarla tanış ola bilər və
    əyyən edilmiş rüsumu ödəməklə reyestrdən təsdiq edilmiş çıxarış ala bilər.

* Göstərilən məlumatlar iddiaçının və ya SMPDK-nın tələbi olduqda təqdim edilir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 193)
  2. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32)
  3. 19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏƏLAVƏLƏRİN SİYAHISI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 193) ilə "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsində (DETK)" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (SMPDA)" sözləri iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 5-ci bəndinin altıncı abzasında "Milli Patent Ekspertizası Mərkəzinə" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə" sözləri iləəvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 193) ilə "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bəndində "(DETK)" sözü "(SMPDA)" sözü ilə iləəvəz edilmişdir.

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32) ilə "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Agentliyində (SMPDA)" sözləri "Komitəsində (SMPDK)" sözləri ilə, 8-ci bəndində "(SMPDA)" ifadəsi "(SMPDK)" ifadəsi iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Coğrafi göstəricilərin Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bənddə "Apellyasiya komissiyasının" sözləri "Apellyasiya şurasının" sözləri iləəvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 193) ilə "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Azərbaycan Respublikasının Dövlət Elm və Texnika Komitəsində (DETK)" sözləri "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində (SMPDA)" sözləri iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 5-ci bəndinin altıncı abzasında "Milli Patent Ekspertizası Mərkəzinə" sözləri "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə" sözləri iləəvəz edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2004-cü il tarixli 27 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, 3, maddə 193) ilə "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bəndində "(DETK)" sözləri "(SMPDA)" sözü iləəvəz edilmişdir.

21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 01, maddə 32) ilə "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 3-cü bəndində "Agentliyində (SMPDA)" sözləri "Komitəsində (SMPDK)" sözləri ilə, 8-ci bəndində "(SMPDA)" ifadəsi "(SMPDK)" ifadəsi iləəvəz edilmişdir.

19 sentyabr 2009-cu il tarixli 148 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, 9, maddə 752) ilə 143 nömrəli qərarla təsdiq edilmiş "Əmtəə nişanlarının Dövlət reyestrinin aparılma Qaydası"nın 8-ci bəndində "Apellyasiya komissiyasının" sözləri "Apellyasiya şurasının" sözləri iləəvəz edilmişdir və qeydində "DETK" abreviaturası "SMPDK" abreviaturası ilə əvəz edilmişdir.


立法 实施 (1 文本) 实施 (1 文本)
无可用数据。

WIPO Lex编号 AZ048