关于知识产权 知识产权培训 树立尊重知识产权的风尚 知识产权外联 部门知识产权 知识产权和热点议题 特定领域知识产权 专利和技术信息 商标信息 工业品外观设计信息 地理标志信息 植物品种信息(UPOV) 知识产权法律、条约和判决 知识产权资源 知识产权报告 专利保护 商标保护 工业品外观设计保护 地理标志保护 植物品种保护(UPOV) 知识产权争议解决 知识产权局业务解决方案 知识产权服务缴费 谈判与决策 发展合作 创新支持 公私伙伴关系 人工智能工具和服务 组织简介 与产权组织合作 问责制 专利 商标 工业品外观设计 地理标志 版权 商业秘密 WIPO学院 讲习班和研讨会 知识产权执法 WIPO ALERT 宣传 世界知识产权日 WIPO杂志 案例研究和成功故事 知识产权新闻 产权组织奖 企业 高校 土著人民 司法机构 遗传资源、传统知识和传统文化表现形式 经济学 金融 无形资产 性别平等 全球卫生 气候变化 竞争政策 可持续发展目标 前沿技术 移动应用 体育 旅游 PATENTSCOPE 专利分析 国际专利分类 ARDI - 研究促进创新 ASPI - 专业化专利信息 全球品牌数据库 马德里监视器 Article 6ter Express数据库 尼斯分类 维也纳分类 全球外观设计数据库 国际外观设计公报 Hague Express数据库 洛迦诺分类 Lisbon Express数据库 全球品牌数据库地理标志信息 PLUTO植物品种数据库 GENIE数据库 产权组织管理的条约 WIPO Lex - 知识产权法律、条约和判决 产权组织标准 知识产权统计 WIPO Pearl(术语) 产权组织出版物 国家知识产权概况 产权组织知识中心 产权组织技术趋势 全球创新指数 世界知识产权报告 PCT - 国际专利体系 ePCT 布达佩斯 - 国际微生物保藏体系 马德里 - 国际商标体系 eMadrid 第六条之三(徽章、旗帜、国徽) 海牙 - 国际外观设计体系 eHague 里斯本 - 国际地理标志体系 eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange 调解 仲裁 专家裁决 域名争议 检索和审查集中式接入(CASE) 数字查询服务(DAS) WIPO Pay 产权组织往来账户 产权组织各大会 常设委员会 会议日历 WIPO Webcast 产权组织正式文件 发展议程 技术援助 知识产权培训机构 COVID-19支持 国家知识产权战略 政策和立法咨询 合作枢纽 技术与创新支持中心(TISC) 技术转移 发明人援助计划(IAP) WIPO GREEN 产权组织的PAT-INFORMED 无障碍图书联合会 产权组织服务创作者 WIPO Translate 语音转文字 分类助手 成员国 观察员 总干事 部门活动 驻外办事处 职位空缺 采购 成果和预算 财务报告 监督
Arabic English Spanish French Russian Chinese
法律 条约 判决 按管辖区浏览

阿塞拜疆共和国,关于批准受知识产权保护货物移转的海关控制规则, 阿塞拜疆

返回
WIPO Lex中的最新版本
详情 详情 版本年份 2003 日期 生效: 2003年5月30日 议定: 2003年5月17日 文本类型 实施规则/实施细则 主题 商标, 版权与相关权利(邻接权) 主题(二级) 知识产权及相关法律的执行

可用资料

主要文本 相关文本
主要文本 主要文本 阿塞拜疆 Azərbaycan Respublikasinin gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan mallarin keçirilməsi zamani gömrük nəzarətinin aparilmasi Qaydalari        
 
下载PDF open_in_new

AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK SƏRHƏDİNDƏN TƏRKİBİNDƏ İNTELLEKTUAL MÜLKİYYƏT (ƏQLİ MÜLKİYYƏT) OBYEKTLƏRİ OLAN MALLARIN KEÇİRİLMƏSİ ZAMANI GÖMRÜK NƏZARƏTİNİN APARILMASI QAYDALARI

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sədrinin 17 may 2003-cü il tarixli 047 saylı əmri ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vəəllif Hüquqları Agentliyi ilə razılaşdırılmış, 30 may 2003-cü il tarixində Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır.

1. Ümumi müddəalar

Bu Qaydalar Gömrük Məcəlləsinin 9-cu, 19-cu maddələrinin, 10-cu maddəsinin 9-cu bəndinin müddəalarının tələblərinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan mallar keçirilərkən onlara gömrük nəzarəti qaydalarınıəyyən edir.

1. 1. Bu Qaydalarda işlədilən anlayış və ifadələr aşağıdakı mənaları bildirir:

Qaydaların mətnində «intellektual mülkiyyət» bundan sonra "əqli mülkiyyət" adlandırılacaqdır.

Kontrafakt mallar - hüquq sahibinin mövcud qanunvericiliklə nəzərdə tutulan hüquqlarının pozulması ilə yaradılan (islehsal edilən) və ya gömrük sərhədindən keçırilən, tərkibindəəqli mülkiyyət obyektləri (müəlliflik hüququ vəəlaqəli hüquqlar obyektləri, sənaye mülkiyyəti obyektləri) olan mallar;

Hüquq sahibi - mövcud qanunvericiliyə uyğun olaraq əqli mülkiyyət obyektlərinə (müəlliflik hüququ vəəlaqəli hüquqlar obyektləri, sənaye mülkiyyəti obyektləri) hüquqları qorunan fiziki və hüquqi şəxs və ya dövlət;

Buraxılışın dayandırılması - kontrafakt olması ehtimal olunan malların gömrük sərhədindən buraxılmasına dair müvafiq gömrük rejiminə uyğun olaraq, gömrük orqanları tərəfindən qərarın qəbulu müddətinin uzadılması;

Tərkibindəəqli mülkiyyət obyektləri olan malların qeydiyyatı (bundan sonra - qeydiyyat) - hüquq sahibinin və ya hüquq sahibinin maraqlarını təmsil edən şəxsin müraciəti əsasında Azərbaycan Respublikasında gömrük işini aparan mərkəzi icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti məqsədilə tərtib edilən və tərkibində milli qanunvericiliyə uyğun olaraq qorunan əqli mülkiyyət obyektləri olan malları və gömrük sərhədindən keçirilən kontrafakt malları aşkar etməyə imkan verən məlumatları (əqli mülkiyyət obyektinin adı; əqli mülkiyyət hüquqlarının alınması haqqında əsas; əqli mülkiyyət obyektindən istifadə hüquqlarına icazəsi və ya lisenziyası olan hüquq sahibinin və şəxsin adı və hüquqi ünvanı; əsl malın istehsal olunduğu yer və onun istehsalçıları haqqında məlumatlar; kontrafakt malların təsviri, mənşə ölkəsi, daşınma üsulları, idxal və ixrac edənlərin adları və s.) əks etdirən siyahı.

2. Tərkibindəəqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi

2.1. Gömrük orqanı bu Qaydalar və digər normativ - hüquqi aktlara uyğun olaraq qeydiyyata alınmış tərkibindəəqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən, gömrük nəzarəti zamanı əqli mülkiyyət obyektlərinə hüquq sahibinin hüquqlarını müdafiə edir.

2.2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (bundan sonra-DGK) gömrük nəzarəti məqsədilə müraciət edənlərin qanunvericilikləəyyən olunmuş qaydada səlahiyyətli dövlət orqanları tərəfindən qeydiyyatdan keçirilmiş hüquqlarının müdafiəsi üçün tərkibindəəqli mülkiyyət obyektlərı olan malların qeydiyyatını aparır.

2.3. DGK tərəfindən qeydiyyata alınmış tərkibindəəqli mülkiyyət obyektləri olan mallar bu Qaydaların və qüvvədə olan digər normativ-hüquqi aktların müddəalarına uyğun olaraq gömrük sərhədindən keçirilir və onlara olan hüquqlar müdafiə olunur.

2.4. Tərkibindəəqli mülkiyyət obyektləri olan malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük nəzarəti baxımından bu sahədəki pozuntuları aşkar etmək məqsədilə aşağıdakı vasitələrdən istifadə oluna bilər:

  • audiovizual sahədəəlliflik vəəlaqəli hüquq pozuntularını aşkar etmək məqsədilə metodiki təlimatlar, tədqiqat və ekspertizaların aparılmasına dair metodologiyalar üzrə vəsaitlərdən;
  • mühafizə elementlərinin vizual surətdə tətbiqi və nəticələrin orijinalla (legitimliyi, nümunə ilə) eyniləşdirilməsi;
  • holoqrafik təsvirin aşkarlanması-difraksiya qəfəsi modulunun mikroskopik tədqiqinin aparılmasına imkan verən mikroskoplardan;
  • audiovizual tədqiqat üçün audio, videoyazılışları həyata keçirən aparatlar, videopleyerlər, videomonitor, termoprinter, osilloqraf, kompüter, yazılış keyfiyyəti və eyniləşdirməni aparmağa imkan verən kompleks sistemdən;
  • digər optiki ləvazimatlar, mini kartoçkalar, maqnit sistemi, biometrik kodlar sistemi, xüsusi mürəkkəb, mikroskopik yarlıklar və s.-dən.

3. Əqli mülkiyyət obyektlərinə olan hüquqların müdafiəsi haqqında müraciət

3.1. Əqli mülkiyyət sahibi və ya onun maraqlarını təmsil edən digər şəxs (bundan sonra-ərizəçi), onun əqli mülkiyyət obyektlərinə olan hüquqları pozulan malların gömrük sərhədindən keçirilməsi haqqında kifayət qədər əsas olduqda əqli mülkiyyətə sahiblik hüquqlarının müdafiəsi məqsədilə həmin kontrafakt malların buraxılışının dayandırılması üçün Azərbaycan Respublikası DGK-ya ərizə ilə müraciət etmək hüququna malikdir.

3.2. Ərizənin, lazımi məlumatların və sənədlərin Azərbaycan Respublikası DGK-ya təqdim olunması DGK tərəfindən bu Qaydalar üzrəəyyən olunur.

3.2.1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişəmtəə nişanının sahibi, Azərbaycan Respublikasının "Müəlliflik hüququ vəəlaqəli hüquqlar haqqında" Qanununa vəəqli mülkiyyətin qorunmasına aid digər qanunvericilik aktlarına uyğun olaraq qorunan və (ya) müvafiq qaydada Azərbaycan Respublikası əllif Hüquqları Agentliyində qeydiyyata alınmışəlliflik hüququ vəəlaqəli hüquqlar və digər əqli mülkiyyət obyektlərinin sahibi ərizə ilə DGK-ya müraciət edə bilər.

3.2.2. Əqli mülkiyyət obyektlərinə olan hüquqların müdafiəsi üçün verilən yazılı müraciətdə (ərizədə) aşağıdakılar barədə məlumatlar əks etdirilir:

  • hüquq sahibliyi vəəqli mülkiyyət obyektlərinə mənsubiyyəti təsdiq edən sənədlər (şəhadətnamə, lisenziya müqaviləsi və ya əqli mülkıyyətə olan hüquqlar barədə qanunvericiliyə uyğun olaraq digər sənədlər) haqqında məlumatlar;
  • zəruri hallarda hüquq sahibinin ərizəçiyə verdiyi etibarnamə;
  • hər bir əqli mülkiyyət obyektinə olan hüququn müəyyən müddət ərzində müdafiəsi üçün hüquq sahibi tərəfindən gömrük orqanlarına verilən məlumat;
  • tərkibindəəqli mülkiyyət obyektləri olan malların təsviri;
  • lazımi hallarda əsl nümunənin təqdim olunması;
  • kontrafakt malları aşkar etməyə imkan verən digər məlumatlar.

Azərbaycan Respublikası DGK-da qediyyata alınmaq üçün verilən ərizədə tələb olunan zəruri sənədlərin və məlumatların siyahısı 1 saylı Əlavədə verilir.

3.3. Əqli mülkiyyət obyektlərinə olan hüquqların müdafiəsinə dair verilmişərizəyə Azərbaycan Respublikası DGK-si tərəfindən 15 təqvim günü müddətində baxılır. Bu zaman zəruri sənədlər və məlumatlar, nümunələr tələb olunarsa, ərizəyə baxılma müddəti göstərilənlərin təqdim olunduğu tarixdən hesablanır.

3.4. Azərbaycan Respublikası DGK-si tərəfindən əqli mülkiyyət hüquqlarının müdafiəsi məqsədilə tərkibindəəqli mülkiyyət obyektləri olan malların qeydiyyata alınması üçün müvafiq qərar qəbul olunur. Ərizəçi tərəfindən müəyyən olunmuş tələblərə riayət olunmazsa və doğru olmayan məlumatların verilməsi halları aşkar olunarsa, bu halda qeydiyyatdan imtina edilməsi barədə qərar qəbul olunur və 3.3 bəndində göstərilən müddətdəərizəçi məlumatlandırılır.

3.5. Azərbaycan Respublikası DGK-si tərəfindən tərkibindəəqli mülkiyyət obyektləri olan malların qeydiyyata alınması haqqında qəbul olunmuş qərar barədəərizəçiyə, müvafiq gömrük orqanlarına, habelə maraqlı şəxslərə məlumat göndərilir.

3.5.1. Bu məlumatlar özlərində aşağıdakıları əks etdirir:

  • hüquq sahibinin rekvizitləri haqqında;
  • nümayəndəsi və ya nümayəndəliyi haqqında;
  • əqli mülkiyyət obyektləri haqqında (adı, material daşıyıcısı);
  • nişanların qeydiyyatı üçün malların və xidmətlərin Beynəlxalq Təsnifatı üzrə göstəriciləri;
  • ərizənin qeydiyyat nömrəsini, qeydiyyatın qüvvədə olma müddətini və s.

3.5.2. Gömrük orqanlarına göndərilən məlumatlar aşağıdakı digər məlumat və sənədlərlə də şayiət oluna bilər:

  • əqli mülkiyyət obyektlərinin eyniləşdirilməsinə imkan verən, leqal və kontrafakt malları birbırindən fərqləndirən xarakterik xüsusiyyətlərinə dair əlavə məlumat və materiallar;
  • əmtəə nişanının şərhi və qrafiki təsviri;
  • leqal və kontrafakt malların fərqləndirici xüsusiyyətləri;
  • leqal malların idxal olunduğu və gömrük rəsmiləşdirilməsinin aparıldığı yer;
  • leqal malları bəyan edənlər-deklarantlar haqqında;
  • leqal malların keçirilməsində istifadə olunan nəqliyyat vasitəsinin növü haqqında;
  • idxal olunan leqal, ya da kontrafakt malların istehsalçıları olan ölkələrin siyahısı və s.

3.6. Əqli mülkiyyət obyektləri hüquqi şəxsin ərizəsinəəsasən və ya DGK-nin qəbul etdiyi qərara uyğun olaraq aşağıdakı hallarda vaxtından əvvəl qeydiyyatdan çıxarıla bilər:

  • əqli mülkiyyət obyektinə dair hüquq sahibinin dəyişilməsi və bu barədə məlumatların əvvəlki hüquq sahibi tərəfindən verilməsi zamanı;
  • lisenziya müqavilələrinin vaxtından əvvəl qüvvədən düşməsi zamanı;
  • əqli mülkiyyət obyektləri qeydiyyata alınarkən məlumatların doğru verilməməsi aşkar olunduqda.

4. Hüquqların müdafiəsi müddəti

4.1. Hüququn müdafiəsi müddəti tərkibindəəqli mülkiyyət obyektləri olan malların Azərbaycan Respublikası DGK-də qeydiyyata alınması iləəlaqədar qəbul edilən qərarın verildiyi tarixdən, 2 ildən artıq olmamaq şərtilə, ərizədə göstərilən müddətə uyğun olaraq aparılır.

4.2. Ərizəçi tərəfindən göstərilən müddət ərizəçinin növbəti müraciəti əsasında yenidən uzadıla bilər.

  1. Hüquqların müdafiəsiləəlaqədar tərkibindəəqli mülkiyyət obyektləri olan malların qeydiyyata alındığı ümumi müddət, əqli mülkiyyət obyektlərinə olan hüququn qüvvədə olduğu müddətdən çox ola bilməz.
  2. Tərkibindəəqli mülkiyyət obyektləri olan malların buraxılışının dayandırılması

5.1. Qeydə alınmış tərkibindəəqli mülkiyyət obyektləri olan malların gömrük orqanları tərəfindən kontrafakt mallar olması əlamətləri müəyyən olunarsa, həmin mallar gömrük orqanları tərəfindən müvəqqəti saxlanc anbarına yerləşdirilir və onların buraxilışı dayandırılır.

5.2. Malların buraxılışının on gün müddətində dayandırılması haqqında qərar gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəisi və ya onu əvəz edən şəxş tərəfindən qəbul olunur. Göstərilən müddət ərizəçinin növbəti müraciəti əsasında iyirmi iş günündən və ya 31 təqvim günündən (uzun müddətli dövr nəzərə alınmaqla) çox olmamaq şərtilə artırıla bilər.

5.3. Gömrük orqanı bəyannaməçini vəərizəçini malların dayandırılması üzrə qəbul olunmuş qərar haqqında məlumatlandırılır.

  1. Dayandırılma müddətində gömrük orqanı öz təşəbbüsü ilə təmənnasız əsasda şübhə olunan malların kontrafakt mallar olduğunu müəyyən etmək məqsədiləərizəçidən istənilən məlumatı, ya da texniki ekspertiza və müvafiq avadanlıq da daxil olmaqla istənilən köməyi tələb etmək hüququna malikdir.
  2. Buraxılışın dayandırılması iləəlaqədar çəkilən xərclərə təminat

6.1. Əqli mülkiyyət hüquqlarının müdafiəsi haqqında müraciət ərizəsi, bununla əlaqədar çəkilən xərclərə zəmanət öhdəliyi əsasında verilir (müvafiq məbləğin depozitə qoyulması əsasında həyata keçirilir).

6.1.2. Bu hal ərizəçinin gömrük orqanlarının çəkdiyi xərcin ödənilməsı və ya malların əsassız dayandırılması nəticəsində dəyən zərərin və zədənin əvəzinin idxalçılarda, yükalana, ixracatçıya, ya da mal sahibinə ödənişinə dair alınmış zəmanət öhdəliyi əsasında da təmin olunur.

6.1.3. Bununla əlaqədar gömrük orqanları buraxılışın dayandırılması haqqında məlumatı aldığı gündən etibarən ərizəçidən beş iş günü müddətində dəyən zərər və çəkilən xərclərin qanuna müvafiq olaraq müəyyən olunmuş qaydada kompensasiya olunmasına dair öhdəliyin təmin olunmasını tələb etmək hüququna malikdir.

6.2. Təminat müddəti buraxılışın dayandırılmasına dair qərar qəbul etmiş gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən olunur.

  1. Dəyən zərərin və xərclərin ödənilməsi və təmini gömrük işi sahəsində qüvvədə olan normativhüquqi sənədlərdə tələb olunan qaydalar əsasında müəyyən olunur.
  2. Məlumatın təqdim olunması. Prob və nümunələrin götürülməsi

7.1. Gömrük qaydaları qəbul olunmuş qərar əsasında buraxılışı dayandırılmış mallara münasibətdə, onların kontrafakt olub-olmamasınıəyyən etmək üçün lazımi məlumatı ərizəçiyə və bəyannaməçiyə təqdim edir.

7.2. Ərizəçi və ya bəyannaməçi tərəfindən alınmış məlumat Gömrük Məcəlləsinin tələblərinə (maddə 16) və Qaydanın bu bəndinə müvafiq olaraq konfidensial xarakter daşıyır, onlar yayılmamalı və üçüncü şəxsə, habelə qanunvericilikdə istisna olunan hallar nəzərə alınmaqla dövlət orqanlarına verilməməlidir.

  1. Gömrük orqanlarınm icazəsi iləərizəçi, bəyannaməçi və ya onların səlahiyyətli nümayəndəsi buraxılışı dayandırılmış mallardan qanunvericiliyin tələblərinə uyğun olaraq prob, nümunələr götürə bilər və götürülmüş nümunələrin tədqiqatını (ekspertizasını) apara bilər.
  2. Buraxılışın dayandırılması haqqında qərarın ləğv edilməsi

8.1. Buraxılışın dayandırılması qərarı onun qüvvədə olduğu müddət ərzində aşağıdakı hallarda ləğv oluna bilər:

8.1.1. Əgər ərizəçi buraxılışın dayandırılmasına dair barəsində qərar vermiş gömrük orqanına, həmin qərarın ləğv olunması barədə müraciət edərsə;

8.1.2. Bu müddətdə Qaydaların 5-ci bölməsindəəyyən olunmuş qaydalara əməl olunmazsa və kontrafaktlıq faktının müəyyən olunması üzrə lazımi tədbirlər görülməzsə;

8.1.3. Səlahiyyətli orqanlar tərəfindən malların götürülməsi, onlar üzərində həbs qoyulması, müsadirə olunması haqqında qərar daxil olmadıqda;

8.1.4. Əqli mülkiyyət obyekti bu Qaydaların 3-cü bölməsi 3.4 bəndinin tələblərinə uyğun olaraq qeydiyyatdan çıxarıldıqda;

8.1.5. Qaydaların 6-cı bölməsində göstərilən çəkilən xərc və dəyən zərərin ödənişi üzrə qəbul olunmuş öhdəliklərəəməl olunmadıqda.

8.2. Qaydaların 8.1 bəndinin yarımbəndlərinə uyğun olaraq malların buraxılışının dayandırılması haqqında qərar ləğv olunur.

8.3. Buraxılışın dayandırılmasına dair ləğvetmə qərarı, bu qərarı qəbul etmiş gömrük orqanının rəisi və ya onu əvəz edən şəxs tərəfindən həyata keçirilir.

8.4. Barəsində buraxılışın dayandırılması haqqında ləğvetmə qərarı qəbul olunmuş mallar isə müvafiq qaydada gömrük rəsmiləşdirilməsi aparılmaqla, onların buraxılışı təmin olunur.

8.5. Malların buraxılışı hüquq sahibinin, onların əqli mülkiyyət obyektlərinə olan hüquqlarının müdafiəsi üçün qanunvericiliklə səlahiyyəti olan digər orqanlara müraciət etməsinə mane olmur.

  1. Qanunvericilikləəyyən olunmuş qaydada kontrafakt mallar məhv edilir və ya onlar üzərində əyyən tədbirlərin tətbiqinə sərəncam verilir.
  2. Tərkibindəəqli mülkiyyət obyektləri olan mallara nəzarətə dair gömrük orqanlarının əlavə səlahiyyətləri

9.1. Gömrük orqanları tərkibindəəqli mülkiyyət obyektləri olan və qeydiyyata alınmamış malların kontrafaktlığı haqqında kifayət qədər əsas olduqda, mövcud qanunvericilikdəəyyən olunmuş qaydada onların buraxılışını dayandıra bilər, onları götürə bilər, habelə bu mallara münasibətdə digər tədbirləri həyata keçirə bilər.

9.2. Bağlanmış Sazişlər (müqavilələr) əsasında müvafiq dövlətlərin mərkəzi gömrük orqanları ilə razılaşdırılmaqla Tərəflər öz səlahiyyətləri çərçivəsində qeydiyyata alınmış malların tərkıbindəki əqli mülkiyyət obyektlərinə olan hüququ müdafiə edə bilərlər.

9.3. Gömrük orqanları sərhədyanı tədbirlərin həyata keçirilməsində texniki nəzarət vasitələri dəstindən, habelə təmayülü üzrə ekspertlərin, mütəxəssislərin xidmətindən istifadə etməyə səlahiyyətlidirlər.

    1. Tərkibindəəqli mülkiyyət obyektləri olan istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara gömrük nəzarətinin xüsusiyyətləri
    2. Bu Qaydalarda nəzərdə tutulan müddəalar tərkibindəəqli mülkiyyət obyektləri olan fizikı şəxslər tərəfindən, yaxud «tranzit» gömrük rejiminə uyğun olaraq sərhəddən keçirilən, beynəlxalq poçt göndərişləri ilə göndərilən, hüquq sahibi tərəfindən onun razılığı əsasında dövriyyəyə buraxılmış, istehsal və digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan və qanuni əsaslarla dövlətin gömrük ərazisinə gətirilən mallara münasibətdə nəzarəti gömrük orqanlarına həvalə edilmiş digər tələblərə riayət edilməsi şərtilə tətbiq olunmaya bilər.
  1. Qaydaların müddəalarınm pozulmasına görə məsuliyyət

11.1. Bu Qaydaların müddəalarının tələblərinin pozulmasına görə hüquqi və fiziki şəxslər, o cümlədən gömrük orqanının vəzifəli şəxsləri Qaydalardakı müddəaların icrası iləəlaqədar Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilikdə nəzərdə tutulan tələblərə, qayda və normalara uyğun olaraq mosuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması Qaydalarına 1 saylı Əlavə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinəəmtəə nişanlarının qeydiyyata alınması haqqında ərizə vermək üçün lazım olan sənədlər və məlumatların siyahısı:

Azərbaycan Dövlət Gömrük Komitəsinəəmtəə nişanlarının, əqli mülkiyyət obyektlərinin qeydiyyata alınmasına dair yazılı müraciət;

Əmtəə nişanının qeydiyyat Şəhadətnaməsi (əmtəə nişanları reyestrindən çıxarış);

Əmtəə nişanı sahibinin maraqlarını təmsil etməyə aid vəkalətnamə (sifariş hüquq sahibi tərəfindən verilmədikdə);

Əmtəə nişanı ilə markalanmış malların idxalına hüquqi səlahiyyəti olan idxalatçılar, dilerlər və digər şəxslər haqqında məlumat (tam adı, ünvanı, eyniləşdirmə kodu və s.);

Leqal istehsalçılar və ixracatçılar haqqında məlumat (rekvızitlər);

Leqal məhsulun aparıldığı və gömrük rəsmiləşdirilməsinin həyata keçirildiyi yer haqqında məlumat (gömrükxana, gömrük postu, gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti şöbələri, gömrük anbarı, müvəqqəti saxlanc anbarı);

Leqal məhsulları bəyan edən şəxsin rekvizitləri;

Kontrafakt məhsulların idxalçıları və istehsalçıları, ixracatçıları haqqında məlumat;

Kontrafakt məhsulların əsas mal dövriyyəsi haqqında məlumat (istehsal yeri, istifadə, daşınma marşrutu və nəqliyyat növləri, Azərbaycan Respublikasına daxil olunduğu, gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və s.);

Leqal məhsul haqqında məlumat (müfəssəl təsviri, fərqləndirici xüsusiyyətləri, istehsal və satış qiyməti, gömrük dəyəri və s.); Leqal və kontrafakt məhsulların nümunələri (zəruri hallarda); Aidiyyatı üzrə digər sənəd və məlumatlar (zəruri hallarda).


立法 关联 (1 文本) 关联 (1 文本)
无可用数据。

WIPO Lex编号 AZ064