À propos de la propriété intellectuelle Formation en propriété intellectuelle Respect de la propriété intellectuelle Sensibilisation à la propriété intellectuelle La propriété intellectuelle pour… Propriété intellectuelle et… Propriété intellectuelle et… Information relative aux brevets et à la technologie Information en matière de marques Information en matière de dessins et modèles industriels Information en matière d’indications géographiques Information en matière de protection des obtentions végétales (UPOV) Lois, traités et jugements dans le domaine de la propriété intellectuelle Ressources relatives à la propriété intellectuelle Rapports sur la propriété intellectuelle Protection des brevets Protection des marques Protection des dessins et modèles industriels Protection des indications géographiques Protection des obtentions végétales (UPOV) Règlement extrajudiciaire des litiges Solutions opérationnelles à l’intention des offices de propriété intellectuelle Paiement de services de propriété intellectuelle Décisions et négociations Coopération en matière de développement Appui à l’innovation Partenariats public-privé Outils et services en matière d’intelligence artificielle L’Organisation Travailler avec nous Responsabilité Brevets Marques Dessins et modèles industriels Indications géographiques Droit d’auteur Secrets d’affaires Académie de l’OMPI Ateliers et séminaires Application des droits de propriété intellectuelle WIPO ALERT Sensibilisation Journée mondiale de la propriété intellectuelle Magazine de l’OMPI Études de cas et exemples de réussite Actualités dans le domaine de la propriété intellectuelle Prix de l’OMPI Entreprises Universités Peuples autochtones Instances judiciaires Ressources génétiques, savoirs traditionnels et expressions culturelles traditionnelles Économie Financement Actifs incorporels Égalité des genres Santé mondiale Changement climatique Politique en matière de concurrence Objectifs de développement durable Technologies de pointe Applications mobiles Sport Tourisme PATENTSCOPE Analyse de brevets Classification internationale des brevets Programme ARDI – Recherche pour l’innovation Programme ASPI – Information spécialisée en matière de brevets Base de données mondiale sur les marques Madrid Monitor Base de données Article 6ter Express Classification de Nice Classification de Vienne Base de données mondiale sur les dessins et modèles Bulletin des dessins et modèles internationaux Base de données Hague Express Classification de Locarno Base de données Lisbon Express Base de données mondiale sur les marques relative aux indications géographiques Base de données PLUTO sur les variétés végétales Base de données GENIE Traités administrés par l’OMPI WIPO Lex – lois, traités et jugements en matière de propriété intellectuelle Normes de l’OMPI Statistiques de propriété intellectuelle WIPO Pearl (Terminologie) Publications de l’OMPI Profils nationaux Centre de connaissances de l’OMPI Série de rapports de l’OMPI consacrés aux tendances technologiques Indice mondial de l’innovation Rapport sur la propriété intellectuelle dans le monde PCT – Le système international des brevets ePCT Budapest – Le système international de dépôt des micro-organismes Madrid – Le système international des marques eMadrid Article 6ter (armoiries, drapeaux, emblèmes nationaux) La Haye – Le système international des dessins et modèles industriels eHague Lisbonne – Le système d’enregistrement international des indications géographiques eLisbon UPOV PRISMA UPOV e-PVP Administration UPOV e-PVP DUS Exchange Médiation Arbitrage Procédure d’expertise Litiges relatifs aux noms de domaine Accès centralisé aux résultats de la recherche et de l’examen (WIPO CASE) Service d’accès numérique aux documents de priorité (DAS) WIPO Pay Compte courant auprès de l’OMPI Assemblées de l’OMPI Comités permanents Calendrier des réunions WIPO Webcast Documents officiels de l’OMPI Plan d’action de l’OMPI pour le développement Assistance technique Institutions de formation en matière de propriété intellectuelle Mesures d’appui concernant la COVID-19 Stratégies nationales de propriété intellectuelle Assistance en matière d’élaboration des politiques et de formulation de la législation Pôle de coopération Centres d’appui à la technologie et à l’innovation (CATI) Transfert de technologie Programme d’aide aux inventeurs WIPO GREEN Initiative PAT-INFORMED de l’OMPI Consortium pour des livres accessibles L’OMPI pour les créateurs WIPO Translate Speech-to-Text Assistant de classification États membres Observateurs Directeur général Activités par unité administrative Bureaux extérieurs Avis de vacance d’emploi Achats Résultats et budget Rapports financiers Audit et supervision
Arabic English Spanish French Russian Chinese
Lois Traités Jugements Recherche par ressort juridique

Décret du Président de la République d'Azerbaïdjan relative à l'approbation du Statut de l'Agence du droit d'auteur de la République d'Azerbaïdjan, Azerbaïdjan

Retour
Version la plus récente dans WIPO Lex
Détails Détails Année de version 2005 Dates Entrée en vigueur: 31 août 2005 Émis: 30 août 2005 Type de texte Textes règlementaires Sujet Organe de réglementation de la PI

Documents disponibles

Texte(s) principal(aux) Textes connexe(s)
Texte(s) princip(al)(aux) Texte(s) princip(al)(aux) Azerbaïdjanais Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə-nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanı        
 
Télécharger le PDF open_in_new

“Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında Əsasnamə“nin təsdiq edilməsi barədə 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİNFƏRMANI

Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirməkməqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında Əsasnamə“təsdiq edilsin (əlavə olunur).

  1. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələnməsələləri həll etsin.
  2. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2005ci il
№ 287

Azərbaycan Respublikası Prezidentinin
2005ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə 
TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında

Ə SASNAM Ə 

I. ÜMUMİ MÜDDƏALAR
  1. Azərbaycan Respublikası əllif Hüquqları Agentliyi (bundan sonra ‐Agentlik) əlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra ‐əqli mülkiyyət hüquqları) sahəsində dövlət siyasətini həyata keçirən, normativ hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirənmərkəzi icra hakimiyyəti orqanıdır.
  2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.
  3. Agentlik öz fəaliyyətini digərmərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, habelə ictimai birliklərvə digər hüquqi şəxslərlə əlaqəli şəkildə qurur.
  4. Agentlik müstəqil balansa, dövlət mülkiyyətində olan əmlaka, müvafiq xəzinə hesablarına, habelə bank hesablarına, Azərbaycan Respublikasının dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.
  5. Agentliyin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.

6. Agentlik Bakı şəhərində yerləşir.

II. AGENTLİYİNVƏZİFƏLƏRİ 

7. Agentliyin əsas vəzifələri aşağıdakılardır:

7.1. əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək;

7.2. əqli mülkiyyət hüquqlarının qorunmasına və təmin edilməsinə dair qanunvericilikdə nəzərdə tutulan tənzimlənməni həyata keçirmək, əqli mülkiyyət sahəsində dövlətvə yerli özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək;

7.3. əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək;

7.4. elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdəncəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirməkməqsədilə qanunvericiliyin təkmilləşdirilməsinə aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək;

7.5. əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədilə müasir elmitexniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ sənədləri öz səlahiyyətləri daxilində müntəzəm şəkildə təkmilləşdirməkvə bu istiqamətdə müvafiq tədbirlər görmək;

7.6. rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər görmək;

7.7. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edənvə dövlət qeydiyyatına alınmış təşkilatların uçotunu aparmaq, onların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək;1

7.8. əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəmtəkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək;

7.9. tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara qanunvericilikdə əyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərmək;

7.91. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğuvə siyahısı qanunvericiliklə əyyən edilmiş ıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;2

7.10. öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə əməkdaşlığıtəmin etmək;

7.11. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digərvəzifələri yerinə yetirmək.

III. AGENTLİYİN FUNKSİYALARI

8. Agentlik bu Əsasnamə ilə əyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

8.1. əqli mülkiyyət hüquqları sahəsində sistemli proqnozlar əsasında inkişaf konsepsiyasını hazırlayır və onun həyata keçirilməsini təmin edir;

8.2. əqli mülkiyyət sahəsinin müxtəlif istiqamətləri üzrə dövlət proqramları hazırlayır və onların yerinə yetirilməsi üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görür;

8.3. əqli mülkiyyət hüquqları sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq və regional konvensiyalar, müqavilələrvə sazişlərnəzərə alınmaqla qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərvə rəylər hazırlayır;

8.4. əqli mülkiyyət hüquqlarını tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak edir;

8.5. əqli mülkiyyət hüquqlarının qorunması, həyata keçirilməsi və təmin edilməsi ilə bağlı öz səlahiyyətlərinə aid olan normativ hüquqi aktları, sahə standartlarını, metodik və praktik tövsiyələri hazırlayıb təsdiq edir və həyata keçirir;

8.6. əqli mülkiyyət hüquqlarının mədəni, sosial və iqtisadi rolunun təhlilini aparır, onun inkişafına dair təkliflərvə sənədlər hazırlayır və müvafiq qaydada aidiyyəti orqanlara təqdim edir;

8.7. əqli mülkiyyət sahəsində ənənəvi və qeyri‐ənənəvi əqli mülkiyyət obyektlərinə olan hüquqların qorunmasına dair tələblərin və normativlərin işlənib hazırlanmasını, qəbul edilməsini, beynəlxalq qorunma standartlarına uyğunlaşdırılmasını və əqli mülkiyyət hüquqları ilə qorunan obyektlərin təsnifatının tərtib edilməsini həyata keçirir;

8.8. əqli mülkiyyət hüquqları sahəsində digərmərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanlarının, ictimai birliklərin, o cümlədən əmlak hüquqlarını kollektiv əsasda idarə edəntəşkilatların və digər hüquqi şəxslərin fəaliyyətini öz səlahiyyətləri daxilində əlaqələndirir;

8.9. əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təşkil edir, hüquq sahiblərinə keyfiyyətli və səmərəli xidmətlər göstərmək üçün öz səlahiyyətləri daxilində tədbirlər görür;

8.10. əqli mülkiyyət hüquqlarının qorunması sahəsində qanunvericiliyə əməl edilməsinə və öz səlahiyyətləri daxilində əmlak hüquqlarının kollektiv əsasda həyata keçirilməsinə nəzarət edir, bu sahənin subyektləri ilə qarşılıqlı əlaqələr yaradır və tədbirlər görür;

8.11. qanunvericiliklə əyyən edilmiş qaydada əqli mülkiyyət hüquqları sahəsində beynəlxalq müqavilələrə Azərbaycan Respublikasının qoşulması barədə təkliflər verir, Azərbaycan Respublikasının bu sahədə iştirakı ilə bağlı materiallar toplayır, onları ümumiləşdirir, təhlil edir və müvafiq təkliflər verir;

8.12. qanunvericiliklə əyyən edilmiş qaydada əqli mülkiyyət sahəsinə aid ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrin hazırlanması üzrə müvafiq işlər görür, öz səlahiyyətləri daxilində bağlanmış müqavilələrin həyata keçirilməsində iştirak edir;

8.13. qanunvericiliklə əyyən edilmiş qaydada əqli mülkiyyət sahəsində beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir və əməkdaşlığıhəyata keçirir;

8.14. Ümumdünya Əqli MülkiyyətTəşkilatı və YUNESKOnun əqli mülkiyyət üzrə qərar və tövsiyələrinin müvafiq fəaliyyət sahəsində nəzərə alınması üçün qanunvericiliklə əyyən edilmiş qaydada tədbirlər görür, əqli mülkiyyətə aid beynəlxalq təşkilatların sorğularını cavablandırır, onlarla təcrübə mübadiləsi aparır və beynəlxalq təcrübə nəzərə alınmaqla sistemli təhlillər aparır və öz səlahiyyətləri daxilində tədbirlərhəyata keçirir;

8.15. Azərbaycan əlliflərinin və digər hüquq sahiblərinin əsərlərinin və digər əqli mülkiyyət obyektlərinin xaricdə istifadəsi zamanı onların hüquqlarının qorunması və xarici əlliflərin əsərlərindən Azərbaycan Respublikasında istifadə olunarkən qanunvericiliyin tələblərinə əməl olunması ilə bağlı tədbirlərin görülməsi barədə təkliflər verir;

8.16. qanunvericiliyə uyğun olaraq Agentliyin fəaliyyət sahəsinə aid olan məsələlərə dair tarif siyasətinin formalaşmasında iştirak edir, bu sahədə əqli mülkiyyət obyektlərinin istifadəsi ilə bağlı dövləttərəfindəntənzimlənən qonorar tarifləri barədə təkliflər verir və onların tətbiqi üçün öz səlahiyyətləri daxilində zəruri işlər görür;

8.17. dövlətvə yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün əqli mülkiyyətlə bağlı peşəkar tövsiyələrin və rəylərin hazırlanması məqsədilə öz səlahiyyətləri daxilində tədbirlər həyata keçirir;

8.18. qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslərlə bağlanmış müqavilələrə əsasən əqli mülkiyyət sahəsi üzrə işlər görür və xidmətlər göstərir;

8.19. əqli mülkiyyət hüquqlarının tanınması barədə vəsatətlərə baxır və qanunvericiliyə uyğun olaraq müvafiq qərarlar qəbul edir;

8.20. əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı ilə bağlı zəruri hallarda ekspertiza təşkil edir, əlliflik hüququ obyektlərinin orijinallığının əyyən edilməsi ilə bağlı müvafiq tədbirlər görür;

8.21. qanunvericilikdə nəzərdə tutulmuş qaydada əqli mülkiyyət hüquqları obyektlərinin dövlət qeydiyyatını təşkil edir, əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatdan keçirilməsi və ya qeydiyyatından imtina edilməsi barədə müvafiq qərarlar qəbul edir, əqli mülkiyyət hüquqları obyektləri və hüquq sahibləri barədə məlumatları mövcud qaydalara uyğun olaraq dövlət reyestrlərinə daxil edir;

8.22. qeydiyyatdan keçirilmiş əqli mülkiyyət hüquqları obyektlərinin hüquq sahiblərinə dövlət qeydiyyatı haqqında müvafiq şəhadətnamə verir, bu obyektlərin uçotunu, inventarlaşmasını və saxlanılmasını təmin edir;

8.23. əqli mülkiyyət hüquqları sahəsində milli informasiya sistemini yaradır, onun operativliyini və beynəlxalq mübadiləsini təmin edir, qeydiyyatdan keçirilmiş əqli mülkiyyət hüquqları obyektləri və onların hüquq sahibləri haqqında elektron məlumat bazasını müntəzəm olaraq təkmilləşdirir və dövlət reyestrlərinin elektron surətinin yeniləşdirilməsini təmin edir;

8.24. əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların keçməsi və verilməsi barədə sənədləri qeydiyyata alır və müvafiq dəyişikliklərin əyyən edilmiş qaydada dövlət reyestrlərinə daxil edilməsini həyata keçirir;

8.25. dövlət reyestrlərinə daxil edilmiş əqli mülkiyyət hüquqları obyektlərinin qeydiyyatı haqqında informasiyaları dərc edir;

8.26. dövlət qeydiyyatından keçirilmiş əqli mülkiyyət obyektləri, dövlət reyestrlərində edilmiş dəyişikliklərvə qorunma müddətləri bitmiş əqli mülkiyyət obyektləri, həmçinin müvafiq orqanların sorğularına əsasən bu obyektlərin Agentlikdə qeydiyyata alınması haqqında zəruri məlumatlar verir;

8.27. qanunvericiliyə uyğun olaraq qeydiyyat üçün təqdim edilmiş inteqral sxem topologiyalarının qorunma müddətlərinin başlanğıcını əyyənləşdirir və istehsalatda istifadə olunan inteqral sxem topologiyalarının və onların istifadəçilərinin uçotunu aparır;

8.28. folklor nümunələrindən satış, yayım obyektlərində, kütləvi tamaşa yerlərində, kabel və efir yayımı təşkilatlarında və rəqəm şəbəkələrində yayım, dərc olunma, kütləvi ifa və digər istifadə hallarının monitorinqini təşkil edir və uçotunu aparır, folklor nümunələrindən istifadə zamanı qanunvericiliyin tələblərinə zidd olan halları əyyənləşdirir, müvafiq tədbirlər görür və bununla əlaqədar məhkəmələrdə dövlətin maraqlarını müdafiə edir;

8.29. qanunvericiliyə uyğun olaraq qeydiyyata təqdim olunmuş məlumat toplularının müvafiq meyarlara əsasən əlliflik hüququ və (və ya) xüsusi qorunma hüquqları ilə qorunmasını əyyənləşdirir, rəsmi qeydiyyatdan keçirilmiş xüsusi qorunma hüququ ilə qorunan ıqlanmamış məlumat toplusu qorunduğu müddətdə ıqlandığı, həmçinin xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusuna sonradan əhəmiyyətli dəyişikliklərvə əlavələr aparıldığı hallarda bu toplulara qorunma müddətini dəqiqləşdirir;

8.30. Azərbaycan folkloru nümunələrindənvə əllif əsərlərindən xaricdə istifadə olunarkən qanun pozuntularının aşkar edildiyi hallarda bunun qarşısının alınması üçün öz səlahiyyətləri daxilində beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırır, digərzəruri tədbirləri görür;

8.31. Azərbaycan folklor nümunələrinin qeyriqanuni istifadə edildiyi hallarda məhkəmələrdə dövlətin maraqlarını qoruyur, qanun pozuntuları nəticəsində dəymiş maddi ziyanı əyyən edir və iddia sənədində göstərir;

8.32. qorunma müddəti bitmiş və ictimai varidata keçmiş əlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin əyyənləşdirilməsi və uçotu üzrə iş aparır, ictimai varidata keçmiş əsərlərdən əlaqədar dövlət orqanları və yaradıcılıq birlikləri ilə razılaşdırmaqla dövlət varidatına keçirilməsi məqsədilə əsərlərin seçilməsi və müvafiq qaydada dövlət varidatı elan olunması üçün təkliflər verir;

8.33. dövlət varidatına keçmiş əsərlərdən istifadə zamanı əlliflik hüquqlarının pozulmasına və onların məzmununun təhrif olunmasına qarşı müvafiq tədbirlər görür, dövlət varidatı elan olunmuş əsərlərdən istifadəyə görə xüsusi ödənişlərin yığımını və dövlət büdcəsinə köçürülməsini təmin edir;

8.34. əmlak hüquqlarını kollektiv əsasda idarə edən dövlət qeydiyyatına alınmış təşkilatların Agentlikdə qeydiyyata alınması ilə bağlı qeydiyyat sənədlərinin tərkibini və təqdim olunma formasını əyyənləşdirir, onların fəaliyyətinə dövlətnəzarətini həyata keçirmək üçün sənədlərin siyahısını hazırlayır,

dövlət qeydiyyatından keçmiş belə təşkilatları Agentlikdə qeydiyyata alır, əks halda, onların qeydiyyata alınmaması ilə bağlı əsaslandırılmış irad və təkliflərini müvafiq qaydada təqdim edir;

8.35. əmlak hüquqlarını kollektiv əsasda idarə edəntəşkilatların əllifhüquq münasibətlərinin subyekti kimi fəaliyyətinin əlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyə uyğunluğunun yoxlanılması məqsədilə monitorinqlər aparır, nəticələri ümumiləşdirir və həmin təşkilatların fəaliyyəti ilə bağlı müvafiq qaydada təkliflər verir;

8.36. əlliflərvə digər hüquq sahibləri ilə əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların mübahisəli hallarda münasibətlərini tənzimləyir, bu təşkilatların ictimai birliklərinin təmsil etdikləri əlliflərin və digər hüquq sahiblərinin ərizə və şikayətlərinə baxır, istifadəçilərlə bağlı yaranan mübahisəli hallarda əmlak hüquqlarını kollektiv əsasda idarə edəntəşkilatların fəaliyyət dairələrini öz səlahiyyətləri daxilində əyyənləşdirir;

8.37. əmlak hüquqlarını kollektiv əsasda idarə edəntəşkilatların qanunvericiliklə əyyən edilmiş qaydada ödəyəcəyi illik haqqın məbləğini əyyənləşdirir, bu məbləğin dövlət büdcəsinə köçürülməsini təmin edir, bu təşkilatların illik balansı, illik hesabatı, fəaliyyətinin audit yoxlanması haqqında və digərzəruri sənədlərini qəbul edir, əllifhüquq qanunvericiliyi ilə uyğunsuzluqlar və qanun pozuntuları aşkar edildiyi hallarda müvafiq tədbirlər görür;

8.38. hüquq sahiblərinin mənafelərinə və iradələrinə uyğun olaraq əmlak hüquqlarının kollektiv əsasda idarəçiliyini təşkil edir, qanunvericilikdə nəzərdə tutulan hallarda əlliflərin və digər hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsini həyata keçirir, belə hallarda istifadəyə görə qonorarı müvafiq qaydada yığır və hüquq sahiblərinə çatdırır, xarici ölkələrin əlliflərinin və əlaqəli hüquq sahiblərinin əmlak hüquqlarının kollektiv əsasda idarə edilməsi üzrə müvafiq təşkilatları ilə əlaqələrin qurulmasını, bu sahədə əməkdaşlıq haqqında sazişlərin bağlanmasını və Azərbaycan əlliflərinin və digər hüquq sahiblərinin əsərlərindənvə əlaqəli hüquqların obyektlərindən xaricdə istifadəyə görə qonorarın alınmasını və aidiyyəti üzrə çatdırılmasını təmin edir;

8.39. əlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericilik barəsində hüquqi maarifləndirmə işi aparır, beynəlxalq və milli seminarlar, disputlar və simpoziumlar keçirir, əlliflərə və digər hüquq sahiblərinə, onların varislərinə pozulmuş hüquqların bərpası ilə bağlı hüquqi məsləhətlər verir;

8.40. bazarda sağlam rəqabət prinsiplərinin təmin edilməsi, əqli mülkiyyətə əsaslanan sənayedə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin mənafelərinin qorunması məqsədilə əqli mülkiyyət obyektlərinin qeyriqanuni istifadəsi ilə bağlı öz səlahiyyətləri daxilində zəruri tədbirlər görür;

8.41. pirat məhsulların və əlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələblərinin pozulması ilə məhsul buraxan istehsalçıların əyyən edilməsi məqsədilə digər səlahiyyətli dövlət orqanları ilə birgə müvafiq iş aparır, o cümlədən monitorinqbaxışlar keçirir, əqli mülkiyyət sahəsində qanun pozuntuları üzrə məlumatları toplayır və aidiyyəti orqanlara çatdırır;3

8.42. pozulmuş hüquqlarının bərpası ilə bağlı hüquq sahiblərinin təşəbbüsü ilə və digərzəruri hallarda müvafiq məhkəmələrdə iddia qaldırır və hüquq sahiblərinin mənafelərini müdafiə edir, əllifhüquq pozuntuları ilə mübarizə üçün məhkəmə və digər müvafiq orqanların sorğuları əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ekspert rəyləri hazırlayır, məhkəmədə və digərsəlahiyyətli orqanlar tərəfindən keçiriləntədbirlərdə ekspert və nümayəndə qismində iştirak edir, əllifhüquq sahəsində qanun pozuntuları ilə əlaqədar işlərin uçotunu və təhlilini aparır, toplanmış məlumatları sistemləşdirir;

8.43. əqli mülkiyyət hüquqları ilə qorunan beynəlxalq və milli informasiya texnologiyalarının təhlilini aparır, informasiya texnologiyalarının əqli mülkiyyət obyektləri kimi qorunması vəziyyətini şahidə edir və milli səviyyədə qorunması vəziyyətini araşdırır, onların qorunmasının beynəlxalq standartlara uyğun olması üçün öz səlahiyyətləri daxilində tədbirlər görür və yeni informasiya texnologiyaları obyektlərinin qorunmasına dair müvafiq qaydada təkliflər verir;

8.44. qanunla qorunan əqli mülkiyyət obyektlərinin qlobal rəqəmli şəbəkələrdə istifadəsinə aid monitorinqlər aparır, arayışlar hazırlayır və müvafiq qaydada səlahiyyətli orqanlara təqdim edir;

8.45. elektron ticarət sahəsinə aid qanunvericilikdə əqli mülkiyyət hüquqları obyektlərinə hüquqların qorunmasının təkmilləşdirilməsi məqsədilə təkliflər verir və öz səlahiyyətləri daxilində tədbirlər görür;

8.46. əqli mülkiyyət hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi göstəricilərinin daimi şahidəsini aparır, onların inkişafı zamanı meydana gələn problemləri əyyən edir, ümumi daxili məhsulda əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq dəyərləndirmək üçün öz səlahiyyətləri daxilində müvafiq işlər görür və təkliflər hazırlayır;

8.47. əqli mülkiyyət aktivlərinin dəyərləndirilməsində fiziki və hüquqi şəxslərə metodiki yardım göstərir;

8.48. əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı zərərin iqtisadi dəyərləndirilməsi üzrə işlər görür və zəruri hallarda müvafiq dövlətvə məhkəmə orqanlarının sorğusu əsasında rəylər hazırlayır;

8.49. əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai təşkilatların fəaliyyəti əlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyin tələblərinə uyğun olmadığı hallarda onların Agentlikdəki qeydiyyatını ləğv edir;

8.50. əmlak hüquqlarının idarəçiliyini kollektiv əsasda idarəetmə təşkilatlarına verməmiş əlliflərin əsərlərinin həmin təşkilatlar tərəfindən istifadəyə verilməsinin aşkar edildiyi və əlliflər üçün yığdıqları qonorardan ayırmalar barədə qəbul etdiyi qərarların əlliflərin maraqlarına zidd olduğu hallarda həmin hərəkətlərin dayandırılmasını və qərarların ləğv edilməsini tələb edir;

8.51. gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət obyektləri olan mallarda əqli mülkiyyət hüquqlarının pozulmasının əyyənləşdirilməsində gömrük orqanları ilə əməkdaşlıq edir, əyyən olunmuş qaydada onlarla əlaqəli şəkildə belə faktları ümumiləşdirir, onların təsnifatını aparır, gömrük orqanlarının sorğusu əsasında əqli mülkiyyət hüquqlarının pozulubpozulmaması ilə bağlı rəylər verir;

8.52. gömrük sərhədində əqli mülkiyyət obyektlərinə olan hüquqların pozulmasının əyyənləşdirilməsi üçün gömrük orqanının müraciəti əsasında gömrük orqanı ilə birlikdə tərkibində əqli mülkiyyət obyektləri olan malların identifikasiyasının həyata keçirilməsində iştirak edir, zəruri hallarda tərkibində əqli mülkiyyət obyektləri olan malların gömrük orqanı tərəfindən reyestrə daxil edilməsi üçün təkliflər verir;

8.53. Agentlikdə mövcud olan daxili informasiyakommunikasiya sistemi çərçivəsində informasiyanın fasiləsiz alınmasını, işlənməsini və ötürülməsini təşkil edir. Ümumdünya Əqli MülkiyyətTəşkilatının korporativ rəqəm şəbəkəsinin Azərbaycan dayaq məntəqəsi vasitəsilə əlaqələri genişləndirir, bu sahədə informasiya mübadiləsini təşkil edir və şəbəkənin rəqəm kitabxanalarından istifadə etməklə yeniliklər barədə informasiyalar hazırlayır;

8.54. kargüzarlığı, vətəndaşların qəbulunu, onların təklif, ərizə və müraciətlərinə baxılmasını normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir və kadrların əlavə təhsilinə və peşəkarlığının yüksəldilməsinə dair tədbirlər görür; 4

    1.  əqli mülkiyyətməsələləri üzrə ixtisaslı mütəxəssislərin hazırlanması və tədris proqramlarının tərtibi ilə bağlı təkliflər verir və onların həyata keçirilməsində iştirak edir;
    2. 8.56. qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir.
    1. Bu Əsasnamənin 8ci bəndində nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi nəticəsində əldə olunan gəlirlər bütövlükdə dövlət büdcəsinə köçürülür.
    2. IV. AGENTLİYİN HÜQUQLARI
  1. Agentliyin öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:

10.1. əqli mülkiyyət hüquqları sahəsində normativ hüquqi aktların hazırlanmasına və təkmilləşdirilməsinə dair Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək, həmçinin bu sahənin vəziyyəti və inkişafı ilə əlaqədar analitik materiallar və təkliflərtəqdim etmək;

10.2. öz səlahiyyətləri daxilində qanunvericiliklə əyyənləşdirilmiş qaydada əllif hüquqları sahəsində müvafiq normativ hüquqi aktlar qəbul etmək;

10.3. səlahiyyətləri daxilində dövlət orqanlarından və qeyrihökuməttəşkilatlarından əyyən olunmuş qaydada sorğu əsasında müvafiq məlumat və sənədlər almaq, əqli mülkiyyət hüquqları ilə bağlı məhsulların, işlərin və xidmətlərin mövcud tələblərə uyğunluğunu əyyən etmək məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görmək;

10.4. səlahiyyətlərinə aid edilmiş məsələlərin işlənib hazırlanması və yerinə yetirilməsi üçün qanunvericiliklə əyyən edilmiş qaydada xarici və yerli ekspertləri və məsləhətçiləri cəlb etmək, onlarla müqavilələr (kontraktlar) bağlamaq;

10.5. səlahiyyətlərinə aid edilmiş sahələrdə dövlət orqanları və hüquqi şəxslərlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, əyyən edilmiş qaydada beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil etmək, beynəlxalq müqavilələrin (sazişlərin) layihələrini hazırlamaq, qanunvericiliklə əyyən edilmiş qaydada idarələrarası beynəlxalq müqavilələr (sazişlər) bağlamaq;

10.6. əqli mülkiyyət hüquqlarının qorunması sahəsində mütəxəssislərin hazırlanması, əlavə təhsili üçün tədbirlər görməkvə bu sahədə beynəlxalq əməkdaşlıq etmək;

10.7. qanunvericiliklə əyyən edilmiş qaydada tabeliyində idarə və təşkilatlar yaratmaq, onları yenidəntəşkil etməkvə ləğv etmək;

10.8. qanunvericiliklə əyyən edilmiş qaydada dövri mətbuat orqanları təsis etmək, xüsusi bülletenlərvə digərnəşrlər buraxmaq;

10.9. əqli mülkiyyət sahəsində çalışan işçiləri dövləttəltiflərinə və digər mükafatlara təqdim etmək, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

10.10. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. AGENTLİYİNFƏALİYYƏTİNİNTƏŞKİLİ 

  1. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindənvəzifəyə təyin edilənvə vəzifədən azad edilənsədr rəhbərlik edir.
    1. Agentliyin sədri Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün şəxsənməsuliyyət daşıyır.
    2. 121. Agentliyin strukturu Azərbaycan Respublikasının Prezidenti tərəfindən əyyən edilir. Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. 5
  2. Agentliyin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindənvəzifəyə təyin edilən və vəzifədən azad edilən bir müavini vardır.

14. Agentliyin sədri:

14.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. sədr müavininin vəzifə səlahiyyətlərini əyyən edir;

14.3. əyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Agentliyin aparatının və tabeliyində olan qurumların strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Agentliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün əyyən olunmuş qaydada təqdim edir;6

14.5. Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların işçilərini vəzifəyə təyin edir və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə əyyən edilmiş qaydada həvəsləndirmə və intizam tənbeh tədbirləri görür;

14.6. səlahiyyətləri daxilində Agentliyin mərkəzi aparatının və tabeliyində olan qurumların fəaliyyətinə dair icrası məcburi olan əmrlər, sərəncamlar, göstərişlər verir, təlimatlar və normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;7

14.7. Agentliyin fəaliyyət dairəsinə daxil olan məsələlərlə əlaqədar səlahiyyətləri daxilində qanunvericiliklə əyyən edilmiş qaydada xarici ölkələrin dövlət orqanları və hüquqi şəxsləri ilə, beynəlxalq təşkilatlarla danışıqlar aparır, əqli mülkiyyət sahəsində idarələrarası sazişlər bağlayır, beynəlxalq tədbirlərdə iştirak edir;

14.8. Agentliyin səlahiyyətlərinə daxil olan məsələlər üzrə hazırlanmış qanunvericilik aktlarının layihələrini əyyən edilmiş qaydada baxılmaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir;

  1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digərsəlahiyyətləri həyata keçirir.
  2. Agentlikdə sədrdən (kollegiya sədri), sədr müavinindən, Agentliyin aparat rəhbərindən, struktur bölmələrinin və tabeliyində olan qurumların rəhbərişçilərindən ibarət kollegiya yaradılır. Agentliyin kollegiyasının tərkibinə həmçinin əlliflər, mütəxəssislərvə alimlərdə daxil edilə bilər.
  3. Agentliyin kollegiyasının üzvlərinin sayı və şəxsi tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindəntəsdiq olunur.
  4. Agentliyin kollegiyası öz iclaslarında Agentliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və həmin məsələlər haqqında müvafiq qərarlar qəbul edir.
  5. Agentliyin kollegiyasının iclasları kollegiya üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir.
  6. Agentliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir, protokollarla rəsmiləşdirilir və bir qayda olaraq sədrin əmrləri və sərəncamları ilə həyata keçirilir.
  7. Agentliyin kollegiyasının iclaslarında baxılan məsələlərə bilavasitə aidiyyəti olduqda, zəruri hallarda digər icra hakimiyyəti orqanlarının, idarə, əssisə və təşkilatların rəhbərləri, habelə ictimai təşkilatların nümayəndələri iştirak etmək üçün dəvət edilə bilərlər.8
  8.  Əqli mülkiyyət sahəsində elmitexniki nailiyyətlərin, yeni texnologiyaların tətbiqinin və mədəni sənayedə əqli mülkiyyət hüquqlarının təmin olunması üzrə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, habelə dövlət qeydiyyatına alınmaq üçün təqdim olunan əqli mülkiyyət obyektlərinin orijinallığının əyyən edilməsi üçün Agentlikdə ictimai əsaslarla fəaliyyət göstərənvə tərkibində sahələr üzrə ekspert komissiyaları olan mütəxəssislərdənvə alimlərdən ibarət Elmimetodik Şura yaradılır. Elmimetodik Şura haqqında Əsasnamə Agentliyin sədri tərəfindəntəsdiq edilir.

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİKVƏ ƏLAVƏLƏRİNSİYAHISI

1. 11 noyabr 2008ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı

(“Azərbaycan” qəzeti 21 noyabr 2008ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008ci il, № 11, maddə 970)

2. 31 avqust 2009cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı

(“Azərbaycan” qəzeti 03 sentyabr 2009cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009cu il, № 08, maddə 630)

  1. 30 oktyabr 2009cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009cu il, № 10, maddə 789)
  2. 21 dekabr 2009cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009cu il, № 289)
  3. 15 fevral 2011ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 02, maddə 85)

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİNSİYAHISI

1 31 avqust 2009cu il tarixli 154 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 03 sentyabr 2009cu il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009cu il, № 08, maddə 630) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 7.7ci bəndində qeydiyyatını aparmaq sözləri uçotunu aparmaq sözləri ilə əvəz edilmişdir.

2 21 dekabr 2009cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009cu il, № 289) ilə «Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında Əsasnamə»yə 7.91ci bənd əlavə edilmişdir.

3 30 oktyabr 2009cu il tarixli 176 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 1 noyabr 2009cu il, № 244, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009cu il, № 10, maddə 789) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 8.41ci bəndində kontrafakt sözü pirat sözü ilə əvəz edilmişdir.

4 15 fevral 2011ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, 02, maddə 85) ilə 54 bəndində ixtisaslarının artırılmasına sözləri əlavə təhsilinə sözləri ilə, 10.6cı bəndində ixtisasının artırılması sözləri əlavə təhsili sözləri ilə əvəz edilmişdir.

5 11 noyabr 2008ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008ci il, № 11, maddə 970) ilə «Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında Əsasnamə»yə yeni məzmunda 121ci bənd əlavə edilmişdir.

6 21 dekabr 2009cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan”
qəzeti 27 dekabr 2009cu il, № 289) ilə «Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında
Əsasnamə»nin 14.3 və 14.4 bəndlər yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:

14.3. əyyən edilmiş qaydada əməyin ödənilməsi fondunu və işçilərin say həddi daxilində Agentliyin mərkəzi aparatının strukturunu və ştat cədvəlini təsdiq edir;

14.4. Agentliyin struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini (nizamnamələrini) təsdiq edir;

7 21 dekabr 2009cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009cu il, № 289) ilə «Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında Əsasnamə»nin 14.5ci və 14.6cı bəndlərdəmərkəzi» sözü çıxarılmışdır.

8 21 dekabr 2009cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009cu il, № 289) ilə «Azərbaycan Respublikasının əllif Hüquqları Agentliyi haqqında Əsasnamə»nin 20ci bənddərəhbərləri» sözü çıxarılmışdır.


Législation Met en application (1 texte(s)) Met en application (1 texte(s))
Aucune donnée disponible

N° WIPO Lex AZ032